Icma.az
close
up
RU
Prezidenti təəccübləndirən məsələ Hətta Makron da göndərdi, lakin o...

Prezidenti təəccübləndirən məsələ Hətta Makron da göndərdi, lakin o...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibə verib.

Müsahibə zamanı olduqca maraqlı məqamlara toxunulub. Bunlardan biri də Prezidentin Avropa Komissiyasının Prezidentinin ölkəmizin ev sahibliyi etdiyi COP29 sammitinə gəlməməsi ilə bağlı səsləndirdiyi fikirlər idi:

“Bildiyimə görə, bu (COP29), Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi. Əlbəttə, bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur”.

Globalinfo.az-a danışan politoloq Elşən Mustafayev deyib ki, Azərbaycan prezidentinin son müsahibəsində Avropa Komissiyasının prezidenti haqqında söylədikləri fikirlər son aylar yaranmış münasibətlərdən qaynaqlar:

“Ölkə başçısı COP29-dan sonra müsahibələrində də eyni fikirləri bildirmişdi. Aİ komissiyasının prezidentinin BMT-nin təşkilatçılığı ilə Azərbaycanda keçirilən COP29 tədbirlərinə qatılmaması ona kənardan olan təsirlərlərlə əlaqələndirilirdi. Belə ki, öncə bu tədbirə qatılacağını bildirsə də sonradan bəhanə gətirib COP29-a gəlməməklə həmin təsirlərin altında olduğunu bir daha göstərdi.

Elşən Mustafayev

Əslində, bu addım kənardan çox pis görünürdü. Belə ki, Aİ komissiyası prezidenti Ursula fon der Leyen COP29-dan bir müddət öncə Bakıda olmuşdu, enerji təhlükəsizliyi ilə bağlı danışıqlar aparmışdı və dediyinə görə xoş təəssüratla qayıtmışdı. Doğrudur, o, COP29 da iştirak etməməsi səbəbini hansısa qüvvənin etiraz etdiyi üçün yox, texniki məsələlərlə bağlı olduğunu izah etməyə çalışmışdı. Amma hamı gözəl anladı ki, kənardan olan təzyiqlərə görə bu addımı atmışdı.

Əks halda sual oluna bilər ki, qısa müddət ərzində nə dəyişdi ki, BMT tədbirinə gəlməməyi üstün tutdu? Sözsüz ki, bu hal Aİ komissiyası prezidenti kimi onun müstəqil qərar vermək iqtidarında olmamasını göstərdi. Halbuki tədbirdə bütün Avropa İttifaqı ölkələri müxtəlif səviyyələrdə təmsil olunurdular. Onların arasında prezidentlər, baş nazirlər də var idi. Hətta bu tədbiri boykot eləməyə çağıran Fransa belə ölkəsinin naziri səviyyəsində nümayəndə heyəti ilə təmsil olunmuşdu. Belə bir ortamda Aİ komissiyası prezidentinin addımı təəccüb doğurmuşdu. Prezident İlham Əliyevin müsahibədə diqqətə çatdırdığı məqam da bununla bağlı idi”.

Safura Bənnayeva
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 Yanvar 2025 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri