Icma.az
close
up
RU
Prezident İlham Əliyev ölkələrə qlobal cəngəllikdən xilas yolunu göstərdi

Prezident İlham Əliyev ölkələrə qlobal cəngəllikdən xilas yolunu göstərdi

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

“İkinci Dünya müharibəsindən sonra qurulan dünya düzəni Qərbin “soyuq müharibə”dəki qələbəsindən sonra tədricən öz əhəmiyyətini itirməyə başladı. Avroatlantik məkanda yaranan daxili ixtilaflar, ABŞ-ın Avropa ilə yollarını ayırması, beynəlxalq hüquq sisteminin sıradan çıxması, “güclü olan haqlıdır” prinsipinin hakim olması, liberal dəyərlərin yerini ultra-radikalizmin tutması və beynəlxalq təşkilatlara olan inamın aradan qalxması ölkələri yeni axtarışlara, yeni dünya düzəni qurmağa sövq edir. Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin geosiyasi bazarlığa çıxarılması, Yaxın Şərqdə dünyanın gözü qarşısında beynəlxalq hüququn heçə sayılması “kimə inanmalı” və “nəyə arxalanmalı” suallarını ortaya çıxarır. Bakıda keçirilən XII Qlobal Bakı Forumda da bu suallara cavab axtarıldı. Müüzakirələr zamanı çox maraqlı, bəzən də üst-üstə düşməyən yanaşmalar, mövqelər ortaya qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyevin Forumun açılışında etdiyi çıxış, səsləndirdiyi konseptual fikirlər iştirakçılar tərəfindən maraqla qarşılandı. Xüsusilə də, ölkə başçısının ənənəvi qlobal düzənin sıradan çıxması fonunda ölkələrin yeni çağırışlara, siyasi şəraitə hazır olmaları üçün hansı addımlar atmalı olduqlarına dair yanaşması diqqət çəkdi. Cənab Prezident Forum zamanı “Euronews” televiziyasına verdiyi müsahibədə qlobal dünya düzəni və Azərbaycanın bu prosesdəki yeri barədə daha ətraflı məlumat verdi”. 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. Onun sözlərinə görə, həm XII Qlobal Bakı Forum, həm də Prezidentin “Euronews”a müsahibəsi beynəlxalq siyasətin, dünya düzəninin hazırkı durumunu və çıxış yollarını öyrənmək baxımından ciddi əhəmiyyət kəsb edir: “Formun əhəmiyyətini 50-dən artıq sabiq dövlət və hökumət başçısının iştirakı təsdiq etdi. Ölkə başçısı Forumun dünya siyasətinə təsirini vurğulayaraq, müxtəlif ölkələrdən yüksək səviyyəli siyasətçilərin iştirakını və burada fərqli fikirlərin toqquşmasını müsbət hal kimi qiymətləndirdi. Beynəlxalq hüququn selektiv tətbiqi dünya nizamının pozulmasında böyük rol oynadı. Qlobal cəngəlliyi xatırladan geosiyasi vəziyyət, xüsusilə də, inkişaf etməkdə olan ölkələrin qarşısına yeni şərtlər qoyur. Qeyri-müəyyən durumla üzləşməmək üçün ölkələr vaxtında öz yollarını, istiqamətlərini müəyyənləşdirməlidirlər. Cənab Prezidentin məsələyə yanaşması isə olduqca maraqlı və məntiqlidir. Hər bir ölkə öz təhlükəsizliyini və maraqlarını qorumaq üçün güclü olmalı, öz gücünə arxalanmalı, digər ölkələrlə ikitərəfli əlaqələri gücləndirməlidir. Qlobal çağırışlara qarşı immun sistemini gücləndirən Azərbaycanın xarici siyasəti bir çox ölkələr üçün yol xəritəsinə çevrilib. Super güclərin Şərq və Qərb cəbhələrində “əsas güc” olduqlarını sübut etmək üçün atdıqları təhlükəli addımlar siyasi və hərbi gərginliyi daha da artırır, ölkələrin müstəqilliyini, suverenliyini təhdid edir. Sanki ötən əsrin əvvəllərində olduğu kimi, dünya yenidən bölüşdürülür. Dağılan şəhərlər, məhv edilən iqtisadiyyat, ekoloji təhlükələr, didərgin düşən, öldürülən, yaralanan milyonlarla insanın taleyi gözləri qanla örtülmüş dövlətləri narahat etmir. Üç il öncə Ukrayna kimi bir dövləti böyük ümidlər, vədlər verib müharibəyə sürükləyən Qərb bu gün Kiyevi təslim olmağa çağırır. Suveren bir dövlətin taleyini onun iştirakı olmadan həll edirlər. Bütün bunlar onu göstərir ki, dünyanın aparıcı dövlətlərinə, beynəlxalq təşkilatlara, onların yaratdıqları sistemə güvənmək, etibar etmək olmaz. Hər bir ölkə milli təhlükəsizliyini özü təmin etməli, qlobal güclərin geosiyasi savaşında tərəfə çevrilməməlidir. Hər bir ölkə belə bir vəziyyətlə üzləşməmək üçün siyasi həll axtarışında olmalıdır. Ukrayna ordusunun ehtiyatda olan polkovniki, Ukrayna Prezidenti Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçin qeyd etdiyi kimi, belə vəziyyətə düşməmək üçün İlham Əliyev olmağı bacarmaq lazımdır”.

Millət vəkili bildirdi ki, Azərbaycan əraziləri 30 ilə yaxın ermənilərin işğalı altında qaldı. BMT torpaqlarımızın erməni silahlıları tərəfindən boşaldılması və sahibinə qaytarılması üçün 4 qətnamə çıxardı. Biz ilk illərdə beynəlxalq hüquqa çox inanırdıq. Düşünürdük ki, bu qətnamələr icra olunacaq. Görəndə ki, Ermənistan kimi kiçik bir ölkə BMT kimi nüfuzlu qurumun qətnamələrini heçə sayır, münaqişəni həll etməli olan Fransa, ABŞ və Rusiya kimi dövlətlər Qarabağ məsələsində vahid mövqe sərgiləyərək Azərbaycanı güzəştə məcbur etmək istəyirlər, ölkə rəhbərliyi onlardan ümidini üzdü. Suverenliyini təmin etmək üçün iqtisadi, hərbi gücünü artırdı, ölkələrlə ikitərəfli əlaqələr qurdu. 2020-ci ildə Ordumuz 44 gün ərzində Qarabağı azad etdi, 2023-cü ilin sentyabrında isə ölkəmizdə separatçıların tabutunua sonuncu mismarı vurduq. Biz Cənubi Qafqazda, dünyada yeni reallıqlar yaratdıq. Sübut etdik ki, hərbi yolla da münaqişələri həll etmək, düşməni sülhə məcbur etmək olar. Ayrı-ayrı ölkələrin təxribat cəhdlərinə, bəyanatlarına baxmayaraq, dünya Azərbaycanın qələbəsini tanıdı. Cənubi Qafqazda uzun illər davam edən düşmənçilik arenasının hazırda fərqli müstəvidə yeni səhifədə davam etdiyini söyləyən Prezident indi nisbətən sakit dövrdə yaşadığımızı diqqətə çatdırdı. Sabitliyin davam etməsi üçün regional təhlükəsizlik mexanizmlərinin qurulması vacibdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:261
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Mart 2025 21:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see568

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see412

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see288

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see285

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see254

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see243

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see243

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see241

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see238

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see237

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see232

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see226

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see225

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see221

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see199

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see199

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see193

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see191

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri