Icma.az
close
up
RU
Prezident İlham Əliyevin Qarabağa səfəri Azərbaycan tarixində yeni bir mərhələnin rəmzinə çevrildi ŞƏRH

Prezident İlham Əliyevin Qarabağa səfəri Azərbaycan tarixində yeni bir mərhələnin rəmzinə çevrildi ŞƏRH

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 30 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin Qarabağa növbəti səfəri Azərbaycan tarixində yeni bir mərhələnin rəmzinə çevrildi. Bu səfər təkcə siyasi hadisə deyil, həm də milli iradənin, müstəqil dövlətin və xalqın birliyinin təntənəsidir. Dövlətimizin başçısının çıxışında vurğulanan əsas mesaj aydındır: Qarabağ bərpa olunur, Qarabağ dirçəlir, Qarabağ yaşayır. İşğaldan azad edilmiş torpaqlarda qısa müddətdə görülən nəhəng işlər dünya miqyasında unikal nümunə kimi qiymətləndirilir. Səfər zamanı Prezident İlham Əliyevin yeni infrastruktur layihələrinin açılışında iştirakı “söz yox, əməl siyasəti”nin bariz göstəricisi oldu.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Tural İsmayılov söyləyib.

O bildirib ki, Qarabağda bərpa prosesi artıq plan və konsepsiya deyil, həyatda öz əksini tapan reallıqdır.

“Prezident İlham Əliyevin çıxışında xüsusilə əhalinin geri qayıdışı məsələsinə diqqət yetirildi. Bu gün köç prosesi sürətlə davam edir, kəndlər bir-bir yenidən canlanır. Azərbaycanın yaratdığı müasir şəhərsalma modeli postmünaqişə dövrü üçün nümunəvi format kimi qəbul olunur. “Böyük Qayıdış” Proqramı artıq reallığa çevrilib – minlərlə ailə doğma yurduna qayıdıb. Prezident İlham Əliyevin Qarabağda səsləndirdiyi “burada həyat bərpa olunur” fikri həm siyasi, həm də mənəvi mesaj daşıyır. Bu, şəhidlərimizin xatirəsinə ən layiqli ehtiramın ifadəsidir.

Qarabağda aparılan sürətli bərpa-quruculuq işləri dövlətin strateji iradəsinin məhsuludur. Füzuli, Cəbrayıl, Zəngilan, Laçın və Şuşada görülən işlər artıq bölgənin ümumi iqtisadi mənzərəsini dəyişib. Yeni yollar, elektrik xətləri, hava limanları, məktəblər, xəstəxanalar – bunlar təkcə infrastruktur deyil, gələcəyin dayaqlarıdır. Azərbaycan Prezidentinin bu səfəri həm də bir siyasət məktəbidir. O, dünyaya nümayiş etdirir ki, azadetmə və yenidənqurma bir-birindən ayrılmaz anlayışlardır.

Qarabağın inkişafı Azərbaycanın iqtisadi potensialının da parlaq göstəricisidir. Bu gün regionda yalnız sülh və quruculuq prosesi diktə edir. Bu dinamikanın arxasında güclü siyasi idarəetmə və strateji planlaşdırma dayanır. Prezident İlham Əliyev çıxışında xalqın fədakarlığını, dövlətin məsuliyyətini və gələcəyə inamı xüsusi vurğuladı. Bu, Liderin xalqla eyni düşüncə və ritmdə olduğunu bir daha təsdiqlədi. Qarabağın hər guşəsində tikilən yeni binalar, əkilən ağaclar, çəkilən yollar bir ideyanın - Əbədi Azərbaycan ideyasının təcəssümüdür”,-deyə T.İsmayılov vurğulayıb..

O vurğulayıb ki, Qarabağ təkcə coğrafi ərazi deyil, milli ruhun mərkəzinə çevrilib. Bütün bu proseslər fonunda Azərbaycan regionda sabitlik və inkişaf modelini daha da möhkəmləndirir.

İşğaldan azad olunan torpaqlarda müasir texnologiyaların tətbiqi dövlətin gələcəyə baxışının mühüm tərkib hissəsidir. “Yaşıl enerji zonası” konsepsiyası Qarabağı həm ekoloji, həm də iqtisadi baxımdan cəlbedici məkana çevirir. Prezident İlham Əliyevin səfəri zamanı açılan yeni sosial obyektlər əhalinin həyat keyfiyyətini yüksəltməyə yönəlib. Bu, dövlətin insan amilinə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Qarabağda həyat normallaşdıqca bölgənin iqtisadi və mədəni potensialı daha aydın görünür.

Artıq mədəniyyət tədbirləri, idman yarışları və beynəlxalq layihələr bu torpaqlarda keçirilir. Bu, eyni zamanda, dünyaya verilən aydın mesajdır: Azərbaycan sülhün, inkişafın və mədəni irsin daşıyıcısıdır.

Politoloqun sözlərinə görə, Prezident İlham Əliyevin hər səfəri dövlətin məsuliyyət manifestidir. O, sadəcə, açılışlar etmir, gələcək nəsillərə örnək olan dövlətçilik dərsi verir.

Qarabağda baş verən hər yenilik planlı və ardıcıl siyasətin nəticəsidir. Azərbaycan xalqı artıq azad torpaqlarda öz gələcəyini qurur. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gələcək planlı, güclü və sabit əsaslar üzərində formalaşır. Qarabağın dirçəlişi Azərbaycanın qüdrətinin və milli birliyinin ən canlı sübutudur. Bu gün Qarabağda yalnız sülh, əmək və inam hökm sürür. Prezidentin dediyi kimi: “Biz bu torpaqlara əbədi qayıtmışıq və bir daha buradan heç kim bizi çıxara bilməz.” Bu ifadə yeni dövrün siyasi fəlsəfəsini müəyyənləşdirir – mübarizədən quruculuğa, dağıntıdan tərəqqiyə keçidin rəmzi kimi. İndi Qarabağda həyatın hər detalı azadlığın dadını yaşadır. Azərbaycan dövləti bir daha sübut etdi ki, milli iradə ilə uzaqgörən liderlik birləşəndə möcüzə baş verir.

Qarabağ möcüzəsi artıq reallıqdır. Bu reallıq Azərbaycanın gələcəyinə inamın, xalqın birliyinin və dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsidir. Prezident İlham Əliyevin Qarabağa səfəri bu inamın, bu siyasətin və bu gücün ən parlaq təcəssümüdür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 16:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see328

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see236

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see190

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see150

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see148

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see146

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see143

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see141

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see138

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see134

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see132

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see132

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see131

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see131

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see130

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see129

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see129

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri