Icma.az
close
up
RU
Prezident İlham Əliyev: strateji müdriklik və liderlik məharətinin sintezi

Prezident İlham Əliyev: strateji müdriklik və liderlik məharətinin sintezi

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

I MƏQALƏ

Liderlik nümunəsi: xarakterlə real vəziyyətin birləşməsi

Henri Kissincer yazırdı ki, tarixi liderin xarakteri ilə real vəziyyətin birləşməsi yaradır. Burada daha çox liderin real vəziyyəti qiymətləndirməsi ilə bu əsasda qəbul etdiyi qərarların realpolitika kontekstində “birləşməsi” nəzərdə tutulur. Çünki lider faktiki olaraq istənilən situasiyaya siyasi-konseptual yanaşması ilə praktiki fəaliyyətdə əldə etdiyi nəticələrin müqayisəsi prizmasında baxır. Lider yaxşı nəzəriyyəçi və ya diplomatiyanın dərinliklərinə bələd olan şəxsiyyət ola bilər, ancaq bu keyfiyyət realpolitika “sahəsi”ndə nəzərdə tutulan səmərəli nəticə almağa yetərli deyilsə, H.Kissincerin incə vurğuladığı “tarix” yaranmır.

Burada böyük diplomat və strateqin yanaşmasının başqa bir maraqlı tərəfi üzərində düşünmək faydalı olardı. Belə alınır ki, əslində, tarix böyük şəxsiyyətlərin düşüncəsi ilə praktiki fəaliyyətinin “kəsişmə sahəsi”ndə formalaşır. P.Hatton bunu bir qədər başqa məcazla (metafora) ilə ifadə etmişdi: “tarix yaddaşların kəsişmə sahəsidir!”

Platon anlamında yaddaş beyində əmələ gələn elə bir izdir ki, insanın düşüncə və fəaliyyətinin ortaq “kodlar şəbəkəsi”ni yaradır. Deməli, nəzəri təxəyyülümüzü rasionallıq müstəvisində bir qədər də genişləndirsək alırıq ki, tarix hər zaman kəsiyində böyük şəxsiyyətlərin düşüncələri ilə fəaliyyətlərinin ortaq yaddaş sahəsində özü-özünə peyda olan (elmdə buna “spontanlıq” deyirlər) gerçəklikdir. Yəni tarix doğrudan da insan tərəfindən “yaradılır”!

Nə yaxşı ki, insan təfəkkürünün bu “tarixi yaranışı” eksklüziv və inklüziv müşahidə etmək şansı vardır. Yəni milyonlarla insan bu anda canlı olaraq “onlar üçün tarixi yaradanları” görür (eksklüzivlik), ünsiyyətdə olur və birgə yaşaya bilirlər (inklüzivlik, yəni həmin faktı gerçəklik kimi qəbul edir, “hüququnu tanıyır!”)

Talenin bəxş etdiyi 2 siyasi lider

Azərbaycanlılara XX əsrin son onilliyində və XXI əsrin ilk 3 onilliyində siyasət dünyasının 2 çox qiymətli dəyəri bəxş olunmuşdur. Keçən əsrin 93-cü ilindən başlayaraq ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın tarixini potensialdan realpolitika müstəvisində gerçəkliyə çevirmişdir və XXI əsin əvvəllərindən ümummilli liderin siyasi varisi müstəqil Azərbaycanın tarixini yaratmaqda davam edir. Bunlar gözümüzün qarşısında və düşüncələrimizin canlı məna axınında baş verir. İlham Əliyev fəaliyyəti ilə həqiqi tarix yaradır. Hər siyasi-diplomatik addımında, düşüncələrində, praktiki fəaliyyətində göstərir ki, azərbaycanlı lider öz dövlətinin tarixini yarada bilir. Özü də güclü dövlət naminə müstəqillik tarixini!

Faktlar o qədərdir ki, artıq əsərlər yaratmağın zamanıdır. Azərbaycan liderinin tarix yaratmasının ən incə məqamları belə azərbaycanlılarla yanaşı, dünyaya da izah edilməli və çatdırılmalıdır. Millətinin və dövlətinin tarixini yaradan türk siyasi liderin dünya miqyasında yeri və rolunu hər kəsə anlatmalıyıq. Bu, müqəddəs borcdur! Seçim deyildir, zərurətdir!

Anlayırıq ki, fəlsəfi xarakterli bu nəzəri düşüncələr konkret faktlarla “cana-qana” gətirilməlidir. O halda insanlar üçün real mənzərə “dövlət naxışı” ola bilər. Burada biz Prezident İlham Əliyevin fəaliyyətinin yalnız bir qisminə yerli telekanallara verdiyi son müsahibəsinin müəyyən məqamları fonunda baxacağıq. Təhlil və müqayisələr liderin xarakteri ilə real vəziyyətin nisbətini, ahəngdarlığını və perspektivini görməyə imkan verəcəkdir.

Lider fövqəladə güc kimi

Liderlik haqqında ümumfəlsəfi mücərrəd düşüncə sahəsindən praktiki fəaliyyətin praqmatik müstəvisinə İlham Əliyev liderliyi kontekstində keçid edək. Bunun üçün “metodoloji açar” rolunu oynaya biləcək bir sıra prinsipləri vurğulayaq.

Tarixçi E.Roberts yazırdı ki, “liderlik fövqəladə böyük gücdür”. Biz onu “mənəvi məqsədlərə nail olmağa yönəltməliyik”. Yəni əsl liderlik mahiyyətcə fəzilətdir və o, yalnız siyasi sfera ilə məhdudlaşmır – bütün ictimai fəaliyyət sahələrinə ciddi təsir edir. Ona görə H.Kissincer yazırdı ki, Ənvər Sadat “millətin özünə inamını bərpa etdi”. Yapon edamından xilas ola bilən Li Kuan Yu “kasıb, çoxmillətli, düşmən qonşularla əhatə olunmuş Sakit Okean hövzəsi ölkəsinin təkamülünü müəyyən etdi”. Bir zamanlar radioda U.Çörçilli dinləyən Marqaret Tetçer onilliklər sonra Böyük Britaniyanı “cəsarətlə düşüncəliliyi birləşdirərək yeni inkişaf yoluna” çıxara bildi. H.Kissincerin göstərmədiyi başqa nümunələr də vardır.

Məsələn, Atatürk faktiki olaraq dağıdılmış imperiyanın küllərindən Türkiyə Cümhuriyyətini yaratdı. Ulu öndər Heydər Əliyev daha ağır və çətin işin öhdəsindən məharətlə gəldi - əsrlərlə müstəmləkə olan bir ölkəni həm xilas etdi, həm də güclü müstəqil dövlət kimi formalaşmasının mükəmməl modelini hazırladı. Tarixi baxımdan çox qısa müddətdə Azərbaycan Respublikasının dünyanın güclü müstəqil ölkələri sırasına yüksəlməsini təmin etdi. Prezident İlham Əliyev də siyasi varis kimi dörd əsas istiqamətdə yeni lider nümunəsini yaratdı. Həmin istiqamətlər aşağıdakılardır:

– etimad qazanmaq;

– vədlərə əməl etmək;

– çevik və düzgün qərarlar qəbul etmək;

– inkişaf istiqamətini müəyyən edib, onu cəmiyyətə elə təqdim etmək ki, praktiki olaraq müsbət nəticə versin.

Bu zaman Prezident İlham Əliyev cəmiyyətə qarşıda duran vəzifələri izah edərək, tərəddüdləri aradan qaldırdı, dəstək qazandı. Bu əsasda özünün müəyyən etdiyi strategiyanın milləti fəaliyyətə sövq etməsinə nail oldu. Həmin prosesdə İlham Əliyevin xarakterinin möhkəmliyi, iradəsinin sarsılmazlığı ilə real vəziyyətin gerçəkliyi birləşdi.

Azərbaycan üçün burada çox mühüm olan məqam ondan ibarətdir ki, İlham Əliyev, faktiki olaraq, dövlət quruculuğunda növbəti keçid mərhələsi adlandırdığımız və xüsusi məzmunu olan dönəmdə mükəmməl liderlik məharəti nümayiş etdirdi. O cümlədən dövlətçilik üçün vacib olan dəyərlər və institutlaşmanı XXI əsrin çağırışlarına uyğun inkişaf etdirdi. Kreativ fəaliyyəti ilə Azərbaycan Prezidenti siyasi təfəkkürün təhlili və diaqnostik aspektlərinin sintezi əsasında dövlətçilik üçün çox faydalı olan proqramlar həyata keçirdi.

Mükəmməl və sistemli dövlət quruculuğu

Bu günün reallıqları və liderin son 23 ildə fəaliyyəti prizmasında Azərbaycan Prezidentinin 2026-cı il yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəyə baxanda, toplanmış təcrübə əsasında mükəmməl və sistemli dövlət quruculuğu prosesinin bütün siyasi və geosiyasi cizgilərini görə bilirik.

Osvald Şpenqlerin bir fikri bu yerdə tam yerinə düşür. Filosof demişdir ki, “əsl lider hər şeydən öncə insanların, situasiyanın, vəziyyətin bilicisidir ki, nəyi necə etməyin lazım olduğunu öncədən bilir”. Azərbaycan lideri dəfələrlə vurğulamışdır ki, nəyi necə və nə zaman etməyin lazım olduğunu bilir. Praktiki fəaliyyəti də Prezidentin bu sözlərinin tam əsaslı olduğunu sübut edir.

Hər il ənənəvi olaraq təşkil edilən yerli televiziya kanallarına verdiyi son müsahibəsinin məzmunu, məqsədi, strateji hədəfləri həmin fikri bir daha təsdiq edir. Dövlət başçısı müsahibəsinə elə vacib və ümumi mövqedən başlamışdır ki, dövlətçilik üçün əhəmiyyətli olan bütün məqamları onun işığında təqdim etmək mümkün olmuşdur. Prezident İlham Əliyev vurğulamışdır: “Bizim görüşlərimiz ənənəvi xarakter daşıyır. Hər ilin əvvəlində görüşərək Azərbaycan ictimaiyyətinə sizin vasitənizlə ilin yekunları ilə bağlı həm məlumat verilir, həm də ki, öz fikirlərimi bir də bölüşmək üçün imkan yaranır. Qeyd etdiyiniz kimi, keçən il doğrudan da tarixi il sayıla bilər. Çünki məhz keçən 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır”.

Bu fraqmentdə ifadə edilən əsas tezislərə baxaq. Hər şeydən öncə, dövlət başçısı bu cür müsahibələrin təşkil edilməsinin təsadüfi və ya reklam xarakteri olmadığını söyləyir. Onu Prezidentin gördüyü işlərin hər ilin sonunda geniş ictimaiyyətə hesabatı kimi təsəvvür etmək olar. Bu, cəmiyyət qarşısında dövlət başçısının həm məsuliyyətini göstərir, həm də liderin fikir mübadiləsi aparması kimi qəbul etmək gərəkdir. Çünki Prezident İlham Əliyev milli maraqlardan çıxış edərək Azərbaycan xalqı və dövləti üçün fəaliyyət göstərir. Bu fəaliyyətin incəliklərini cəmiyyət bilməlidir ki, liderinin atdığı addımların mahiyyətini adekvat anlasın.

Digər tərəfdən, dövlət başçısı ziyalılara, jurnalistlərə, ideoloji təbliğ və təşviq aparan kəsimlərə mesaj verir ki, dövlətçilik naminə sizlər də fəal olmalısınız. Çünki bu ölkə, bu dövlət və müstəqillik bütün Azərbaycan xalqının, hər bir vətəndaşındır və deməli, bunun məsuliyyətini də kollektiv surətdə daşımalıyıq. Bu kontekstdə Azərbaycan Prezidentinin söylədiyi “sizin vasitənizlə ilin yekunları ilə bağlı həm məlumat verilir, həm də ki, öz fikirlərimi bir də bölüşmək üçün imkan yaranır” fikri istiqamətverici semantik funksiya yerinə yetirir.

Bu hazırlıq mərhələsindən sonra Prezident hazırkı dönəm üçün olduqca böyük siyasi və gesoiyasi əhəmiyyət kəsb edən bir mövzunu təqdim edir. Onu qısa olaraq İlham Əliyev “2025-ci il tarixi ildir” tezisi ilə fadə edir. Bu tezisin faktiki məzmunu “2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulması və artıq bir neçə aydır ki, Azərbaycanın sülh şəraitində yaşamasından” ibarətdir. Həmin məzmundan çıxış edərək İlham Əliyev dövlətçilik baxımından tarixi statusda və funksiyada, məna yükü geniş olan fikir irəli sürür. Bu, cəmiyyət və dövlət olaraq sülh şəraitində yaşamağın nə demək olduğu ilə bağlıdır. Və dərhal bu məqamda da Platon anlamında müdriklik nümayiş etdirir: biz dövlət və millət olaraq sülh şəraitində yaşamağın nə demək olduğunu öyrənirik!

Öyrənən müdrikdir

Əlbəttə, Azərbaycan Prezidenti İlham Əliyev dövlət, millət və lider (burada “lider” termini həm İlham Əliyevin şəxsi liderliyini, həm də Azərbaycanın regional liderliyini ehtiva edir) olaraq sülh şəraitində yaşamağın nə demək olduğunu çox gözəl bilir. Çünki bu sülhü özü yaratmışdır. Əvvəlcədən hər bir incəliyini və feili mərhələlərini dəqiq müəyyən edərək davamlı surətdə dövləti və xalqı sülhə aparmışdır. Sülhə İlham Əliyev Vətən müharibəsində qalib gələrək nail olmuşdur.

Deməli, Azərbaycan lideri dövlət və millətin sülh şəraitini yaradan “lider-memardır”! Buna görə də yuxarıda vurğuladığımız fikrin metaforik (məcazi) bir mənası da vardır - Azərbaycanın dövlət başçısı hər bir vətəndaşı və bütövlükdə toplumu kollektiv olaraq sülh şəraitində yaşamağı müasir çağırışların fonunda mental aspektə qalıcı olaraq ehtiva etməyə səsləyir. Həm də bunun niyə indi çox aktual olduğunu maraqlı tarixi-siyasi və dövləti kontekstdə dəqiq ifadə edir: “Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır”!

İndi vurğulanan bu aspektləri ümumi fəlsəfi baxış bucağı altına gətirək. Azərbaycan Prezidenti qısa formada ifadə edir ki, “Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyulması” 2025-ci ili tarixi il kimi səciyyələndirməyə əsas vermişdir. Yəni Azərbaycan dövləti və xalqının identikliyində sülh mərkəzi yer tutur. Buna görə də bizim üçün sülh şəraitində yaşamağı XXI əsrin çağırışları fonunda reaktuallaşdırmaq (təkrar-təkrar həyatımızın və şüurumuzun mental qatında intellektual fakt kimi “predmetləşdirmək”, “əyaniləşdirmək” və obrazlaşdırmaq) vurğulanan istiqamətdə əsas strateji məqsəddir. Prezident səslənişi ilə cəmiyyəti və hər bir vətəndaşı bunu dərk etməyə dəvət edir.

Yeni tarixi mərhələdə müdrikcəsinə və möhtəşəm məzmunda müəyyən edilən strateji yanaşmadır! Müsahibənin bütün qalan özəllikləri həmin yanaşmanın prizmasında maraqlı, aktual və əhəmiyyətli görünür.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:33
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Yanvar 2026 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see724

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see205

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see202

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see191

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see190

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see166

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see159

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see153

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see149

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see144

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see144

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see143

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see141

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri