Icma.az
close
up
RU
Prezident İlham Əliyevə AÇIQ MƏKTUB

Prezident İlham Əliyevə AÇIQ MƏKTUB

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevə

A Ç I Q    M Ə K T U B

Surəti: Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, ölkənin birinci xanımı, Mehriban xanım Əliyevaya

Surəti:  Azərbaycan Respublikasının mədəniyyət naziri, cənab Adil Kərimliyə

Hörmətli cənab, Prezident,
Zəfər tarixli, Zəfər Sərkərdəm,

Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən Anar Məhəmməd oğlu Burcəliyev (Anar Ərtoğrul) 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatrşünaslıq” fakültəsini bitirmişəm. Əmək fəaliyyətimə Gəncə Dövlət Milli Dram Teatrında 1987-ci ildə olaraq başlamışam. Hal-hazırda da Gəncə Dövlət Milli Dram Teatrında Ədəbi-hissə müdiri olaraq fəaliyyət göstərirəm. 
Dövrü mətbuatda 450-dən artıq məqalə, ressenziya, oçerk və müsahibələrin eləcə də 22 kitabın müəllifiyəm.  1992-ci ildə “Olum ya Ölüm” və ya “Od gəlini” referat məruzəsinə görə Azərbaycan Respublikası Ali Məktəb tələbələrinin XVI Respublika Elmi Konfransının xüsusi diplomu ilə mükafatlandırılmışam. 2001-ci ildə isə “MUGAN-MEDİA” Beynəlxalq mükafatı laureatı adına layiq görülmüşəm. 30 iyun 2008-ci il tarixində Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik (1918-2008) yubiley medalı ilə həmçinin 2020-ci ilin yekunlarına görə 26 dekabr 2020-ci il tarixində “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi “İlhamlı Azərbaycan” döş nişanı və “Qarabağ-Azərbaycan” diplomu ilə təltif olunmuşam. 2021-ci ilin yekunlarına və əldə olunan uğurlara görə 01 dekabr 2021-ci il tarixində “Simurq 2021 Awards Azerbaijan” və 05 noyabr 2023-cü il tarixində media və sosial şəbəkələrdə aparılan müşahidələrə əsasən əldə olunan uğurlu nailiyyətlərə görə “Simurq 2023 Awards Azerbaijan” mükafatlarına layiq görülmüşəm.
2011-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının, 2017-ci ildən Azərbaycan Jurnalistlər Birliyinin və 2023-cü ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvüyəm. 
Hər il olduğu kimi bu ildə də 08 may 2025-ci il tarixli  “İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin məlum Sərəncamını böyük həssalıqla gözləyirdim. Ancaq siyahıda adları olan bəzi dırnaqarası sənət adamlarının adlarını gördükdü məyus olmaya bilmirəm. Düşünürəm ki, dəfələrlə teatrdan işdən müəyyən səbəblərə görə uzaqlaşdırılan, əxlaqi kodekslərinə görə səkkiz aydan artıq cinayət məsuliiyətinə cəlb olunaraq cəzaçəkmə müəssisəsində yatan və ya orta təhsilli olaraq səhnənin avanssenası (yəni ön hissəsi) və səhnə dərinliyindən xəbəri olmayaraq ancaq aktyor ştatında oturduğu üçün dırnaqarası aktyor adlanan bir şəxslər Mədəniyyət nazirliyi tərəfindən necə təqdimatlara layiq görülərək, Sizin yüksək ali dərəcənizə təqdim edilir ? Və ya hər il olduğu kimi on illiklərlə eyni simalar necə mükafata layiq görülə bilirlər ? Görəsən bizlərin, haqqı gözləyənlərin növbəsi nə vaxt çatacaq ?
Hörmətli cənab Prezident,
Mən üç dəfə Ağstafa, Şəki və Qobustan rayonlarında Mədəniyyət naziri, cənab Adil Kərimlinin  qəbullarında olaraq ixtisaslı kadr kimi təyinat olunmağım, həmçinin fəxri ad və ya mükafat məsələləri ilə bağlı xahişlər etmişəm. Dəfələrlə Mədəniyyət nazirliyinin əlaqədar şöbələrində görüşlərdə olmuşam. Hər dəfə də bu görüşlər çox səmim bir müstəvidə keçməklə ümidverici ancaq heç bir nəticəsi olmadan davam etməkdədir. 
Həmçinin Sizə məlumat üçün bildirmək istəyirəm ki, Gəncə Dövlət Milli Dram Teatrı nəzdində “İkinci nəfəs” Teatr studiyası Azərbaycan Respublikası  mədəniyyət  nazirinin 08 avqust 2023-cü il tarixli müvafiq əmrinə əsasən təşkil edilmiş və tədris rəhbəri olaraq mən fəaliyyət göstərirəm. Bir illik tədris dövründə burada 13 tələbənin yetişdirilməsi və onlardan ötən il bir, bu il isə 2 nəfərin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Aktyor sənəti” ixtisası üzrə qəbul olunmasına nail olunmuşdur. 
Artıq heç çürə düşünə bilmirəm ki, nə çür fəaliyyət qurmaq olar ki, Respublika Mədəniyyət Nazirliyinin diqqət mərkəzində olmağı bacaraq və ya ifadəm üçün üzr istəyirəm kimlərlə qohumluq əlaqələri qura bilək ki, onların diqqətini cəlb edə bilək ? Axı, nə vaxta qədər hələ də davam edən  “haralısan ?” və ya “kimlərdənsən?” ifadələri ilə təxəyyül altında iflic fəaliyyət göstərməklə yararsız kadr təyinatları ilə məşğul olacağıq ? 
Mənim hər iki valideyinlərim, mərhum teatr və kino aktyorları olan Respublikanın Xalq artistləri Məhəmməd Burcəliyev və Sədayə xanım Mustafayeva ömürlərinin 60 ildən artıq bir dövrünü Azərbaycan mədəniyyətinin inkişafına xüsusi olaraq Gəncə Dövlət Milli Dram Teatrının inkişaf etdirilməsinə həsr etmişlər. Onların sənət yolunu bu gün davam etdirmək mənim taleyimə nəsib olub. Qismətimdə olan 38 illik bu yaradıcılıq yolu regiondan keçməklə Gəncə Dövlət Milli Dram Teatrının yaradıcılıq yolu ilə üzvi şəkildə bağlıdır. Qeyd etmək istəyirəm ki, qardaşım oğlu İlqar Vüqar oğlu Burcəliyev isə 44 günlük Vətən müharibəsinin Gəncə şəhərindən olan ilk ŞƏHİD övladıdır. O, Talış kəndi, Talış yüksəkliyi və Suqovuşan uğrunda gedən döyüşlərdə 2020-ci ilin sentyabr ayının 27-si günündə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir. 
Hörmətli cənab Prezident,
Bütün bu sadalananlarla, Qərb regionunda yeganə teatrşünas-tənqidçi olaraq əmək fəaliyyətimi nəzərə almaqla yaradılan süni problemlərin aradan qaldırılması üçün mənə diqqət göstərmənizi yüksək ali dərəcənizdən rica edirəm.

Hörmət və ehtiramla, 
Anar Ərtoğrul Burcəliyev
Teatrşünas-tənqidçi 
Gəncə şəhəri, 09.05.2025

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 09 May 2025 20:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see276

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see259

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see246

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see229

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see225

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see217

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see210

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see207

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see201

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see201

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see201

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see193

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see185

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see182

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see182

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see177

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see173

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see169

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri