Prezident yeni publik hüquqi şəxs yaradıb
Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi publik hüquqi şəxsin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi publik hüquqi şəxs yaradılıb.
Reyting.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.
Müəyyən edilib ki, Fərmana əsasən, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
- bu Fərmanın 2-ci hissəsi nəzərə alınmaqla, həmin hissədə nəzərdə tutulan publik hüquqi şəxslərin təhvil-təslim işlərinin təşkili və Agentlik fəaliyyətə başlayanadək idarə edilməsi üçün rəhbəri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini olmaqla komissiya yaradılmasını təmin etsin;
- İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin balansında olan əmlakın Agentliyin balansına verilməsi ilə bağlı üç ay müddətində zəruri tədbirlər görülməsini təmin etsin;
- bu Fərmana uyğun olaraq, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilməsini üç ay müddətində təmin etsin;
- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə Agentliyin dövlət qeydiyyatına alınması ilə bağlı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunu ilə müəyyən edilmiş zəruri tədbirləri həyata keçirsin;
- bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
Baxış sayı:134
Bu xəbər 19 Mart 2026 18:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















