Icma.az
close
up
RU
Menu

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

57 yaşlı Cennifer Lopez belə formada qalır

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Prezident İlham Əliyevin proqram xarakterli çıxışı Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Müasir müstəqil Azərbaycanın dövlətçilik tarixində və milli inkişaf strategiyasının formalaşmasında həlledici rol oynayan Yeni Azərbaycan Partiyası (YAP) ötən onilliklər ərzində dövlət müstəqilliyinin qorunması, daxili sabitliyin təmini və qlobal arenada ölkəmizin nüfuzunun artırılmasının əsas hərəkətverici qüvvəsi statusunu qazanıb. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş partiya milli həmrəyliyin və xilaskarlıq missiyasının rəmzinə çevrildi.

Prezident İlham Əliyevin rəhbərliyi ilə fəaliyyətini uğurla davam etdirən partiya ölkənin siyasi monolitliyini və davamlı inkişafını təmin edən fundamental sütundur. Partiyanın hər bir qurultayı hesabat dövrü ərzində görülən işlərin təqdimatı ilə yanaşı, yeni mərhələnin prioritetlərinin müəyyənləşdirilməsi, yeni qərarların qəbulu ilə tarixə yazılıb. Bu baxımdan oktyabrın 2-də keçirilən YAP-ın VIII Qurultayı qalib, suveren Azərbaycanın yeni inkişaf və milli təhlükəsizlik strategiyasının müəyyənləşdirilməsi ilə diqqətdə oldu. Əgər partiyanın VII qurultayı postmüharibə dövrünün və Qarabağın, Şərqi Zəngəzurun bərpasının başlanğıcına təsadüf edirdisə, VIII Qurultay çağdaş tariximizə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonrakı ilk qurultay kimi düşəcək.

Bu fikirlər BDU-nun kafedra müdiri, tarix elmləri doktoru, professor, Əməkdar müəllim, YAP-ın VIII Qurultayının nümayəndəsi İradə Hüseynovanın AZƏRTAC-a təqdim etdiyi “Prezident İlham Əliyevin proqram xarakterli çıxışı yeni dövrə qədəm qoyan Azərbaycanın uzunmüddətli inkişaf strategiyasıdır” məqaləsində yer alıb.

Məqalədə vurğulanıb ki, YAP-ın Sədri İlham Əliyevin Qurultayda dərin məzmunlu çıxışı Azərbaycanın yeni daxili və xarici siyasət strategiyasının yol xəritəsi kimi tarixə yazıldı. YAP-ın Qurultayının ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisə olduğunu qeyd edən Prezident vurğuladı ki, partiyamızın fəaliyyəti, qəbul edilmiş qərarlar və siyasi xətti təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün böyük önəm daşıyır. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, Cənubi Qafqazın ən böyük siyasi qüvvəsidir.

Qurultaydakı proqram xarakterli çıxışında 35 illik müstəqillik tariximizin ayrı-ayrı dövrlərinin geniş təhlilini verən Prezident İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinə gedən yoldan, tarixi Zəfərimizi şərtləndirən amillərdən, postmünaqişə dövrünün reallıqlarından geniş bəhs edərək bildirdi ki, Azərbaycan özü təkbaşına həm işğala son qoydu, eyni zamanda, bölgədə yeni reallıqlar yaratdı. O vaxtdan bu günə qədər bu reallıqlar bütün dünya tərəfindən qəbul edilir. Halbuki bu, asan başa gəlmədi. Bu illər ərzində çox ciddi müqavimətlə, Azərbaycana qarşı istiqamətlənmiş yalan, iftira ilə dolu kampaniyalarla üzləşmişdik. Ancaq qətiyyətimiz, dönməz fəaliyyətimiz, siyasi addımlarımız və ilk növbədə, Azərbaycan xalqının vahid mövqedə olması bütün bu bəd niyyətləri alt-üst etdi. İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. 8 Noyabr əbədi bayramımız olacaq. Eyni əhəmiyyəti 20 Sentyabr da daşıyır. Çünki məhz 2023-cü il sentyabrın 20-də Azərbaycan separatizmə, işğala son qoydu, ərazi bütövlüyünü və suverenliyini bərpa etdi.

Keçilən yolun təhlili belə bir ümumiləşdirməyə əsas verir ki, Ulu Öndərin Azərbaycanda ikinci dəfə hakimiyyətdə olduğu 1993-2003-cü illərdə ölkənin ümumi inkişaf strategiyası müəyyən olundu və bu gün də bu strategiya bizə yol göstərməkdədir. Bu siyasət 2003-cü ildən sonrakı dövrdə uğurla davam edir.

Prezident İlham Əliyev partiyanın VIII Qurultayında “Bu illər ərzində qarşımıza qoyduğumuz istənilən vəzifə həyata keçdi. İlk növbədə, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası. 2003-cü ildə mən ilk dəfə Prezident seçiləndə onu bəyan etmişdim ki, bu, əsas vəzifə olacaq. Biz o şərəfli missiyaya nail olmaq üçün hər gün, hər saat addımlayırdıq və istədiyimizə nail olduq. Şanlı qələbələrimizdən sonra Ermənistanla sülhü də dünyanın ən mötəbər məkanında, Ağ Evdə möhürlədik” söyləyərək qarşıya qoyulan bütün vəzifələrin uğurla icra edildiyini diqqətə çatdırdı. İndi əsas hədəf təkcə qələbə qazanmaq deyil, həm də əldə edilmiş bu tarixi nəticələri möhkəmləndirmək və uzunmüddətli inkişafa çevirməkdir. Azərbaycanın yeni inkişaf və milli təhlükəsizlik strategiyasının əsas tərkib hissələrindən biri hərbi gücün artırılmasıdır. Prezident İlham Əliyev bunu belə əsaslandırdı ki, sual oluna bilər, biz şanlı Zəfər qazanmışıq, Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub: “Bu gün Azərbaycanla Ermənistan arasında münaqişə yoxdur, müharibə yoxdur, sərhədlərdə sakitçilikdir. Sülh müqaviləsi paraflanıb, artıq təmaslar da var. Hətta Azərbaycan Ermənistanla ticarətə də başlamışdır. Bu nə üçün lazımdır? Buna cavab, məncə, çox açıq-aydındır. Bu, həmişə lazımdır, hər bir ölkə üçün. Çünki bizim xalqımız bu faciə ilə üzləşib. Bizim xalqımız ermənilərin nankorluğu ilə üzləşib. Yəni onların şirin sözlərini, sağlığımıza qaldırılan badələri, Azərbaycan dilində sərbəst danışmalarını, hətta namaz qılmalarını da yəqin ki, yaşlı nəsil yaxşı xatırlayır. Amma nəticədə nə oldu? Gördülər ki, biz bir az laxlayırıq, gördülər ki, büdrəmişik, arxadan bıçaq vurdular. Yəni birinci dəfə deyil onların tarixində. Eynisini bir əsr ondan əvvəl başqa yerdə də törətmişdilər. Ona görə biz bunu heç vaxt unutmamalıyıq, ayıq olmalıyıq və hər zaman, hər gün onlardan 10 qat güclü olmalıyıq. Necə ki, bu gün belədir, sabah da belə olacaq. Ona görə bu, birinci amildir. İkinci amil dünyada gedən proseslər, müharibələrin çoxalması və geniş vüsət almasıdır”.

Prezident İlham Əliyevin Qurultaydakı çıxışında təhlükəsizlik tədbirlərinin, ideoloji işin gücləndirilməsi əsas hədəf kimi qarşıya qoyuldu. Bildirildi ki, ideoloji risklər sərhəd tanımır, xüsusilə indiki internet, kiberhücumlar, süni intellekt dünyasında. İdeoloji təxribatlardan qorunmaqda iki əsas amil önə çəkilir - təhsil və vətənpərvərlik. Tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası xalqımızın Vətən sevgisinin əyani sübutudur. Dövlətimizin həyata keçirdiyi siyasətin əsas tərkib hissələrindən biri, təbii ki, təhsildir. Ölkəmizdə savadlılığın səviyyəsi 100 faizdir.

Dövlətimizin başçısı milli kimliyə, dövlətçilik ənənələrinə və vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət çəkdi. Xüsusilə gənc nəslin yad təsirlərdən qorunması, milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə və vətənpərvərlik ruhuna bağlı böyüməsi partiyanın və cəmiyyətin qarşısında duran ən mühüm vəzifə kimi müəyyən edildi.

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı çıxışında Azərbaycanın xarici siyasət xəttinin fundamental prinsiplərini növbəti dəfə bəyan etdi. Vurğulandı ki, ölkəmiz regional platformalarda, xüsusilə İslam dünyasında həmrəyliyin gücləndirilməsi üçün D-8 və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal siyasət yürüdür.

Çıxışda növbəti illər üçün iqtisadiyyatın şaxələndirilməsi, regional layihələrin davam etdirilməsi və sosial rifahın gücləndirilməsi ilə bağlı aydın hədəflər müəyyənləşdirildi. Qeyd edildi ki, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması yeni dövrün başlıca prioritetidir. Dövlətimizin başçısı bu istiqamətdə görülən işlərdən bəhs etdi. Bunların nəticəsidir ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır, təhsil alır. Bundan sonrakı illərdə Böyük Qayıdış daha da sürətlə gedəcək.

YAP-ın VIII Qurultayındakı proqram xarakterli çıxışı bir daha sübut etdi ki, Prezident İlham Əliyevin hər bir çağırışı Azərbaycanın bugününə və gələcəyinə hədəflənir. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı Cənubi Qafqazın bu aparıcı siyasi qüvvəsinin gələcəyin hədəflərinə ən çevik uyğunlaşan təşkilat olduğunu sübut etdi.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see329

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see314

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see290

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see278

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see273

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see270

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see269

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see263

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see255

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see249

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see243

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see237

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see235

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see232

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see221

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see216

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see214

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see195

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see194

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri