Icma.az
close
up
RU
Prezident İlham Əliyevin liderlik prinsipi ETİBAR ƏLİYEV YAZIR

Prezident İlham Əliyevin liderlik prinsipi ETİBAR ƏLİYEV YAZIR

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Etibar ƏLİYEV

Liderlik fəlsəfəsi, liderlik prinsipləri haqqında 100-lərlə kitab yazılıb. Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsində liderlik prinsipləri barədə fikirləri diqqətimi çəkdi: “Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır”.

Liderlik bir dəyərdir və düşüncəmə görə lider şəxsiyyətlərdə 5 mühüm keyfiyyət cəmlənir: mötəbərlik, şəxsiyyətin gücü, xeyirxahlıq, məqsədyönümlük və inandırıcılıq.

Mötəbərlik keyfiyyəti hesabına lider xalq arasında böyük nüfuz qazana bilir. Şəxsiyyətin gücü insanları özünə cəlb edir və onlarda sədaqət dəyərini gücləndirir. Xeyirxah lider insanlara özlərinin ən yaxşı keyfiyyətlərini biruzə verrmək imkanı yaradır.

Liderdə məqsədyönümlü keyfiyyət tabeliyində olan komandasını ruhlandırır və komandanı ictimai mənafeyə xidmət etməyə yönləndirir.

İnandırıcılıq keyfiyyətinə malik olan lider intellektual potensialından maksimum istifadə etməklə insanlarda indiyə və gələcəyə optimizm yaradır və bununla xalqı ruhlandırır. Əsl lider humanist keyfiyyətlərə malik olmalı və dünyada humanizmin bərqarar olunması üçün çağırışlar etməlidir.

Azərbaycanda keçirilən bütün mötəbər tədbirlər İlham Əliyevin liderliyinin gücü hesabına baş tutub. Tədbirlərin mövzuları seçilərkən onların əhəmiyyəti təkcə ölkəmiz üçün nəzərdə tutulmur, dünyanın mövcud durumu diqqət mərkəzinə gətirilir. Azərbaycan Prezidentinin həmin tədbirlərdəki çıxışlarında bəşəriyyətin qarşılaşdığı problemlərin fəlsəfəsi açılır. Sülhə-əminamanlığa yeni töhfələr verilir. Azərbaycan Prezidentinin dünyanın müxtəlif ölkələrində keçirilən mötəbər tədbirlərdəki çıxışları məzmununa görə xüsusilə seçilir. Onun səsləndirdiyi fikirlər ətrafında diskussiyalar aparılır.

Böyük Zəfərimizdən əvvəl dövlətimizin başçısı Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa nail oldu. 44 Günlük Vətən müharibəsi zamanı onun emosional intellektinin gücü əsgərlərimizin döyüş ruhunu artırdı. Uşaqlar əllərində Azərbaycan bayrağını tutaraq Prezidentin səsləndirdiyi şüarları səsləndirdilər. Liderin gücü budur. Bəli, biz qələbə çaldıq. Prezident İlham Əliyev çıxışlarında keçirdiyi görüşlərdə bəşəriyyətin qarşılaşdığı ekzistensional təhlükələrdən danışır.

Azərbaycanda keçirilən “Humanitar forumlar” və COP29 konfransı buna sübutdur. COP29 konfransında iqlim dəyişiklikləri ilə bağlı elmi dövriyyəyə yeni paradiqmalar daxil edildi. Məhz Bəşəriyyət üçün əhəmiyyətli olan paradiqmalar... Bu konfransa mane olmaq istəyənlər Prezidentin substansional liderliyini görəndən sonra geri çəkildilər.

Liderlik keyfiyyəti olmayan bəzi dövlət başçıları və siyasətçilər öyrənsələr, heç nə itirməzlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:224
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 Fevral 2025 13:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see401

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see388

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see311

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see299

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see266

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see260

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see258

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see253

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see250

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see242

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see237

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see223

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see212

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see209

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see205

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see202

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see201

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see197

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see195

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri