Icma.az
close
up
RU
Sabiq prezident üsyan etdi

Sabiq prezident üsyan etdi

Icma.az bildirir, News24 portalına istinadən.

“Klubların sayının artması sevindirici haldır, ancaq legioner limitinin ləğvi Azərbaycan futboluna heç bir xeyir verməyəcək”.

News24.az xəbər verir ki, bunu İdman.biz-ə PFL-in sabiq prezidenti Ramin Musayev deyib.

O, AFFA İcraiyyə Komitəsinin dünənki iclasında qəbul olunan qərarlara münasibət bildirib. Mütəxəssisin sözlərinə görə, legioner limitinin ləğvi futbolumuza ciddi ziyan verəcək: "Çünki bizim klubların heç birini milli komanda maraqlandırmır. Hər bir klub öz aqibətini düşünür. Legioner limiti ilə bağlı qərar verənləri başa düşə bilmirəm. Anlamaq olmur, onların fikri nədir? Görünən odur ki, sözügedən qərarı verənlərin bu sahədə təcrübələri yoxdur. Limitin ləğvi birmənalı şəkildə yerli futbolçulara mənfi təsir edəcək. Futboldakı 19 illik təcrübəmə əsaslanıb deyə bilərəm ki, “legioner limitinin ləğvi yerli futbolçuların rəqabətinə müsbət təsir edəcək” fikri tamamilə yanlışdır. Əksinə, zamanla görəcəksiniz ki, bu qərar Azərbaycan futboluna ziyan verəcək”.

O, 2025/2026-cı illər mövsümündən komanda sayının 10-dan 12-yə artırılmasına da münasibət bildirib: “Bu, düzgün addımdır. Fikrimcə, həmin iki komandadan biri "Qəbələ" olmalıdır. Çünki klubun infrastrukturu buna imkan verir. Hansı komandanın bazası, futbolçu yetişdirmək üçün imkanları varsa, o da Premyer Liqada oynamalıdır. İkinci komanda isə çox güman "Zaqatala" olacaq. Əgər ümumi mənzərəyə baxsaq, ən çox azarkeş toplayan Lənkəran komandasıdır. Tərəfdarı çox olan klub özündə daha çox məsuliyyət hiss edir. Nəticə etibarilə futbolu azarkeş üçün oynayırlar. Bu səbəbdən Lənkəran komandasının Premyer Liqada təmsil olunmasını istəyərdim. Maraqlısı budur ki, Premyer Liqada sonuncu yerdə olan komanda liqanı tərk edəcək, ya yox? Əgər etməsə, bu artıq idman prinsiplərinin pozulmasıdır. Belə olan halda tərk etmək ehtimalı olan komandalar arxayınlaşacaq və mübarizə aparmayacaq. Bu isə çempionatdakı oyunların keyfiyyətinə təsir göstərəcək”.

Qeyd edək ki, bir gün öncə AFFA İcraiyyə Komitəsi ölkə çempionatında legioner limitini ləğv edib, yeni mövsümdə komanda sayının 12-yə yüksəldilməsinə qərar verib. 2025/2026 mövsümünün əsasnaməsi və formatı isə İcraiyyə Komitəsinin növbəti toplantısında müzakirə ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:220
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Fevral 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1156

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see349

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see333

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see332

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see330

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see324

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see286

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see260

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see231

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see203

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see201

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see201

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see199

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see198

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see194

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see186

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see171

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri