Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm mesajdır

Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm mesajdır

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Martın 13-də Bakıda, "Gülüstan" sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" mövzusunda XII Qlobal Bakı Forumu işə başlayıb. Tədbirdə dünyanın müxtəlif ölkələrindən gəlmiş dövlət və hökumət nümayəndələri, beynəlxalq təşkilatların rəhbərləri və nüfuzlu alimlər iştirak edib. Qeyd edək ki, XII Qlobal Bakı Forumu martın 15-dək davam edəcək və iştirakçılara beynəlxalq əməkdaşlıq və dialoq platforması təqdim edəcək.

Mövzu ilə bağlı Xalq qəzetinə açıqlama verən Cross Media Təhlil Mərkəzinin analitiki, Crossmedia.az saytının baş redaktoru, siyasi şərhçi Mübariz Göyüşlü ilk olaraq bildirib ki, Azərbaycan son illərdə müxtəlif beynəlxalq platformalara ev sahibliyi edərək qlobal siyasət, iqtisadiyyat, mədəniyyət və təhlükəsizlik məsələlərinin müzakirə olunduğu mühüm mərkəzlərdən birinə çevrilib: 

“Bu tədbirlər ölkənin beynəlxalq nüfuzunun artmasına, diplomatik əlaqələrinin genişlənməsinə və qlobal problemlərin həllinə töhfə verməsinə şərait yaradır. Belə mötəbər tədbirlərdən biri də, Qlobal Bakı Formudur. Qlobal Bakı Forumu ilk dəfə 2013-cü ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə təşkil olunub. Bu forumun əsas məqsədi qlobal çağırışları müzakirə etmək, beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və siyasi, iqtisadi, sosial problemlərin həlli yollarını araşdırmaqdır. Forum hər il təşkil olunur və dünyanın müxtəlif ölkələrindən nüfuzlu şəxslərin iştirakı ilə qlobal problemlər üzrə müzakirələrin aparıldığı əsas beynəlxalq platformalardan birinə çevrilib.

Formun təşkil edilməsi səbəblərinə gəldikdə isə qeyd etməliyik ki,müxtəlif ölkələrdən dövlət və hökumət başçılarını, siyasətçiləri, alimləri və ekspertləri bir araya gətirərək beynəlxalq dialoqun inkişafına töhfə vermək, Azərbaycanı qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq platformaya çevirmək və ölkənin diplomatik mövqeyini gücləndirməkdir. Həmçinin, Azərbaycanı bir multikulturalizm və tolerantlıq mərkəzi kimi təqdim edərək müxtəlif mədəniyyətlər arasında anlaşmanı gücləndirmək əsas məqsəddir”.

Siyasi şərhçi bildirib ki, formun təşkil edilməsinin əhəmiyyətini təhlil edərkən, Qlobal Bakı Forumu müxtəlif ölkələrin sabiq və hazırkı prezidentlərini, baş nazirlərini, BMT və digər beynəlxalq təşkilatların rəhbərlərini bir araya gətirdiyi qeyd edilməlidir:

“Forum Azərbaycanın regionda və dünyada diplomatik güc mərkəzi kimi mövqeyini gücləndirir. Azərbaycan ev sahibi ölkə kimi qlobal məsələlərin müzakirəsinə töhfə verir və bu məsələlərdə vasitəçi rolunu oynayır. Forum çərçivəsində ölkələr arasında iqtisadi və siyasi əlaqələrin genişləndirilməsi üçün yeni əməkdaşlıq imkanları yaranır. Məsələn, Azərbaycan enerji sahəsində Avropa ölkələri ilə əlaqələrini genişləndirmək üçün bu platformadan istifadə edir. Forum beynəlxalq ekspertlər və alimlər üçün fikir mübadiləsi və elmi araşdırmaların təqdimatı baxımından mühüm platformadır. Burada müasir çağırışlar və onların həlli yolları ilə bağlı müxtəlif yanaşmalar müzakirə olunur. Qlobal Bakı Forumu qlobal problemlərin həllinə töhfə verməklə yanaşı, Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və diplomatik mövqeyinin güclənməsinə xidmət edir. Forum qlobal siyasət, təhlükəsizlik və iqtisadi məsələlərin müzakirə edildiyi mühüm beynəlxalq platforma olmaqla, həm Azərbaycan, həm də dünya üçün əhəmiyyətli rol oynayır. Prezident İlham Əliyev Qlobal Bakı Forumunun hər buraxılışında fəal iştirak edir və açılış nitqi ilə çıxış edərək, Azərbaycanın beynəlxalq siyasətdəki mövqeyini, qlobal çağırışlara yanaşmasını və regional əməkdaşlıq perspektivlərini təqdim edir. Onun çıxışları forumun strateji istiqamətlərini müəyyənləşdirir və beynəlxalq ictimaiyyət üçün vacib mesajlar verir. Prezident İlham Əliyevin Qlobal Bakı Forumundakı çıxışları Azərbaycanın beynəlxalq siyasətini izah edən mühüm məqamdır. Onun strateji mesajları, Azərbaycanın enerji siyasəti, regional təhlükəsizlik, post-münaqişə dövründəki prioritetlər və multikulturalizm siyasəti kimi əsas mövzular forum iştirakçılarının diqqətini cəlb edir. Bu çıxışlar Azərbaycanın qlobal platformalarda nüfuzunu gücləndirir və ölkənin beynəlxalq siyasətdəki rolunu daha da artırır”. 

M.Göyüşlü bildirib ki, forumun açılış mərasimi martın 13-də "Gülüstan" sarayında baş tutub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib:

“Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumunun açılışında etdiyi çıxış təkcə Azərbaycanın deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətini cəlb edən strateji əhəmiyyətə malikdir. Cənab İlham Əliyev çıxışında müasir dünyanın üzləşdiyi əsas qlobal çağırışlara toxunub. Son illərdə baş verən geosiyasi dəyişikliklər, regional münaqişələr, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və beynəlxalq diplomatiyanın effektivliyi kimi məsələlər gündəmdədir. Bu məsələlərin həlli üçün beynəlxalq əməkdaşlığın, çoxtərəfli diplomatiyanın və ölkələr arasında etimadın qurulmasının vacibliyi vurğulayıb. Azərbaycanın bu məsələlərdə fəal rol alması, xüsusilə enerji və nəqliyyat sahələrində beynəlxalq tərəfdaşlıqlar qurması ölkənin qlobal siyasətdə artan rolunu göstərir. Prezidentin vurğuladığı kimi, dünya düzəni hazırda yenidən formalaşır və bu prosesdə ədalətli yanaşmanın, beynəlxalq hüququn qorunmasının vacibliyi xüsusi önəm daşıyır.

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunu bir daha təsdiqlədi. Ölkə regionda sülh və sabitliyin qorunmasında mühüm iştirakçıdır. Xüsusilə post-münaqişə dövründə Cənubi Qafqazda yeni reallıqların formalaşması kontekstində Azərbaycanın sülh təşəbbüsləri diqqət çəkir. Azərbaycanın enerji təhlükəsizliyində oynadığı rol da çıxışda xüsusi yer tutub. Dövlət başçısı Azərbaycanın Avropanın enerji tədarükündə strateji tərəfdaş olduğunu vurğuladı. Xəzər hövzəsindən Avropaya təbii qaz və digər enerji resurslarının çatdırılması Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir. Bu, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul edilməsinin əsas göstəricilərindən biridir.

Prezident İlham Əliyev çıxışında post-münaqişə dövründə Azərbaycanın regionda sülhün təmin edilməsi üçün göstərdiyi səyləri qeyd edib. Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni bir reallıq formalaşdırıb. Ərazi bütövlüyünü bərpa etmiş bir ölkə kimi, Azərbaycan indi sülh müqaviləsinin imzalanması və qonşu ölkələrlə mehriban qonşuluq münasibətlərinin qurulmasına çalışır. Dövlət başçısı beynəlxalq ictimaiyyətin sülh prosesinə daha ədalətli yanaşmalı olduğunu vurğulayıb. O, bəzi ölkələrin və beynəlxalq təşkilatların ikili standartlara əsaslanan siyasət yürütməsinin regionda sabitliyi təhlükə altına atdığını bildirdi. Azərbaycanın isə prinsipial və obyektiv mövqeyini qorumağa davam edəcəyi bəyan olundu”.

Enerji təhlükəsizliyi məsələsi Prezident İlham Əliyevin çıxışında əsas diqqət mərkəzində olan mövzulardan biri olub:

“Dünyada enerji resurslarına tələbatın artdığı bir dövrdə Azərbaycan etibarlı enerji təchizatçısı kimi öz mövqeyini möhkəmləndirib. Prezident çıxışında Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı gördüyü işlərə də toxundu. İqlim dəyişikliyi və enerji keçidi məsələləri də gündəmdə idi. Azərbaycan keçən il COP29-a ev sahibliyi edib və bu, ölkənin qlobal ekoloji problemlərin həllində fəal iştirak etdiyini göstərir. Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın bərpa olunan enerji mənbələrinə investisiya yatırmağa hazır olduğunu və bu sahədə beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etdiyini vurğulaması ilə diqqət çəkdi.  Prezident İlham Əliyevin çıxışında çoxqütblü dünya nizamına keçid və multilateralizmin (çoxtərəfli diplomatiya) əhəmiyyəti də xüsusi yer tutdu. O, qeyd etdi ki, beynəlxalq münasibətlər sistemində ədalət prinsipi bərqərar olmalıdır və BMT-nin islahatlara ehtiyacı var. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığının güclənməsi və multilateralizmin dəstəklənməsi, ölkənin qlobal siyasətdə daha təsirli bir aktora çevrildiyini göstərir. Həmçinin, prezidentin çıxışında iqlim dəyişikliyi ilə mübarizəyə və Azərbaycanın bu sahədə fəal roluna xüsusi yer ayırıb. Azərbaycanın keçən il COP29-a ev sahibliyi etməsi, ölkənin bu sahədə qlobal liderlik iddiasını ortaya qoyur. İqlim dəyişikliyinə qarşı mübarizədə beynəlxalq əməkdaşlıq və maliyyə resurslarının ədalətli bölüşdürülməsi məsələləri çıxışın əsas vurğularından biri olub”.

Ekspert vurğulayıb ki, Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində etdiyi çıxışında Ermənistan-Azərbaycan münasibətləri və regional inkişafla bağlı bir sıra mühüm məqamlara toxunub:

“Cənab İlham Əliyev Xocalı soyqırımını xatırladaraq, 613 nəfərin, o cümlədən 60-dan çox uşağın və 100-dən artıq qadının ermənilər tərəfindən qətlə yetirildiyini vurğulayıb. Buna baxmayaraq, o, gələcəyə baxaraq, Cənubi Qafqazda sülhə nail olmağın vacibliyini qeyd etdi. Bu baxımdan, Azərbaycanın sülh prosesinin təşəbbüskarı olduğunu və Ermənistanla müzakirə olunan sülh sazişi layihəsinin müəllifi olduğunu bildirdi. Prezident, sənədin bəndlərinin əksəriyyətinin artıq razılaşdırıldığını da əlavə etdi. Dövlət başçısı Azərbaycanın mübarizəsinin ədalət, beynəlxalq hüquq və ləyaqət uğrunda olduğunu qeyd edərək, BMT Təhlükəsizlik Şurasının 27 il kağız üzərində qalan qətnamələrinin ölkəmiz tərəfindən icra edildiyini vurğulayıb. Əgər Azərbaycan öz torpaqlarını güc yolu ilə azad etməsəydi, həmin qətnamələrin daha 27 il də kağız üzərində qala biləcəyini bildirib. Prezident, bəzən sülhə nail olmaq və ədaləti bərpa etmək üçün gücdən istifadə etməyin zəruriliyini də qeyd edib. Bu kontekstdə, Azərbaycan 2005-ci ildən etibarən güclü ordu quraraq, ərazi bütövlüyünü və suverenliyini bərpa edib, separatçılığa son qoydu. Prezident Əliyev bəzi ölkələrin Azərbaycana qarşı qarayaxma kampaniyaları apardığını və COP29 tədbirini boykot etməyə çalışdıqlarını bildirdi. Buna baxmayaraq, tədbirin uğurla keçirildiyini və 77 min iştirakçının qatıldığını vurğulayıb. O, Azərbaycanın suverenliyini qorumaq əzmini və xarici təzyiqlərə boyun əymədiyini xüsusi qeyd etdi. Sonda, Prezident İlham Əliyev Azərbaycanın sülh prosesinə sadiq qaldığını və Ermənistanla sülh müqaviləsinin müzakirə edildiyini, bəndlərin əksər hissəsinin artıq razılaşdırıldığını bildirib. O, həmçinin, Azərbaycanın gələcəyə baxaraq, Cənubi Qafqazda sülhün təmin edilməsinə çalışdığını vurğulayıb. Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın regionda sülh və sabitliyə verdiyi əhəmiyyəti, beynəlxalq hüquqa hörmətini və gələcəyə yönəlmiş konstruktiv mövqeyini bir daha nümayiş etdirib.

XII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev ABŞ-ın keçmiş Prezidenti Cozef Bayden və keçmiş dövlət katibi Antoni Blinkenin rəhbərliyi altında olan administrasiyanın yarıtmaz siyasətini tənqid edərək, bəzi məsələlərə diqqət çəkdi. Prezident, Bayden və Blinkenin siyasətinin Azərbaycan üçün qeyri-konstruktiv və bölgədəki ədalət prinsiplərinə zidd olduğunu bildirdi. Xüsusilə Bayden administrasiyasının, Ermənistan-Azərbaycan münaqişəsi və Cənubi Qafqazdakı məsələlərə dair yanaşmalarını tənqid olundu. O, ABŞ-ın bəzi bəyanatlarının və fəaliyyətlərinin Azərbaycanla münasibətlərə mənfi təsir göstərdiyini, xüsusilə Ermənistanın işğalçı siyasətini dəstəkləyən və Azərbaycanın ərazi bütövlüyünü tanımayan yanaşmaların bölgədəki sabitliyə mane olduğunu qeyd etdi. Prezident, Blinkenin və Baydenin idarəçiliyindəki bu siyasətin daha balanslı və obyektiv olmalı olduğunu vurğuladı. O, ABŞ-ın Azərbaycanla münasibətlərini daha ədalətli və konstruktiv bir şəkildə inkişaf etdirməli olduğunu, eyni zamanda Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyan bir siyasətin zəruriliyini bildirib”.

Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı, Azərbaycanın beynəlxalq siyasətdə və qlobal çağırışların həllində aktiv rol aldığını nümayiş etdirib:

“Bu çıxış, Azərbaycanın regional lider kimi rolu ilə yanaşı, qlobal məsələlərdə də təşəbbüskar olduğunu göstərir. Forumda səsləndirilən fikirlər yalnız Azərbaycan üçün deyil, həm də qlobal diplomatiya, enerji təhlükəsizliyi, iqlim dəyişikliyi və multilateralizm üçün əhəmiyyətli idi. Beləliklə, Prezident İlham Əliyevin XII Qlobal Bakı Forumundakı çıxışı həm Azərbaycan üçün strateji əhəmiyyət daşıyan, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan mühüm bir mesaj idi. Bu çıxış, Azərbaycanın müstəqil siyasət yürütməkdə davam edəcəyini və qlobal problemlərin həllində fəal iştirak edəcəyini göstərdi”,- deyən M.Göyüşlü fikrini yekunlaşdırıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 15 Mart 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri