Icma.az
close
up
RU
Prezident milli maraqları qorumaq üçün necə mübarizə aparıb?

Prezident milli maraqları qorumaq üçün necə mübarizə aparıb?

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Son illər qlobal geosiyasi proseslərin kəskinləşdiyi, böyük güclər arasında maraqlar toqquşmasının artdığı bir dövrdə Azərbaycan–ABŞ münasibətlərində müşahidə olunan canlanma xüsusi diqqət çəkir. Uzun müddət ziddiyyətli mərhələlərdən, siyasi təzyiqlərdən və birtərəfli yanaşmalardan keçmiş bu münasibətlər 2025-ci ildə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin ABŞ-a səfəri və Vaşinqtonda apardığı yüksək səviyyəli danışıqlar təkcə ikitərəfli əlaqələr baxımından deyil, həm də Cənubi Qafqazda sülh, təhlükəsizlik və regional əməkdaşlıq perspektivləri prizmasından tarixi əhəmiyyət daşıyır. Məhz bu danışıqlar fonunda Vaşinqtonun uzun illər Azərbaycana münasibətdə sərgilədiyi yanaşmalar yenidən nəzərdən keçirilib, sülh gündəliyində Bakının mövqeyi qəbul olunub və 907-ci düzəliş kimi mübahisəli qərarların faktiki olaraq arxa plana keçməsi mümkün olub. Bütün bunlar 2025-ci ili Azərbaycan–ABŞ münasibətlərində dönüş nöqtəsi kimi dəyərləndirməyə əsas verir və bu proseslərin arxasında dayanan siyasi, diplomatik və geostrateji amillər geniş ictimai müzakirə mövzusuna çevrilir. Maraqlıdır, Prezident İlham Əliyevin ABŞ-a səfəri və Vaşinqtonda apardığı danışıqlar Azərbaycan–ABŞ münasibətlərində hansı real üstünlükləri təmin etdi?

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu KONKRET.az-a açıqlamasında bildirib ki, 2025-ci il iki ölkə arasında əlaqələr baxımından tarixi dönüş nöqtəsi hesab olunmalıdır.

Onun sözlərinə görə, ABŞ dünyanın aparıcı ölkələrindən biri olduğu üçün hər bir dövlət kimi Azərbaycan da bu ölkə ilə münasibətlərin müsbət istiqamətdə inkişafında maraqlıdır:

“Azərbaycan rəhbərliyi də son illər ABŞ ilə əlaqələrin normallaşdırılması və inkişafı istiqamətində ardıcıl və uğurlu diplomatik addımlar atıb”.

Əli Zülfüqaroğlu xatırladıb ki, Bayden administrasiyası dövründə Azərbaycana qarşı ciddi təzyiqlər müşahidə olunurdu:

“ABŞ Dövlət Departamenti tərəfindən birtərəfli yanaşma sərgilənir, bu isə sülh danışıqları prosesinə mənfi təsir göstərirdi. Belə bir şəraitdə Prezident İlham Əliyev milli maraqların qorunması istiqamətində prinsipial mövqe ortaya qoydu.
Amerikada prezident seçkiləri ərəfəsində dövlət başçısının verdiyi açıqlamalar, eyni zamanda uğurlu diplomatik yanaşma iki ölkə arasındakı münasibətlərə ciddi təsir göstərdi”.

Siyasi şərhçinin sözlərinə görə, həmin açıqlamalar ABŞ prezidenti Donald Tramp tərəfindən dəfələrlə sosial şəbəkələrdə paylaşılıb ki, bu da Azərbaycan Prezidentinin mövqeyinin ABŞ siyasi dairələrində rezonans doğurduğunu göstərir:

“Məhz bu siyasətin nəticəsi olaraq 2025-ci ilin avqustunda Vaşinqton Bəyannaməsi imzalandı”.

Zülfüqaroğlu qeyd edib ki, Vaşinqton Bəyannaməsində Azərbaycanın sülh danışıqları prosesində irəli sürdüyü əsas şərtlər Ermənistanla yanaşı ABŞ tərəfindən də qəbul edildi və ilkin sülh sazişi imzalandı:

“Bununla da bölgədə yeni siyasi mərhələnin əsası qoyuldu, Zəngəzur dəhlizinin açılması üçün real zəmin yarandı. Eyni zamanda, erməni lobbisinin ABŞ hökumətində yüksək vəzifə tutan şəxslər vasitəsilə Amerika siyasətinə təsir göstərmək cəhdləri iflasa uğradı”.

Açıqlamada vurğulanıb ki, ABŞ tərəfindən Azərbaycana qarşı illər boyu sərgilənən ədalətsiz yanaşmalar, xüsusilə də 907-ci düzəliş tarixi ədalətsizlik nümunəsi idi:

“Azərbaycan işğala məruz qaldığı halda bu düzəliş öıkəmizə tətbiq edildi. Lakin Azərbaycan–ABŞ münasibətlərinin müsbət məcraya yönəlməsi nəticəsində 907-ci düzəliş faktiki olaraq aradan qaldırılıb və onun tam ləğvi üçün real zəmin formalaşıb”.

Əli Zülfüqaroğlu bildirib ki, hazırda iki ölkə hökumətləri arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün danışıqlar davam edir. Bu proses təkcə siyasi əlaqələri deyil, eyni zamanda iqtisadi əməkdaşlığın genişlənməsini də stimullaşdırır.

“Bütün bunlar ABŞ və Azərbaycan arasında bərabərhüquqlu, qarşılıqlı hörmətə və dostluğa əsaslanan münasibətlərin formalaşdığını göstərir. Bu isə Azərbaycanın geosiyasi mövqeyinin möhkəmlənməsi baxımından son dərəcə önəmli addımdır”, – deyə siyasi şərhçi diqqətə çatdırıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://konkret.az
archiveBu xəbər 07 Yanvar 2026 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri