Prezidenti həbs edə bilmirlər Əsgərlər yaxınlaşmağa imkan vermir
Icma.az bildirir, Azpost portalına istinadən.
Cənubi Koreyada dövlət antikorrupsiya agentliyinin müstəntiqləri dövlət başçısı Yun Sok Yolu qiyam ittihamı ilə həbs etmək üçün prezident iqamətgahına gedib.
Bu barədə “Yonhap” agentliyi yazıb.
İstintaq qrupunun nümayəndəsi bildirib ki, iqamətgahı qoruyan əsgərlər müstəntiqlərə Sok Yolun həbsinə dair orderi icra etməyə mane olurlar.
Bu səbəbdən də Yun Sok Yola qarşı həbs qərarının icrasının təhlükəsizlik səbəbi ilə dayandırılması qərara alınıb.
Bildirilib ki, davam edən qarşıdurma səbəbindən həbs qərarının icrasının faktiki olaraq qeyri-mümkün olduğu qənaətinə gəlinib.
O da qeyd olunur ki, dövlət başçısını həbs etmək üçün hadisə yerinə gələn zabitlərin təhlükəsizliyi ilə bağlı narahatlıqlar səbəbindən orderin icrası dayandırılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 03 Yanvar 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















