Icma.az
close
up
RU
Prezidentin 2181 saylı Fərmanı korrupsiyanın caynağında

Prezidentin 2181 saylı Fərmanı korrupsiyanın caynağında

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

FHN “Azəriqaz”ın insanları təhlükəyə atmasına niyə son qoymur?

“Azərsu” (06.01.2015): “Obyektin altından su və kanalizasiya xətti keçmir”

ADSEA (04.08.2025): “Obyekt kanalizasiya xəttinin üstündə yerləşir”

Prezidentin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 14.06.2023-cü il tarixli, 2181 saylı Fərmanı qeyri-yaşayış obyektlərinin təhlükəsiz istismarının, vətəndaşların, sahibkarlıq subyektlərinin əmlak hüquqlarının tanınmasının səmərəli şəkildə təşkili məqsədilə verilib.

Dövlət başçısının buyruğuna görə, obyekt yiyəsinin Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciəti əsasında icranın ən çoxu 1 ay müddətində təmin olunması təsbit olunub. Di gəl, necə deyərlər, fərman prezidentindir, icra etməmək özbaşınalığı məmurların. 6 aydan çoxdur FHN TTNDA (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi) Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yanındakı 17 il qabaq tikilmiş qeyri-yaşayış binasının istismarına çeşidli bəhanələrlə icazə vermir. Öncə “Azəriqaz” və ADSEA-nın “obyektin insanların həyatına təhlükə olduğunu, qaz, kanalizasiya xətlərinin üstündə olduğu” haqqında yalan məlumatlarını bəhanə edən FHN , sonra özünün Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) saxtalığını əsas tutub , bu xidmət qurumlarına müraciət etməyi tövsiyə edib. Axı Fərmanda bunu FHN-in etməli olması yazılıb! Bir də obyekt yiyəsinin bu kommunal xidmət qurumlarına müraciəti ilə “dedığım dedikdir”dən özgə  nə dəyişir ki?  Özbaşınalığa baxın, “Azəriqaz” 17 ildir 1-ci dərəcəli Qarabağ qazisinin öz hesabına çəkdiyi xəttə rüşvət umub sayğac quraşdırmaqdan imtina edir, məhkəməyə də rüşvət verib xidmətdən imtinasını “əlil-istehlakçı hüququnun müdafiəsi” kimi qüvvəyə mindirir. İndi isə qaz xəttinin olmayan pilləkən qəfəsinin içindən keçməsi saxtalığı ilə FHN-ə yalan məlumat verir. Halbuki həmin qaz xəttinin obyektin çölündən, Babək prospekti, 71 və 73 saylı yaşayış binalarının qapalı yerlərindən keçməsini görməmək mümkün deyil. FHN , DYMX, ƏMDX  müayinəni necə aparıb ki, bu yekəlikdə təhlükəni görmür? Hətta insanların həyatına təhlükəni göstərən videogörüntülər təqdim olunsa da, eldə deyildiyi kimi, kor tutduğunu buraxmır ki, buraxmır. Bu korluq isə partlayışa, insanların ölümünə, xəsarətlər almasına səbəb olur. Nə yazıq, nə polis sahə müvəkkili, nə yanğın təhlükəsizliyi xidməti, nə Energetika Nazirliyi, nə Antiinhisar agentliyi, nə FHN, nə Ombudsman, nə NK, ... insanların həyatının təhlükəyə atılmasına son qoyur.

ADSEA-nın (keçmiş “Azərsu”) özbaşınalığının, cinayətkar saxtalığının ifşası “bir su içimi” kimi asandır. Cinayətkar saxtalığa fikir verin, “Azərsu” 10 il qabaq – 06.01.2015-ci il tarixli texniki şərt verib, sayğac quraşdırıb; 10 ildən sonra -2025-ci ildə isə ADSEA obyektin su-kanalizasiya xəttinin mühafizə zolağında tikildiyini , sifarişçinin (1-ci dərəcəli Qarabağ qazisinin- M. B.) vəsaiti hesabına köçürüləcəyi (?) halda yenidən baxılıb müsbət rəy veriləcəyini (?) bildirir. Haqlı sual doğur, obyekt kanalizasiya xəttinin üstündə tikilmişdisə, niyə su idarəsi texniki şərt verib və sayğac quraşdırıb? Suala texniki şərtin özü “cavab verir”. “Azərsu” ASC-nin 06.01.2025-ci il tarixli texniki şərtində sxemdə Nizami su idarəsinin  baş mühəndisi C. Cəfərov təsdiq edib ki, OBYEKTİN ALTINDAN SU VƏ KANALİZASİYA XƏTTİ KEÇMİR. ADSEA İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nın müavini Cabbar Cabbarlı isə 04.08.2025-ci il tarixli məktubunda təsdiqləyib ki, OBYEKT KANALİZASİYA XƏTTİNİN ÜSTÜNDƏ YERLƏŞİR. Cinayətkar saxtalıq göz önündədir, əlavə şərhə ehtiyac qalmır.

FHN TTNDA su, qaz xidmətinin saxtalığına, insanların həyatını təhlükəyə atmasına son qoymaq yerinə, bu qurumların “çaldığı ilə oynayır”. Haçağacan?

Məğrur BƏDƏLSOY

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 22 Dekabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri