Prezident ölkədən qaçıb: Ordu və Z nəsli üsyan etdi
Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.
Bizimyol.info xəbər verir ki, bu barədə müxalifət məlumat verib və "Reuters" mənbələri də təsdiqləyib.
Sentyabrın 25-də su və elektrik enerjisi çatışmazlığı səbəbindən başlayan kütləvi etirazlar qısa zamanda korrupsiyaya, yoxsulluğa və hökumətin fəaliyyətsizliyinə qarşı ümummilli üsyana çevrilib.
Müxalifət lideri Siteni Randrianasoloniaikonun sözlərinə görə, Rajoelina oktyabrın 12-də ölkəni tərk edib. "Biz prezident aparatına zəng etdik və onlar onun ölkəni tərk etdiyini təsdiqlədilər", - deyə siyasətçi bildirib.
Hərbi mənbə dəqiqləşdirib ki, dövlət başçısı Sente-Mari hava limanına gələn Fransaya məxsus “Kasa” hərbi təyyarəsi ilə ölkədən təxliyə edilib.
Fransanın RFI radiosunun məlumatına görə, Rajoelinanın təxliyəsi Fransa prezidenti Emmanuel Makronla razılaşmanın nəticəsi olub.
2009-cu il çevrilişində ona hakimiyyətə gəlməyə kömək edən elit CAPSAT bölməsi nümayişçilərə atəş açmaqdan imtina etdikdən və orduya nəzarəti ələ aldığını elan etdikdən sonra Rajoelina rejimi süqut edib. Bunun ardınca jandarm da etirazlara qoşulub. Hərbi dəstəyini itirən prezident özünün tamamilə təcrid vəziyyətində olduğunu görüb və qaçmaq qərarına gəlib.
BMT-nin məlumatına görə, etirazlar başlayandan bəri ən azı 22 nəfər ölüb. Konstitusiyaya görə, Senatın sədri prezidentin olmadığı müddətdə prezidentin səlahiyyətlərini icra edir. Hazırda bu vəzifəyə Jan-Andre Ndremandjari təyin edilib.
Qadir, Bizimyol.info


