Həbsi tələb olunan iranlı rejissor ölkəsinə geri döndü
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
Kann Film Festivalında "Qızıl Palma” mükafatını qazanan azərbaycan əsilli iranlı rejissor Cəfər Pənahi haqqında verilən həbs cəzası və davamlı təzyiqlərə baxmayaraq, ölkəsinə geri qayıdıb.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, rejissorun bu addımı beynəlxalq ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
Pənahi açıqlamasında vətəninə bağlılığını belə ifadə edib:
"Mənim yalnız bir pasportum var. Bu, mənim ölkəmin pasportudur və mən onu qorumaq istəyirəm. Mənim ölkəm nəfəs ala biləcəyim, yaşamaq üçün bir səbəb tapa biləcəyim və yaratmaq üçün güc tapa biləcəyim yerdir”.
Qeyd edək ki, uzun illərdir müxtəlif qadağa və təzyiqlərlə üzləşən rejissor buna baxmayaraq yaradıcılığını davam etdirir və beynəlxalq festivallarda uğurlar qazanır.
Xatırladaq ki, tanınmış rejissor İrandakı dini rejimə qarşı təxribat xarakterli fəaliyyət göstərməkdə ittiham edilib. Onun barəsində 2 il qiyabi həbs verilib.
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 07 Aprel 2026 11:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















