Prezidentdən Yaponiyanın yeni Baş nazirinə məktub
Icma.az bildirir, Tribuna portalına istinadən.
Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın yeni Baş naziri Sanae Takaiçiyə təbrik məktubu ünvanlayıb.
Tribunainfo.az xəbər verir ki, məktubda deyilir:
“Hörmətli xanım Baş nazir,
Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Yaponiya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Hazırda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar mövcuddur.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, mövcud potensialdan istifadə edərək ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik.
Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 22 Oktyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















