Icma.az
close
up
RU
Prezident yeni qanunu təsdiq etdi Sosial xidmətlərə nələr əlavə olunub?

Prezident yeni qanunu təsdiq etdi Sosial xidmətlərə nələr əlavə olunub?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Prezidenti “Sosial xidmət haqqında” Qanuna edilən dəyişiklikləri təsdiqləyib. Yeni dəyişikliklərin əsas məqsədi çətin həyat şəraitində olan şəxslərə göstərilən sosial xidmətlərin səmərəliliyini artırmaq, keyfiyyətini yaxşılaşdırmaq, ünvanlılığı və bu xidmətlərə əlçatanlığı təmin etməkdir. Qanun eyni zamanda sosial xidmətin göstərilməsi ilə bağlı müraciətlərin baxılması, qiymətləndirilməsi və qərar qəbul olunması prosedurlarını da dəqiqləşdirməyi nəzərdə tutur.

İqtisadçı, deputat Vüqar Bayramov bildirib ki, qanunun 19-cu maddəsinə edilən dəyişiklik sosial xidmətlərdən istifadə edən vətəndaşların əhatə dairəsinin genişlənməsinə səbəb olacaq: “Əvvəllər Qanunda yer alan 'eyni yaşayış məntəqəsində yaşamayan' ifadəsi daha geniş əhali kateqoriyasını əhatə etdiyindən, bu, vətəndaşların evdə (səyyar) sosial xidmətlərdən istifadə hüququnu məhdudlaşdırırdı. Yeni dəyişikliklə bu ifadə 'Bakı şəhəri üzrə eyni inzibati ərazi vahidində, digər şəhər və rayonlar üzrə isə eyni inzibati ərazi dairəsində' sözləri ilə əvəz olunub. Bu da xidmətlərdən istifadə imkanlarını genişləndirəcək”.

Deputatın sözlərinə görə, vacib dəyişikliklərdən biri də çətin həyat şəraitində olan bütün şəxslər və ailələrin yarımstasionar (günərzi) sosial xidmətlərlə əhatə olunmasına şərait yaradılmasıdır. Bu dəyişiklik daha geniş əhali qrupunun sosial xidmətlərə çıxışını təmin edəcək.

Vüqar Bayramov əlavə edib ki, yeni dəyişikliklərə əsasən, artıq subyektlər arasında müqavilə bağlanmaqla, dövlət büdcəsinin vəsaiti hesabına ödənişsiz sosial xidmətlər də göstəriləcək. Halbuki əvvəlki qaydalarda bu cür müqavilələr yalnız ödənişli xidmətlər üçün nəzərdə tutulurdu.

Deputat onu da qeyd edib ki, əvvəlki qanunvericilikdə asudə vaxtın səmərəli təşkili yalnız sosial-pedaqoji xidmətin tərkib hissəsi kimi göstərilirdi: “O zaman bu xidmət yalnız yetkinlik yaşına çatmayanların inkişafındakı geriliklər və davranış pozuntularının profilaktikasına yönəlmişdi. Nəticədə digər kateqoriyaya aid, çətin həyat şəraitində olan şəxslərin bu xidmətdən yararlanmaq imkanı olmurdu”.

Bütün bunları nəzərə alan millət vəkili bildirib ki, Qanuna yeni bir xidmət növü – sosial-mədəni xidmət əlavə olunub. Bu, çətin həyat şəraitində olan bütün şəxslərə həmin xidmətdən istifadə imkanı yaradacaq.

“Göründüyü kimi, Qanuna edilən dəyişikliklər həm sosial xidmətlərin növlərini və əhatə dairəsini genişləndirir, həm də dövlət vəsaiti hesabına daha çox xidmətin göstərilməsinə imkan yaradır”, – deyə deputat yekunlaşdırıb.

Rasim Əliyev
AzPolitika.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 May 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see210

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see150

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri