Icma.az
close
up
RU
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan yeni dövrə addımlayır ŞƏRH AZƏRTAC

Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan yeni dövrə addımlayır ŞƏRH AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 24 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə tanış olmaq üçün yazılmış saysız kitablar, deyilmiş sözlər, hazırlanmış hesabatlar, təltiflər, fəxri adlar var. Əminəm ki, bu iş bundan sonra da Azərbaycan tarixini öyrənən və bu tarixə dəyər verən insanlar tərəfindən böyük həvəslə, uğurla davam etdiriləcək.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Məzahir Əfəndiyev deyib.

O vurğulayıb ki, İlham Əliyevin Ali Baş Komandan kimi formalaşdırdığı müzəffər Azərbaycan Ordusunun igid, qəhrəman övladları 2020-ci ildə torpaqlarımızın işğaldan azad olunmasına dair əmri müvəffəqiyyətlə yerinə yetirdilər. Bu əmr Prezident İlham Əliyevin adını tariximizə əbədi yazmaqla yanaşı, azərbaycançılıq məfkurəsinin həyatımızda və yaddaşlarda yaşadılması yolunda hər kəs üçün işıq olaraq, Azərbaycanı davamlı inkişafa aparacaq.

“Bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək ona sonsuz etimad, inam, dəstək nümayiş etdirməkdədir və bu da təbiidir, çünki, cəmiyyətimiz Prezident İlham Əliyevi vətənpərvərlik, qətiyyət, əzm, prinsipiallıq və dönməzlik rəmzi olaraq görür. Keçən müddət ərzində Ümummilli Liderin “Mən ona özüm qədər inanıram” sözlərini öz əməlləri ilə təsdiq edən Prezident Azərbaycanda yeni bir dövrün, eranın başlanğıcının əsasını qoydu. Son 20 ildə Azərbaycan dünyanın diqqətini cəlb edərək sabit və dayanıqlı iqtisadiyyatı olan bir dövlətə çevrilib. Aparılan uğurlu siyasət nəticəsində ölkədə sosial-iqtisadi vəziyyət xeyli yaxşılaşdırılıb, multikultural ənənələrə və milli-mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması təmin edilib. Eyni zamanda, güclü və dayanıqlı iqtisadiyyat yaratmaq planı uğurla başa çatdırılıb, ölkənin artan imkanları insan kapitalının formalaşmasına, əhalinin sosial rifahının daha da yüksəlməsinə yönəldilərək, Azərbaycanın nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilməsini təmin edib”, - deyə deputat bildirib.

Onun sözlərinə görə, icra olunan çoxvektorlu xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın müxtəlif beynəlxalq platformalarda, bəşəriyyəti narahat edən çağırışların icrasında özünü nümunəvi ölkə kimi təsdiqlədiyini etiraf edirlər. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Dünyada tolerantlıq mərkəzi kimi bilinən Azərbaycan dövlətimizin başçısının xidmətləri sayəsində bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanınır.

“Təsadüfi deyil ki, Prezident İlham Əliyevin sülhsevər və xeyirxah siyasətinin beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsi ilə bağlı kifayət qədər faktlar var. Prezident İlham Əliyev Azərbaycan xalqının lideri kimi bəşəri və milli-mənəvi dəyərlərə sadiqliyini nəinki sözdə, əməli işdə də dünyaya nümayiş etdirdi. Humanizm prinsiplərinin bəşəriyyətin ən böyük dəyəri olduğunu, dünyada sülhün, əməkdaşlığın təmin olunmasının vacibliyini ən mötəbər tribunalardan beynəlxalq ictimaiyyətə dəfələrlə bəyan edib.

Vətən və xalq qarşısında Azərbaycan Prezidentinin ən böyük xidmətlərindən biri də qüdrətli və müzəffər ordunun formalaşdırılmasıdır. Müasir ordu quruculuğu istiqamətində atılan vacib addımlar Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına daxil etdi. Məhz güclü ordu və ona komandanlıq edən, onu düzgün idarə edən, strategiyasını və taktikasını yüksək peşəkarlıqla müəyyənləşdirən bir Sərkərdənin varlığı, həmçinin xalqın öz liderinin ətrafında sıx yumruq kimi birləşməsi ölkəmizin ərazi bütövlüyü və suverenliyini təmin etdi.

Belə ki, son dörd il Azərbaycan tarixində, Azərbaycan xalqının yaddaşında möhtəşəm qələbələr, tarixi anlar, təkrarolunmaz hadisələrlə yaddaşlarda qalır. Məhz 30 ildən artıq müddətdə həsrətində olduğumuz ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasına yönəlik fəaliyyətimiz 2020-ci ildə başlayan İkinci Qarabağ - Vətən müharibəsindən sonra, 2023-cü il oktyabrın 15-də hər birimizə canı qədər doğma olan Azərbaycan Bayrağının Xankəndidə ucalması, Azərbaycan Gerbinin ölkəmizin konstitusion hüdudlarında günəş kimi parlaması ilə bitdi”, - deyə Məzahir Əfəndiyev əlavə edib.

O qeyd edib ki, Azərbaycanın möhtəşəm Zəfəri ilə regionda yaranan yeni reallıq təkcə Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarının bərpasını deyil, həmçinin bütün regionda sülhü və davamlı inkişafı təmin etmək imkanı qazandırdı. Prezidentin işğaldan azad edilmiş ərazilərimizə mütəmadi səfərləri, bərpa və quruculuq işlərinin geniş vüsət alması harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırır.

“İnanırıq ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan bərpa və quruculuq işləri uğurla başa çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, bu ərazilərimizin malik olduğu iqtisadi potensial ölkəmizin dayanıqlı inkişafını təmin edəcək”, - deyə deputat vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 Dekabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri