Icma.az
close
up
RU
Prezident son müsahibəsində Azərbaycanın qlobal proseslərə yanaşmasını açıq şəkildə ortaya qoyub RƏY

Prezident son müsahibəsində Azərbaycanın qlobal proseslərə yanaşmasını açıq şəkildə ortaya qoyub RƏY

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 28 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində hər zaman olduğu kimi mühüm məsələlərə toxunub, ölkəmizin mövqeyini, qlobal miqyasda gedən proseslərə yanaşmasını açıq şəkildə ortaya qoyub. Bu müsahibə həm də Azərbaycanın beynəlxalq siyasi gedişata olan mövqeyinin təqdimatıdır. Dövlətimizin başçısı müsahibədə həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar verdi. Beynəlxalq münasibətlər sistemində olduqca mürəkkəb proseslərin getdiyi bir vaxtda Azərbaycan tək regional geopolitik proseslərə deyil, həm də qlobal miqyasda siyasi proseslərə təsir etmək imkanlarına sahibdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.

O bildirib ki, beynəlxalq arenada siyasi, iqtisadi böhranın dərinləşdiyi bir vaxtda bütün bu proseslərin dəqiq, doğru-düzgün analiz edilib yönləndirilməsində şəxsiyyət və lider amili olduqca mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Prezidenti müsahibəsində məhz bu liderlik faktorunu, hadisələrə və proseslərə ən düzgün siyasi məntiqlə yanaşdığını bütün parametrlərlə ortaya qoyub. Vaşinqtonda sülh sazişinin paraflanmasından sonra bölgədə sabitliyin əleyhinə olan qüvvələr üçün dövlətimizin başçısının “Bu, iki dövlət arasında razılaşmadır. Bu, Paşinyan ilə mənim razılaşmamız deyil” mesajı kifayət qədər açıq və konkret ifadə olunmuş bir həqiqətdir. Yekun sülh üçün Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəanın çıxarılmasının dəyişilməz şərt olduğunu bir daha bəyan edən Prezident əks yolun qarşı tərəf üçün xoşagəlməz nəticələr yaradacağını qeyd etdi. Son razılaşma şərtlərindən geri durma və ya hər hansı xarici müdaxilə ilə rəsmi İrəvanın mövqeyində dəyişiklik yalnız ABŞ deyil, beynəlxalq ictimaiyyət, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələri yanında da Ermənistanın dövlət imicinin itirilməsinə gətirib çıxaracaq. Azərbaycan lideri bu kimi planları düşünən erməni revanşizminə də Azərbaycan dövləti adından qəti mövqeyini bildirdi: “Əgər Ermənistan bir daha bizim ərazi bütövlüyümüzü şübhə altına qoysa, biz də adekvat cavab verəcəyik”.

“Düşünürəm ki, müsahibədə tək Azərbaycan Respublikasında və İranda yaşayan soydaşlarımızın deyil, bütövlükdə Dünya azərbaycanlılarının sevinc və qürurla dinlədiyi məqam İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian haqda fikirləri oldu. Məsud Pezeşkianın Azərbaycana səfərlərinə toxunan Prezident İlham Əliyev “O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq”, - fikri bölgədə Azərbaycan və azərbaycanlı faktorunun diplomatik şəkildə ən ideal ifadəsi idi. Bu baxımdan Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatı haqda da fikirləri xüsusi diqqət çəkir. Dünyanın siyasi proseslərinə bu və ya digər şəkildə təsir edən beynəlxalq təşkilatların bir çoxunun məhz ortaq etnik qrup halında birləşdiyini qeyd edən Prezident qarşıya qoyulan hədəfi də “təkcə daxili məsələlərlə məşğul olmayan qlobal oyunçuya çevrilmək” kimi açıqlayıb. Eyni zamanda, dövlətimizin başçısının Türk Dövlətləri Təşkilatının beynəlxalq arenada sabitləşdirici, müsbət rol oynayan nəhəng coğrafiyada heç kimə təhlükə törətməyən, əksinə dünya sülhünün keşiyində duracaq güclü birlik olduğunu bildirməklə həm də yüz illər boyu Türk hakimiyyəti altında bütövlükdə Asiyanın barış içində yaşadığı tarixi reallığı xatırlatmış oldu. Bu mənada Prezidentin müsahibəsində dünyanın siyasi gedişatında ədalətsiz yanaşmadan yaranan hərbi qarşıdurmalara da sərt münasibət var. Dövlətimizin başçısı uzun illər işğaldan əziyyət çəkən bir ölkə kimi Ukraynanın, Suriyanın ərazi bütövlüyünü tanıyan, Fələstinin dövlət müstəqilliyinin tərəfdarı olan Azərbaycanı dünyaya ədalət və barış örnəyi kimi təqdim etdi”, - deyə F.İbrahimli vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see205

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see195

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see174

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see144

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see142

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see141

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see140

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see134

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see134

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see132

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see127

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see127

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see126

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see124

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri