Icma.az
close
up
RU
Prezident İlham Əliyevin liderliyi: regionu yeni müharibələrdən qurtaran qətiyyət ŞƏRH

Prezident İlham Əliyevin liderliyi: regionu yeni müharibələrdən qurtaran qətiyyət ŞƏRH

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin Vaşinqtona tarixi səfəri yalnız diplomatik uğur deyil, həm də beynəlxalq siyasi balansda mühüm dönüş nöqtəsi oldu. Bu səfər bir daha göstərdi ki, regionun gələcəyi Bakıdan başlayır, qərarlar isə Prezident İlham Əliyev səviyyəsində verilir. Vaşinqtonda keçirilən görüşlər zamanı Prezident İlham Əliyevin nümayiş etdirdiyi prinsipial mövqe, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etməsi beynəlxalq güclərə açıq və aydın mesaj oldu: Azərbaycanla yalnız bərabərhüquqlu əməkdaşlıq əsasında danışmaq mümkündür.

Ermənistan tərəfi bunu nə qədər tez anlasa, bir o qədər az zərər görəcək. Əks halda bu təkcə onların özlərinə yox, prosesə zəmanət verən dövlətlərə – ilk növbədə, ABŞ-a və şəxsən Prezident Trampa açıq hörmətsizlik kimi qiymətləndiriləcək. Ermənistan məsələni yubatmamalı, süni maneələrlə prosesin qarşısını almamalıdır. Çünki artıq regionda oyun qaydaları dəyişib və bu qaydaları qalib lider – Prezident İlham Əliyev müəyyən edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib. O bildirib ki, Vaşinqtonda əldə olunmuş razılaşmalar Bayden-Blinken Administrasiyası, Makron və onun timsalında Fransanın, həmçinin Avropa İttifaqının illərlə həyata keçirdiyi təzyiqlərlə Azərbaycanı güzəştlərə məcbur etmə siyasətinin tam iflası oldu. İllərlə Azərbaycana qarşı təşkil olunan qarayaxma kampaniyaları, sanksiya hədələri, beynəlxalq media vasitəsilə təzyiqlər – heç biri nəticə vermədi. Prezident İlham Əliyev bir addım da geri çəkilmədi, əsl liderə xas olan iradə və siyasi uzaqgörənlik nümayiş etdirdi.

“Bu gün artıq reallıq dəyişib. Dünən Azərbaycanla ultimatum dili ilə danışmağa çalışanlar bu gün sülhün, təhlükəsizliyin və sabitliyin Bakıdan keçdiyini qəbul edirlər. Regionda uzunmüddətli sülhün yeganə təminatçısı kimi Prezident İlham Əliyevin mövqeyi dəyişməz və alternativsizdir. Vaşinqton görüşlərində Azərbaycanın mövqeyi yalnız müdafiə olunmadı, həm də qəbul edildi və rəsmən tanındı.

Sülh prosesi artıq kağız üzərində deyil, real siyasi müstəvidə formalaşır. Prezident İlham Əliyev bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərkən, digər tərəfdən regionda sabitlik və əməkdaşlıq mühitini yaradaraq regionumuzu yeni müharibələrdən qorudu. Bu, sadəcə, diplomatik uğur deyil, yüzlərlə, minlərlə gəncimizin həyatının qorunması deməkdir.

Regionu yeni qanlı toqquşmalara sürükləməyə çalışan qüvvələr var idi – radikal dairələr, revanşistlər, geosiyasi maraqların qurbanına çevrilmiş qruplar. Amma Azərbaycan bu oyunları pozdu. Liderin qətiyyəti, dövlətin gücü, xalqın birliyi bu fitnəkar niyyətləri alt-üst etdi. Prezident İlham Əliyev təkcə müharibədə qalib gəlmədi, həm də postmüharibə dövründə sülhü təmin edən lider kimi tarixə düşdü.

Əldə olunan uğurlar təkcə bu günün deyil, gələcəyin də zəmanətidir. Dövlətimizin başçısının iradəsi ilə Azərbaycan bölgədə etibarlı tərəfdaş, sülh və sabitlik adası kimi öz yerini daha da möhkəmləndirir. Bu isə həm region ölkələrinin, həm də beynəlxalq ictimaiyyətin maraqlarına xidmət edir. Sülh prosesində liderlik edən İlham Əliyevin strateji xətti – qələbə ilə nəticələnmiş müharibəni sülhə çevirmək missiyası uğurla icra olunur”,- deyə T. İsmayılov vurğulayıb.

Politoloq diqqətə çatdırıb ki, Azərbaycan diplomatiyasının son illərdə qazandığı ardıcıl uğurların əsasında məhz Prezident İlham Əliyevin düzgün, prinsipial və milli maraqlara əsaslanan siyasəti dayanır. Vaşinqton səfəri bu uğurların növbəti zirvəsi oldu. Siyasi arenada qətiyyətli, diplomatik masada prinsipial, xalq qarşısında məsuliyyətli bir lider obrazı bu gün dünya üçün nümunəyə çevrilib.

Bu gün regionda dəyişən reallıqlar fonunda Ermənistan üçün seçim çox aydındır: ya sülh, ya da tam təcrid. Amma bu dəfə qərarı artıq Bakı diktə edir. Qalib Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yalnız öz gələcəyini deyil, bütün regionun sabitlik modelini formalaşdırır. Bu model isə sülh, inkişaf və əməkdaşlıq üzərində qurulub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Avqust 2025 22:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri