“Prezident məktəbi rus dilində bitirib, amma Azərbaycan dilində belə gözəl danışır”
Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.
“Prezidentin AMEA-nın 80 illik yubileyindəki çıxışını mən də dinləyirdim. Çıxışı dinlədikcə düşünürdüm, burada qaldırılan məsələlərlə yanaşı, ondan da əhəmiyyətli odur ki, dövlət başçısı belə səlis, rəvan, zəngin Azərbaycan dilində danışır”.
Redaktor.az xəbər verir ki, bunu AYB sədri Anar Rzayev Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən Konfransda bildirib.
“Bu, niyə önəmlidir? Çünki cənab İlham Əliyev orta məktəbi də, ali məktəbi də rus dilində bitirib və uzun zaman Moskvada yaşayıb. Amma dilin bütün imkanlarından, leksik zənginliyindən istifadə edərək Azərbaycan dilində belə gözəl danışır”, - AYB sədri bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:30
Bu xəbər 08 Dekabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















