Icma.az
close
up
RU
Moldovalı əsgərlər Ukraynada döyüşür?

Moldovalı əsgərlər Ukraynada döyüşür?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Rusiyanın Ukraynanın Xerson şəhərinə endirdiyi İskəndər raket zərbəsində ukraynalı əsgərlərlə yanaşı, moldovalı əsgərlərin də həyatını itirdiyi bildirilir. 

"Cebheinfo.az" xəbər verir ki, “RIA Novosti”-də yer alan xəbərə görə, Moldova Prezidenti Maya Sandunun Ukraynaya göndərdiyi əsgərlərin Rusiya ordusunun Xerson bölgəsindəki bir Ukrayna hərbi bazasına təşkil etdiyi hücumda öldüyü iddia olunur. 

“Moldovskiy” “Telegram” kanalının məlumatına görə, moldovalı əsgərlər Rusiyanın “İskəndər-M” raketləri ilə vurduğu təlim sahəsində həyatını itirib. Xəbərdə Moldova Müdafiə Nazirliyindəki bir mənbəyə istinadən, “Ukraynaya təlim keçmək və hərbi təcrübə toplamaq üçün göndərilən on moldovalı əsgərdən dördünün öldüyü, ikisinin isə yaralandığı” qeyd olunur. 

Rusiya Müdafiə Nazirliyi 22 iyun tarixində verdiyi açıqlamada Xersonun Davidov Brod bölgəsindəki bir Ukrayna hərbi bazasının vurulduğunu və hücumda 70-dən çox ukraynalı əsgərin öldüyünü bəyan etmişdi. 

“Moldovskiy” portalı həmin hücumun videosunu da paylaşaraq, həlak olan moldovalı əsgərlərin ailələrinə “böyük məbləğdə təzminat ödənildiyi” və “bu barədə açıqlama verməmələri üçün məxfilik müqaviləsi imzalatdırıldığı” iddiasını irəli sürüb. 

Mənbənin sözlərinə görə, moldovalı əsgərlərin Ukraynaya göndərilməsi Prezident Maya Sandu ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında “şəxsi razılaşma”ya əsaslanıb:

“Bu, Moldovanın Ukraynaya əsgər göndərdiyi ilk hal deyil, lakin bu dəfə vəziyyət faciəvi şəkildə nəticələndi”.İddiaya görə, tərəflər arasındakı razılaşma moldovalı əsgərlərin yalnız Ukraynanın qərbində yerləşdirilməsini nəzərdə tuturdu, lakin bu qaydaya əməl edilməyib. 

Moldova rəsmiləri hələlik bu iddialarla bağlı rəsmi açıqlama verməyiblər. Əgər iddialar təsdiqlənərsə, bu, Moldovanın neytrallıq siyasəti ilə ziddiyyət təşkil edə və ölkə daxilində siyasi müzakirələrə səbəb ola bilər. 

Rusiyanın hücumunun birbaşa moldovalı əsgərləri hədəfə alıb-almadığı da hələlik məlum deyil. İddialar doğru olsa, bu hadisə Moldovanın Ukrayna müharibəsində dolayı rolunu və bölgədəki gərginliyin geniş əraziyə yayıldığını bir daha göstərir. 

Nigar Hacılı 
"Cebheinfo.az"

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri