Prezident Naxçıvanda ictimai nəqliyyatın tənzimlənməsi ilə bağlı sərəncam imzalayıb
Icma.az, Reyting.az portalına istinadən məlumat yayır.
Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobus alınacaq.
Reyting.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncam iqlim dəyişikliyinə qarşı mübarizə və ekoloji dayanıqlılığın artırılması üçün ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və istifadəsinin genişləndirilməsi məqsədi daşıyır.
Bildirilib ki, Naxçıvan şəhərinin ictimai nəqliyyat sistemində sərnişin daşımalarının yalnız elektrik mühərrikli avtobuslarla təşkili məqsədilə 60 ədəd elektrik mühərrikli avtobus alınacaq və enerjidoldurma cihazları quraşdırılacaq, habelə həmin avtobuslara xidmət səviyyəsinin yüksəldilməsi üçün depo (qaraj) infrastrukturu təkmilləşdiriləcək. Bu məqsədlə “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinə 33 milyon 449 min manat vəsait ayrılıb.
Bu mövzuda digər xəbərlər:Prezident sərəncam imzalayıb
10 Dekabr 2024 16:19
Prezident Gövhər Baxşəliyeva ilə bağlı sərəncam imzalayıb
25 Noyabr 2024 14:44
Prezident ali təhsillə bağlı sərəncam imzalayıb
15 Noyabr 2024 14:09
Prezident sabiq nazirlə bağlı sərəncam imzalayıb
12 Avqust 2025 13:16
Prezident hərbi çağırışla bağlı sərəncam imzalayıb
23 Noyabr 2024 16:23
Baxış sayı:131
Bu xəbər 04 Mart 2025 16:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















