Prezidentlər bir çox məsələni orada həll edir Deputat
Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
“Mətbəx mədəniyyəti olan xalqın kökü var. Adətən insanlar hardasa bir heyvanı kəsir, bişirir, yeyir və gedir. Bu, əsasən daha çox həmin xalqın köçəri olduğunu, ya da ki, daha köklü olmadığını göstərir. Amma hansı xalqa baxırsan ki, onun mətbəxində bir mədəniyyət, incəsənət var, bunu dərin bir sənətə çevirir. Deməli, həmin xalqın uzun müddət gəldiyi yol var. Çünki onu etməyə zaman lazımdır. Həm də bunun üçün düşüncəsi var”.
Ölkə.az xəbər verir ki, bu sözləri deputat Vüqar İskəndərov “İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşrinin təqdimat mərasimində deyib.
“Çox vaxt siyasi görünən məsələlər bayraq qabağında, prezidentlərin əl sıxıb, gülümsəyib, görüşdüyü məqamlarda həll olunmur. O məsələlərin bir çoxu yemək arxasında həll olunur.
Uşaq anadan olanda birinci tanıdığı yer ağzıdır. Bu insanın yeməklə bağlı doğuşdan genetik quruluşu ilə bağlıdır. Bu, bir mədəniyyətə çevrilirsə, təbii ki, kökü bildirir. Belə kitablar bizə lazımlı və vacibdir”, - deyə millət vəkili bildirib.
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 03 İyul 2025 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















