Icma.az
close
up
RU
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul etdi FOTO YENİLƏNDİ Yeni Gündəm

Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunu qəbul etdi FOTO YENİLƏNDİ Yeni Gündəm

Yenigundem portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkini qəbul edib.

“Yeni Gundem” xəbər verir ki, dövlətimizin başçısı Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətinin Qubadlı rayonuna səfərinin əhəmiyyətinə toxundu, orada Həştərxan vilayəti tərəfindən hədiyyə olaraq uşaq bağçasının inşasının önəmini vurğuladı, buna görə bir daha minnətdarlığını bildirdi. Prezident İlham Əliyev bunu Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin, o cümlədən ölkəmizlə Rusiya Federasiyasının Həştərxan vilayəti arasında uğurlu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.

Prezident İlham Əliyev işğaldan azad olunmuş torpaqlarımıza səfəri zamanı İqor Babuşkinin başçılıq etdiyi nümayəndə heyətinin həmin ərazilərdə törədilən dağıntıları, eyni zamanda, keçmiş məcbur köçkünlərin oraya tezliklə köçürülməsinin təmin edilməsi üçün Azərbaycanın həyata keçirdiyi bərpa-quruculuq işlərini öz gözləri ilə görməsinin əhəmiyyətinə toxundu. Azərbaycan Prezidenti bir daha qeyd etdi ki, Həştərxan nümayəndə heyətinin orada gördüyü dağıntılar bütün Qarabağ və Şərqi Zəngəzurda – böyük bir ərazidə də var.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında yenidənqurma və bərpa işlərinə, o cümlədən sosial-infrastrukturun yaradılmasına verilən hər cür dəstək, xüsusilə dost ölkələr tərəfindən göstərilən dəstək çox mühüm əhəmiyyət və böyük rəmzi xarakter daşıyır.

Görüşdə Azərbaycanla Rusiya arasında dostluq əlaqələrinin müxtəlif sahələrdə inkişaf etdiyi, eləcə də ölkəmizin Rusiyanın ayrı-ayrı bölgələri, o cümlədən Həştərxan vilayəti ilə uğurlu əməkdaşlıq həyata keçirdiyi vurğulandı.

Prezident İlham Əliyev bu il Rusiya Prezidentinin Azərbaycana dövlət səfərinin əlaqələrimizin inkişafında çox əlamətdar bir hadisə olduğunu dedi, bu səfərin həm forma, həm də məzmun cəhətdən çox səmərəli və dolğun olduğunu vurğuladı. Dövlətimizin başçısı Rusiya Federasiyası Hökumətinin Sədrinin ölkəmizə səfərinin də əməkdaşlığımızın genişlənməsi işinə töhfə verdiyini qeyd etdi.

Qəbula görə minnətdarlığını bildirən Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin bu gün Qubadlı rayonuna səfərinin həmin əraziləri və orada həyata keçirilən işləri öz gözləri ilə görmələri üçün yaxşı imkan yaratdığını dedi, orada uşaq bağçasının inşasının önəmini qeyd etdi.

İqor Babuşkin Azərbaycanla iqtisadi-ticari əməkdaşlığın genişlənməsi üçün konkret tədbirlərin həyata keçirildiyini bildirdi.

Söhbət zamanı nəqliyyat, tranzit yükdaşımalar, kənd təsərrüfatı, ticarət, turizm və humanitar sahələrdə əməkdaşlığın perspektivləri barədə məsələlər müzakirə olundu.

Qubernator İqor Babuşkin dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 11 Dekabr 2024 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see207

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see201

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see192

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see168

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see154

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see154

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see130

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see129

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri