Emoməli Rəhmon Prezident İlham Əliyevə məktub ünvanlayıb
Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Prezident İlham Əliyevə məktub ünvanlayıb.
525.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Ermənistan Respublikası ilə iki ölkə arasında möhkəm sülhə nail olunmasına yol açan Birgə Bəyannamənin imzalanması münasibətilə Sizi və dost Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edirəm.
Bu tarixi hadisəni alqışlayır, böhranların və münaqişələrin həllində yeganə vasitə olan sülh dialoqunun əhəmiyyətini vurğulayırıq.
Əminik ki, əldə olunan razılaşmalar mehriban qonşuluq münasibətlərinin inkişafına zəruri əsas yaradacaq, eyni zamanda, Qafqazda sabitliyin və təhlükəsizliyin əsaslarının möhkəmlənməsinə və konstruktiv regionlararası əməkdaşlığın genişlənməsinə kömək edəcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı və dost Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".
Baxış sayı:74
Bu xəbər 12 Avqust 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















