Icma.az
close
up
RU
Prezident İlham Əliyevin təşəbbüsləri və dövlət dəstəyi

Prezident İlham Əliyevin təşəbbüsləri və dövlət dəstəyi

Ses qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan gəncliyi hər zaman cəmiyyətin inkişafında fəal rol oynamış, milli birliyin və vətənpərvərliyin qorunmasında öz məsuliyyətini dərk etmişdir. Son illərdə ölkəmizdə formalaşan könüllülər hərəkatı isə bu fəallığın ən parlaq ifadəsinə çevrilmişdir. Könüllülər həm sosial layihələrdə, həm humanitar aksiyalarda, həm də təhsil və mədəniyyət sahələrində cəmiyyətin inkişafına töhfə verirlər. Hərəkatın önəmli xüsusiyyəti onun dövlət siyasəti ilə sıx bağlı olması və cənab Prezident İlham Əliyevin təşəbbüsləri ilə genişləndirilməsidir.

Ölkə Baçısı Azərbaycanda könüllülər hərəkatının inkişafını xüsusi diqqət mərkəzində saxlamış, gənclərin ictimai fəaliyyətini təşviq etmək üçün ardıcıl tədbirlər həyata keçirmişdir. 2014-cü ildə qəbul edilmiş “Azərbaycan gəncləri 2011–2015-ci illər Dövlət Proqramı” və sonrakı illərdə tətbiq olunan yeni dövlət proqramları çərçivəsində könüllülük fəaliyyətinin təşkili və inkişafı prioritet məsələlərdən biri olmuşdur. Bu təşəbbüslər gənclərə təlim, bilik və bacarıqlarını artırmaq, cəmiyyət həyatında fəal rol oynamaq imkanları yaratmışdır.

Könüllülər hərəkatı həmçinin humanitar, sosial və ekoloji layihələrdə geniş iştirak edir. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Könüllü Gənclər” proqramları çərçivəsində gənclər sosial layihələrdə, fövqəladə hallar zamanı yardım aksiyalarında, həmçinin pandemiya dövründə vətəndaşların ehtiyaclarının qarşılanmasında aktiv iştirak etmişlər. Bu təşəbbüslər gənclərin vətənpərvərlik ruhunu gücləndirərək, onların cəmiyyətə bağlılığını artırmışdır.

Ölkəmizdə könüllülər hərəkatının digər mühüm istiqaməti təhsil və peşə hazırlığıdır. Ölkə Bşçısının rəhbərliyi ilə müxtəlif təlimlər, forumlar və layihələr həyata keçirilmiş, gənclərə layihələrin idarə olunması, ictimai təşəbbüslərin təşkil olunması və beynəlxalq əməkdaşlıq sahəsində təcrübə qazanmaq imkanı yaradılmışdır. Bu təşəbbüslər yalnız gənclərin bilik və bacarıqlarını artırmaqla qalmır, eyni zamanda onların liderlik potensialını üzə çıxarır və gələcəkdə cəmiyyətin aparıcı qüvvəsi kimi formalaşmalarına şərait yaradır.

Könüllülər hərəkatı regionlarda da geniş yayılmışdır. Cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən layihələr gənclərin yalnız paytaxtda deyil, bütün bölgələrdə ictimai fəaliyyət göstərməsinə imkan yaratmışdır. Bu isə sosial aktivliyin artırılmasına, vətəndaş məsuliyyətinin formalaşmasına və gənclərin milli-mənəvi dəyərlərlə yetişməsinə xidmət edir.

Beynəlxalq əməkdaşlıq sahəsində də könüllülər fəallıq göstərir. Azərbaycan gəncləri cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan beynəlxalq forumlar və konfranslarda iştirak edir, ölkəmizi təmsil edir və dünya gəncliyi ilə fikir mübadiləsi aparırlar. Bu fəaliyyətlər həm Azərbaycan gəncliyinin dünya miqyasında tanınmasına, həm də yeni ideyaların ölkəyə gətirilməsinə xidmət edir.

Nəticə etibarilə, könüllülər hərəkatı Ölkə Bşçısının təşəbbüsləri ilə ölkədə sosial məsuliyyət və vətənpərvərlik ruhunu gücləndirən mühüm platformaya çevrilmişdir. Bu hərəkat gənclərin bilik və bacarıqlarını artırmaqla yanaşı, onların liderlik potensialını inkişaf etdirir, cəmiyyətin inkişafına və vətənpərvərlik ruhunun təbliğinə töhfə verir. Azərbaycan gəncliyi isə bu hərəkatın dinamik və fəal qüvvəsi olaraq dövlətin davamlı inkişafında mühüm rol oynayır.

Könüllülər hərəkatı göstərir ki, gənclər yalnız ölkənin gələcəyi deyil, həm də ictimai birliyin, həmrəyliyin və milli iradənin güclü dayağıdır. Cənab Prezident İlham Əliyevin ardıcıl təşəbbüsləri bu hərəkatın inkişafına şərait yaradaraq, Azərbaycan gəncliyinin ölkə üçün faydalı vətəndaş kimi formalaşmasına imkan verir.

Arzu Həsənova

YAP Ağcabədi rayon təşkilatının könüllüsü

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 02 Fevral 2026 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see306

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see263

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see260

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see259

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see252

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see245

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see240

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see226

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see218

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see214

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see213

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see212

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see202

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see188

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see186

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see184

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see182

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see173

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see164

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri