Prezident Rusiya Ukrayna məsələsi və Yaxın Şərqdə hadisələr haqqında: Hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir
Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” telekanalına müsahibəsində Rusiya-Ukrayna məsələsini, Yaxın Şərqdə cərəyan edən hadisələri şərh edərkən deyib.
“Bizim yanaşma ondan ibarətdir ki, biz qlobal nizamı olduqca düzgün qiymətləndirirdik. Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq. Olsun Rusiya-Ukrayna müharibəsi, yaxud Yaxın Şərqdəki hadisələr və Afrikadakı gərginlik – hər bir ölkə anlamalıdır ki, o, öz taleyinin sahibidir”, - Azərbaycan Prezidenti bildirib.
İlham Əliyev qeyd edib ki, onlar bunu nə qədər tez başa düşsələr, bu, onlar üçün bir o qədər yaxşı olar:
“Çünki əgər siz həmişə kiminsə yardımına bel bağlasanız, birincisi, bu sizi zəiflədəcək, ikincisi, bu yardımın daimi olacağına dair heç bir zəmanət yoxdur, üçüncüsü də siz suverenliyinizin bir hissəsini itirmiş olursunuz. Çünki əgər siz həmişə kimdənsə asılısınızsa və həmişə kimdənsə yardım istəyirsinizsə, onda bir gün gələcək həmin şəxs gəlib sizdən hesabat istəyəcək”.
Prezident deyib ki, Azərbaycanın təcrübəsi uğurlu olub və onun uğurlu olması sübuta yetirilib:
“Yəni biz öz resurslarımıza güvənirdik, biz suverenliyimizi və ərazi bütövlüyümüzü özümüz bərpa etdik və indi də gələcəyimizi özümüz qururuq. Hesab edirəm ki, bu, çox vacib bir nəticədir və bu, təkcə nəzəriyyə deyil, bu, Azərbaycanda baş verənlərdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 14 Mart 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















