Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

Prezident İlham Əliyevin Qarabağa hər bir səfəri Azərbaycanın strateji baxışının nümayişidir ŞƏRH

Prezident İlham Əliyevin Qarabağa hər bir səfəri Azərbaycanın strateji baxışının nümayişidir ŞƏRH

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 31 may, AZƏRTAC

Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura etdiyi səfərlərin təqvimi təsadüfi xarakter daşımır, bu tarixlər xüsusi məqsəd və məna daşıyır. Həmin səfərlər həm dərin rəmzi məzmun kəsb edir, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm siyasi və strateji mesajlarla müşayiət olunur.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Perspektiv Siyasətin Texnologiyaları” İctimai Birliyinin İdarə Heyətinin sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov söyləyib

O bildirib ki, Xocalı soyqırımının ildönümündə, Novruz bayramı ərəfəsində və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ildönümündə işğaldan azad edilmiş ərazilərə təşkil olunan səfərlər xüsusi əhəmiyyətə malikdir. Bu səfərlər tarixi və mənəvi dəyərlərin yaşadılmasına xidmət etməklə yanaşı, azad edilmiş torpaqların bərpasına və inkişafına göstərilən siyasi dəstəyin bariz ifadəsidir.

"Bu baxımdan Prezident İlham Əliyevin 28 May – Müstəqillik Günü ərəfəsində Qarabağa son səfəri də xüsusi diqqət çəkir. Azərbaycanın beynəlxalq nüfuzunun artdığı bir dövrdə həyata keçirilən bu səfər ölkəmizin gücünü, siyasi iradəsini və milli həmrəyliyini nümayiş etdirən mühüm hadisə kimi qiymətləndirilə bilər.

Ümumilikdə bu səfərlər bir daha göstərir ki, Azərbaycan xalqı tarixinin həm ağrılı və faciəli səhifələrini, həm də şanlı zəfər günlərini unutmur. Qarabağda keçirilən tədbirlər xalqımızın tarixi yaddaşının qorunmasına, milli-mənəvi dəyərlərin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir. Eyni zamanda, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qarabağ və Şərqi Zəngəzur da dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq diqqət mərkəzində saxlanılır", - deyə R.Qonaqov vurğulayıb.

QHT sədri əlavə edib ki, Prezident İlham Əliyevin Xankəndidə yenidən qurulan Mədəniyyət Mərkəzinin açılışında iştirakı, Xocalıda hərbi qulluqçular üçün inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olması, “Qarabağ Tekstil Evi”nin fəaliyyəti ilə maraqlanması, Şuşa rayonunun Böyük Qaladərəsi kəndində görülən işlərə baxış keçirməsi və sakinlərlə görüşməsi, eləcə də yeni istehsal və xidmət müəssisələrinin açılışlarında iştirakı azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa prosesinin bariz nümunəsidir.

“Bu gün Azərbaycan Qarabağla və Şərqi Zəngəzurla bağlı yalnız beynəlxalq platformalarda siyasi mövqeyini ifadə edən dövlət deyil. Eyni zamanda, həyata keçirdiyi irimiqyaslı infrastruktur layihələri, müasir şəhərsalma konsepsiyası, sosial obyektlərin tikintisi, iqtisadi fəaliyyətin bərpası və insanların doğma torpaqlarına qayıdışı ilə dünyaya real nəticələr nümayiş etdirən ölkədir. Məhz buna görə də Prezident İlham Əliyevin bölgəyə hər bir səfəri görülən işlərin təqdimatı olmaqla yanaşı, Azərbaycanın gücünün, potensialının və gələcəyə hesablanmış strateji baxışının nümayişi kimi dəyərləndirilməlidir.

Bu səfərlər bir daha təsdiqləyir ki, Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesi ardıcıl, sistemli və uzunmüddətli dövlət siyasətinin tərkib hissəsidir. Həyata keçirilən layihələr yalnız regionun yenidən qurulmasına deyil, həm də Azərbaycanın iqtisadi, siyasi və geosiyasi mövqelərinin daha da möhkəmlənməsinə xidmət edir”, - deyə o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://azertag.az
archiveBu xəbər 31 May 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see447

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see318

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see310

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see295

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see294

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see286

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see265

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see249

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see245

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see225

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see224

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see215

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see214

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see211

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see202

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see200

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see197

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see196

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see188

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri