Prezident səfərini yarıda saxlayıb TƏCİLİ ÖLKƏSİNƏ DÖNDÜ
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkə.az İRİB-ə istinadən xəbər verir ki, buna ABŞ-nin ötən gecə İslam Respublikasına zərbələr endirməsi səbəb olub.
M.Pezeşkian Birləşmiş Ştatlar ordusunun İranın cənubunu bombalamasından sonra İraqın Nəcəf şəhərini tərk edərək ölkəsinə qayıdıb.
İran dövlət televiziyasının məlumatına görə, ABŞ-nin hücumu nəticəsində güclü partlayışlar İranın Bəndər Abbas və Sirik liman şəhərlərində, eləcə də Hörmüz boğazındakı Qeşm adasında baş verib.
Məlumata görə, mərmilər Sirikdəki ticarət limanına, Ziarat kəndindəki balıqçılıq limanına və Bəndər Abbasdakı mülki balıqçı qayıqlarına dəyib.
İRİB-in məlumatına görə, Sirika şəhərindəki körpüyə edilən hücum nəticəsində bir neçə nəfər yaralanıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumlara cavab olaraq Birləşmiş Ştatların bölgədəki 85 hədəfinə zərbələr endirib.
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:172
Bu xəbər 08 İyul 2026 14:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















