Icma.az
close
up
RU
Prezidentin dil fərmanı: mənəviyyatda dövlət qoruğu

Prezidentin dil fərmanı: mənəviyyatda dövlət qoruğu

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Məlumdur ki, ötən il noyabrın 21-də ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzi, eləcə də, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv olundu. O zaman bu qəfil qərarın məqsədi bir çoxlarına aydın olmamışdı.

Dünən - iyulun 31-də Prezident yeni bir fərman verdi, bu fərmanla bir çox məsələlərə aydınlıq gətirdi. Fərmanın mətnindən məlum olur ki, Dövlət Tərcümə Mərkəzinin, eləcə də, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin bir çox funksiyaları, elə DDK-nın da bir səlahiyyəti Mədəniyyət Nazirliyinə həvalə edilib.

Məsələn, fərmanda yazılır: "Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə aşağıdakı məzmunda 3.1.40-1-ci və 3.1.40-2-ci yarımbəndlər əlavə edilsin:

“3.1.40-1. müvafiq sahədə Azərbaycan dilinin tətbiqinə, Azərbaycan dili haqqında normativ hüquqi aktlara, o cümlədən Azərbaycan dilinin normalarına əməl olunmasına nəzarəti həyata keçirmək;

3.1.40-2. Azərbaycan dilinin inkişafının təmin edilməsi, habelə Azərbaycan ədəbiyyatının xaricdə, xarici ədəbiyyatın Azərbaycan Respublikasında tanıdılması və təbliği işini həyata keçirmək”.

Bu, nə deməkdir? O deməkdir ki, Mədəniyyət Nazirliyinə xüsusi bir səlahiyyət verilir. Nazirlik dil haqqında qanunların, Prezidentin fərman və sərəncamlarının, eləcə də, Nazirlər Kabinetinin qərarlarının və sair icrasının vəziyyətinə nəzarət edəcək, dildən istifadənin düzgünlüyünü yoxlayacaq, kim bunları pozursa, ya cərimələyəcək, yaxud cəzalandırılması haqqında yuxarı orqanlar qarşısında məsələ, eləcə də, məhkəmədə iddia qaldıracaq.

Başqa sözlə, dövlət dilin qorunmasına, saflaşdırılmasına və istifadəsinə nəzarət edəcək. Çünki bu, dövlət dilidir, dövlətin də dilidir. Bu baxımdan yanaşsaq, deməli, son fərmanla Prezident İlham Əliyev Azərbaycan türkcəsinə - dövlət dilinə, faktik olaraq, "dövlət qoruğu" statusu verib və bu "qoruq" Mədəniyyət Nazirliyinə tapşırılıb.

Bundan başqa, Mədəniyyət Nazirliyinin üzərinə kitab nəşrinə və yayılmasına dair əlavə iş yükü qoyulur. Mədəniyyət Nazirliyi həm də faktik olaraq, Ədəbiyyat Nazirliyi (Xarici Ədəbi İşlər Nazirliyi) kimi fəaliyyət göstərəcək. Azərbaycan yazıçılarının əsərlərinin tərcümə və xarici ölkələrdə çap olunması, həmçinin əcnəbi yazıçıların əsərlərinin Azərbaycanda tərcümə və çap olunması ilə Mədəniyyət Nazirliyi məşğul olacaq. Yəni bu işin dövlət səviyyəsində təşkili Mədəniyyət Nazirliyinin üzərinə qoyulub.

Bu, əlbəttə, çox yaxşı işdir; uzun illər yazıçılar, şairlər, söz, fikir adamları bunu istəyirdi. Hamısı deyirdi və yazırdı ki, Azərbaycan ədəbiyyatı dünyaya çıxmalıdır və bu, dövlət səviyyəsində görüləcək işdir. Söhbət təkcə kitab nəşr eləməkdən deyil, həm də onları beynəlxalq onlayn resurslarda yerləşdirməkdən, kitab kommersiya resursları vasitəsilə yaymaqdan gedir. Bu, doğrudan da, dövlət əhəmiyyətli işdir. Azərbaycanda dünya səviyyəsində oxunacaq, seviləcək yazıçıların sayı kifayət qədər çoxdur. Onları dünya oxucusu ilə tanış etmək üçün dövlətin dəstəyi lazım idi. Dünənki fərmanla Prezident həmin dəstəyi Azərbaycan yazıçılarına və Azərbaycan oxucularına verib. Dövlət başçısı Azərbaycan dilinin, dil vasitəsi ilə milli mədəniyyətin, eləcə də, ədəbiyyatın inkişafı üçün əlindən gələn nə varsa, edib. Bundan sonrası artıq fərmanın necə icra olunmasına bağlıdır.

P.S. Dilin saflaşdırılması, düzgün istifadəsi və qorunması üçün, göründüyü kimi, çox işlər görülür, hələ görüləcək çox işlər də var. Amma ilkin şərtlərdən biri budur: Azərbaycanlılar öz aralarında öz dillərində danışsınlar, yazışsınlar. Zəruri (qaçılmaz) istisnalardan başqa həmişə öz dilimizdə danışmaq lazımdır. İçi bizqarışıq çox insanımız öz fikirlərini aydın, ardıcıl və sistemli olaraq çatdıra bilmir. Bəli, mənim də yazdığım kimi: "Biz Sovet dövrünün uşaqlarıyıq. Bizə danışmağı yox, susmağı öyrətdilər". Ancaq artıq 34 ilə yaxındır, müstəqil dövlətik. Heç olmasa, yeni nəsillərimiz öz dilində səlis danışmağı və düzgün yazmağı öyrənməlidir. Eləcə də, funksional xarici dillərdə.

Buna çox ehtiyacımız olacaq. Biz vaxtilə Sovet ordusu sıralarında, orta məktəblərdə öyrəndiyimiz rus dili vasitəsilə Rusiya bazarlarına çıxırdıq. Ancaq indi Qərb universitetlərində aldığımız ingiliscə ilə dünya səviyyəsinə - qat-qat geniş meydanlara yol tapa bilərik.

Əslində süni intellekt inkişaf etdikcə, çox xarici dil öyrənmək zərurəti də aradan qalxır. Artıq bir xarici dil qalacaq: yeni texnologiyanın dili. Yəni ingilis dili.

Bununla belə biz yalnız öz doğma dilimizdə yaradacağımız dünya üçün maraqlı və faydalı kontentlə uğur qazana bilərik. Deməli, texnologiya nə qədər inkişaf edir-etsin, insanın öz doğma dilini onun üçün heç nə əvəz edə bilməyəcək. Dövlət məhz bu səbəbdən Azərbaycan türkcəsinin inkişafına və qorunmasına bu qədər yüksək səviyyədə qiymət verir və diqqət göstərir.

yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:286
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 Avqust 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see350

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see321

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see314

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see305

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see282

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see275

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see273

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see271

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see249

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see241

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see236

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see230

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see224

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see218

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see217

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see212

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see209

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see207

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see203

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri