Icma.az
close
up
RU
Prezidenti bu məsələni bir səfərlə həll etdi Deputat

Prezidenti bu məsələni bir səfərlə həll etdi Deputat

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Dünya 2025-ci il avqustun 8-də Vaşinqtonda əhəmiyyətinə görə təkcə Azərbaycan, Cənubi Qafqaz deyil, beynəlxalq miqyaslı möhtəşəm bir hadisəni maraqla izlədi. Səfər etdiyi bütün ölkələrdə millətimizə daim başucalığı gətirən, Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində döyüş meydanında qazanılan, lokal xarakterli antiterror tədbirlərilə ölkəmizin ərazisində separatizmin kökünün tamamilə kəsilməsi də buna nümunədir. Dövlət suverenliyinin bərqərar edilməsilə nəticələnən, millətimizin və dövlətimizin həyatında ən yeni dövrün başlanğıcını qoyan Böyük Zəfərin ABŞ-ın şahidliyi ilə imzalanan sənədlərlə masada, siyasi-diplomatik sahədə möhkəmləndirilməsilə millətimizin istəyinə çatdırılması diplomatiya tariximizin qürur verici səhifəsini, ölkə başçımızın gəlib-keçmiş tarixin ən mahir diplomatı olduğunu bir daha göstərdi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin növbədənkənar iclasında sədr müavini Musa Qasımlı deyib.

Onun sözlərinə görə, tarixçilərin, siyasətşünasların araşdırma mövzusu olacaq və daim fəxr ediləcək bu möhtəşəm hadisə millətimizə zorla sırıdılmış problemin birdəfəlik həll edilməsidir:

“1993-cü ildə dövlət müstəqilliyini itirilməkdən və ölkəni parçalanmaqdan xilas edən, müasir Azərbaycan Respublikası dövlətinin banisi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş, milli hədəfləri aydın olan siyasətin inanılmaz bir başarı ilə gerçəkləşdirilməsidir.

Prezidentin bir səfəri ilə millətimiz və dövlətimiz qarşısında dayanan bir neçə məsələni həll etməsi – 1992-ci ildən bəri ölkəmizə qarşı ədalətsiz tətbiq olunan Azadlığa dəstək aktına 907-ci düzəlişin dayandırılması, Birləşmiş Ştatlarla strateji tərəfdaşlığa dair strateji işçi qrupunun yaradılması haqqında memorandumun imzalanması, Minsk qrupunun ləğv edilməsi dünya diplomatiya tarixində nadir rast gəlinən hadisə, çıxışlarının birində “mən məsələni yarımçıq həll etmək istəmirəm” deyən dövlət başçımızın üstün zəkasını, heyrətamiz iş üslubunu və qəti iradəsini göstərdi.

İspan səyyahı Xristofer Kolumb Amerikanı kəşf edərkən onu “yeni dünya” adlandırmışdı. “Yeni dünya” dövləti olan ABŞ və Prezidenti Donald Trampın zəkasına, bacarığına, qətiyyətinə heyran qalaraq Böyük Lider adlandırdığı, ən etibar olunan, güvənilən şəxs kimi Amerikan xalqının və dövlətinin baş evi olan Ağ evin təqdim etdiyi Qızıl açarını əlində tutan, gücünü tək bayraq altında birləşən tək millətimizdən alan və millətimizin də güvənc yeri olan Prezidentimiz İlham Əliyevlə rifah dövləti quran, heç bir müharibə və qan tökülməsini istəməyən, bütün qonşuları ilə mehriban şəraitdə yaşamağı arzulayan, dünyanın bütün qütblərinə gedən yollarda etibarlı körpü, birləşdirici güc, dünya mərkəzlərindən biri olan vətənimiz Azərbaycan və millətimiz yeni milli ideyasına da çatacaqdır. Bütün yollar mürəkkəb bir coğrafiyanı millətimiz üçün uğura çevirən, həyatına sevinc, bayram günləri gətirən Prezident İlham Əliyevin qurduğu ən yeni Azərbaycandan keçir!”

Safura Bənnayeva
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:159
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri