Icma.az
close
up
RU
Cənab Prezident İlham Əliyevin III Xankəndidə Qlobal Media Forumundakı Çıxışı Azərbaycanın Beynəlxalq nüfuzunun bariz nümunəsidir!

Cənab Prezident İlham Əliyevin III Xankəndidə Qlobal Media Forumundakı Çıxışı Azərbaycanın Beynəlxalq nüfuzunun bariz nümunəsidir!

Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Cənab Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Qlobal Media Forumundakı çıxışı, Azərbaycanın postmünaqişə dövründə regional liderlik ambisiyalarını, yaşıl enerji və davamlı inkişaf prioritetlərini, eləcə də beynəlxalq diplomatiyada konstruktiv rolunu açıq şəkildə ortaya qoydu. Çıxışın əsas istiqamətlərini və siyasi mesajlarını aşağıdakı kimi şərh etmək olar.

Qarabağın Dirçəlişi, "Böyük Qayıdış" Strategiyası və Şuşanın Simvolik Əhəmiyyəti; Forumun üçüncü dəfə Qarabağda keçirilməsi, Azərbaycanın "Böyük Qayıdış" siyasətinin konkret nümunəsidir. Bu, nəinki ərazi bütövlüyünün bərpası, həm də regionun beynəlxalq arenada yeni imicinin formalaşdırılması məqsədi daşıyır.

Cənab Prezidentin "infrastruktur layihələrinin əksəriyyətinin başa çatdığı" vurğulaması, işğaldan azad edilmiş ərazilərdə bərpanın sürətli tempdə gedərək sosial-iqtisadi stabilizasiyaya xidmət etdiyini göstərir.

Cənab Prezidentin "Yaşıl Keçid Proqramı" və COP29-da "konstruktiv mühitin yaradılması" ilə bağlı ifadələri, Azərbaycanın neft iqtisadiyyatından çevrilmə strategiyasını və iqlim dəyişikliyi ilə mübarizədə regional lider olmaq istəyini əks etdirir. Bərpa olunan enerji sahəsində Çin şirkətləri ilə əməkdaşlığın qeyd edilməsi, Azərbaycanın diversifikasiya siyasətində Asiya istiqamətinin artan rolunu vurğulayır.

Zəngəzur dəhlizinin "bir çox ölkələri birləşdirəcək" ifadəsi, Azərbaycanın Cənubi Qafqazda nəqliyyat və ticarət qovşağı kimi mövqeyini gücləndirmə strategiyasını təsdiqləyir.

Ermənistanın tranzit ölkəyə çevrilmək şansının "sıfra yaxınlaşması" ilə bağlı kəskin ifadə, Bakının İrəvanı sülh müqaviləsinə hazır olmağa çağıran təzyiq mexanizmi kimi şərh edilə bilər.

Tramp administrasiyası ilə əlaqələrin "düz yol" kimi qiymətləndirilməsi və ABŞ ilə münasibətlərin "yüksək səviyyəyə qaldırılacağı" gözləntisi, Azərbaycanın Qərblə münasibətlərdə pragmatik yanaşmasını göstərir. Eyni zamanda, "Qərb mediasının ədalətsiz təsiri" ilə bağlı etiraz, Bakının müstəqil informasiya siyasətinə olan ehtiyacını vurğulayır.

Minsk qrupunun ləğv tələbi, Qarabağ münaqişəsinin artıq bitməsi kontekstində Azərbaycanın beynəlxalq platformalarda yeni normativ formalaşdırmaq strategiyasının bir hissəsidir.

Sülh Müqaviləsi və Ermənistanla Münasibətlər, Konstitusiya Dəyişikliyi Şərti cənab Prezidentin Ermənistan konstitusiyasında dəyişiklik və Minsk qrupunun buraxılmasını sülh müqaviləsinin şərti kimi qeyd etməsi, Bakının İrəvandan uzlaşmaya hazır olmaqla yanaşı, öz şərtlərini qoymaqda təkidli olduğunu göstərir. "Cənubi Qafqazın sabitlik məkanı olacağı" bəyanatı, Azərbaycanın regionda təhlükəsizlik arxitekturasında aparıcı rol iddiasını təsdiqləyir.

Azərbaycan mediaının "beynəlxalq müstəvidə nüfuz qazanması" ilə bağlı fikir, dövlətin yumşaq qüvvə vasitəsi kimi informasiya mübarizəsinə verdiyi əhəmiyyəti əks etdirir.

"Azərbaycandan Azərbaycana maneəsiz keçid" ifadəsi, ölkə daxilində sosial-siyasi bütövlüyün gücləndirilməsi mesajı kimi şərh olunur.

Nəticə etibarı ilə Cənab Prezident İlham Əliyevin çıxışı, Azərbaycanın postmünaqişə dövründə yalnız ərazi bütövlüyünü deyil, həm də iqtisadi, ekoloji və informasiya sahələrində regional və qlobal təsirini genişləndirmək strategiyasını təcəssüm etdirir. "Yeni reallıqlarla barışmaq" ifadəsi, dünyanın Azərbaycanın artan rolunu tanıması zərurətinə işarədir. Bu yanaşma, milli maraqların qorunması ilə beynəlxalq əməkdaşlıq arasında tarazlıq quraraq, Azərbaycanı Cənubi Qafqazda sabitlik və inkişafın qlobal tərəfdaşına çevirir.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küç.73 E” ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:109
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 23 İyul 2025 11:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see213

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see197

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see169

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see168

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see146

Qaxda çoban GÜLLƏLƏNDİ

06 Dekabr 2025 11:26see134

Bundesliqa: “Borussiya Mönhenqladbax” minimal hesabla “Mayns”ı məğlub edib

06 Dekabr 2025 02:46see134

Agentlikdə müşavirlər və şöbə müdiri vəzifədən azad edildi Sədrin də işdən çıxarılacağı gözlənilir

05 Dekabr 2025 13:54see134

Maks Ferstappen: “Kifayət qədər sürətli deyilik”

06 Dekabr 2025 00:47see131

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see131

Zirə Qarabağ və Sabah Neftçi matçına təyinatlar açıqlandı

06 Dekabr 2025 09:41see131

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see129

Mopedlərlə bağlı qanuna dəyişiklik ediləcək VİDEO

06 Dekabr 2025 00:39see128

İstedadın və zəhmətin söz ucalığı

06 Dekabr 2025 02:51see127

Avropa Komissiyası “X”i CƏRİMƏLƏDİ

06 Dekabr 2025 00:56see127

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see126

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see125

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see124

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see121

Venesuelanın keçmiş kəşfiyyat rəisi Maduro haqqında danışıb...

06 Dekabr 2025 01:16see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri