Prezident Kuboku 2026 : Komandaların rəsmi paradı və təqdimatı keçirilib
sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında iştirak edən komandaların rəsmi paradı və təqdimatı keçirilib. Sport24.az xəbər verir ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan tədbir Mingəçevirdə gerçəkləşib.
Parad zamanı əvvəlcə rəsmi şəxslər və qonaqlar Heydər Əliyevin Mingəçevir şəhərindəki abidəsini ziyarət ediblər. Daha sonra iştirakçı komandaların Heydər Əliyev prospekti boyunca keçidi olub.
Ardınca Dövlət Himni səsləndirilib və tədbir bədii hissə ilə davam edib.
Parada Azərbaycan təmsilçiləri ilə yanaşı, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan olan 100-dən artıq idmançı qatılıb.
Qeyd edək ki, yarışa ötən gün Ağdərədə - Sərsəng su anbarında start verilib. Reqataya mayın 1-də yekun vurulacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:146
Bu xəbər 28 Aprel 2026 15:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















