Icma.az
close
up
RU
“Prezident Kuboku 2025” Peşəkarlıqda AKAF nümunəsi

“Prezident Kuboku 2025” Peşəkarlıqda AKAF nümunəsi

futbolpress-az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

1 qızıl, 7 gümüş, 7 bürünc – 15 medal.

Bu, bir idman növündə tədricən inkişafın zirvə tablosudur. Söhbət Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından gedir.

28 aprel – 2 may tarixlərində Füzuli, Suqovuşan və Mingəçevirdə keçirilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının təşkilatçılığı da, idmançılarımızın budəfəki nəticələri də ən yaxşı formada oldu.

Ənənəvi yarışı müxtəlif illərdə 4-5 dəfə canlı izləmişəm. Son üç turniri isə ardıcıl olaraq. Kifayət qədər məlumat bazası yaranıb və buna əsasən, əminliklə iddia etmək olar ki, AKAF ölkənin ən peşəkar, proqressiv federasiyasıdır.

İldə iki dəfə keçirilən turnirdə yerli idmançılar iştirak edir. Əsasən, yeniyetmə və gənc yaşlarda idmançıların qatıldığı beynəlxalq turnirin ölkə gəncliyinin fiziki sağlamlığına qatqısı digər növlərdəkindən daha çoxdur. Düzdür, beynəlxalq arenada super nəticələr qazanacaq yerli idmançı yetişdirmək çox çətindir, lakin illərlə gedişatı yaxından izləyən biri kimi deyə bilərəm ki, AKAF digər federasiyalardan fərqli olaraq, doğru yol tutub. Rahatlıqla avarçəkmədə zəngin ənənələri olan ölkələrdən legioner idmançılar cəlb edib, Azərbaycan üçün turnirdə daha çox medal qazana bilərdilər. Lakin prioritet yerli idmançıların yetişdirilməsidir və bu, alqışa layiq yanaşmadır. İdmanda nəticə ilə paralel əsas məqsəd ölkə gəncliyinin sağlam formalaşmasıdır və bu mənada AKAF peşəkar və səmimi fəaliyyəti ilə seçilir.

AGİN ilə birgə təşkil edilən ənənəvi Prezident Kuboku turnirinin budəfəki yarışına rekord sayda, 20 ölkə iştirak etdi. Hər il ölkə sayı da, medalımız da artır və bu amil deməyə əsas verir ki, turnir hərtərəfli uğurlu təşkil olunur.

AKAF-ı ən uğurlu federasiya adlandırmağımız da əbəs deyil. Ölkəmizdə cüdo, güləş və s. növlərin də yaxşı fəaliyyəti ilə önə çıxan federasiyası var. Lakin heç bir federasiya AKAF kimi mediaya bu dərəcədə həssas yanaşmır. Hətta arada çox böyük fərq var. Məsələn, hər hansı bir federasiya 3-4-5 KİV ilə ünsiyyətdədirsə, AKAF iş görəndə fərq qoymadan, bütün idman KİV ilə birgə addım atır. Bundan əlavə, turnirə ezamiyyənin ən xırda detalınadək önəm vermələri, medianın prosesləri işıqlandırması üçün bütün peşəkar detalları həll etməsi onu fərqləndirir. 30-dan çox KİV orqanı üçün 5 gün ərzində heç bir xırda çatışmazlıq belə olmadan turniri müşahidə etməsi üçün yaradılan şərait AKAF-ı digər federasiyalar üçün nümunəvi edən amillərdən biridir.

Bəli, adında futbol sözü olan elektron KİV orqanlarını belə avarçəkmə turnirinə dəvət etmək qurumun media işini görənlərin necə peşəkar olduğundan xəbər verir. Onlar bu sahənin mütəxəssisləridir və yaxşı bilirlər ki, görülən işin uğurlu təqdimatı da vacibdir və bunu ən yaxşı kimlər edə bilər…

Bir sözlə, iş görərkən həmin işin həm də ideoloji mahiyyətini dərk etmək, onu cəmiyyətə də faydalı şəkildə təqdim etmək vacibdir. Bunu düşünmək artıq peşəkarlıqdan başqa həm də səmimiyyətdir.

Beynəlxalq reqatanın təşkilində nəzərə alınan amillər incəliklə işlənib. İşğaldan azad olunmuş ərazilərdə – Füzuli və Suqovuşanda təşkil olunan mərhələlər, Mingəçevir fazası – hər biri ayrı-ayrılıqda həm də yerli əhalinin bu yarışı yaşamasına, onun iştirakçısına çevrilməsinə səbəb olur. Reqatanın canlı yayımı, peşəkar və zövqlü təqdimatı həmçinin o ərazilərdə turizmin inkişafına da bir təkandır.

Biz Mingəçevirdə reqatanın keçirildiyini taksi sürücüsündən tutmuş, kənar məhlənin çayçısında nərd oynayan təqaüdçünün də bildiyini, xəbərdar olduğunu gördük. Çünki şəhərin hər güşəsində bu yarışa aid hansısa Aktiv Asiya var idi. Bağlanış mərasimindəki izdiham da göstərdi ki, reqatanın təşkilatçıları bir beynəlxalq yarışdan başqa həm də şəhər əhalisi üçün bayram ab-havası yaratmağı bacarmışdı.

İllərlə bu turniri yaxından izlədikdən sonra bu il bu qənaətə gəldim ki, AKAF xüsusi qeyd olunmağa layiq iş görür. Necə deyərlər, iş görəndə də belə görəsən…

Elçin Cəlilov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 04 May 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri