Icma.az
close
up
RU
Prezidentin 6 il öncə dedikləri gerçəkləşir: 100 il sonra yaranmış fürsət

Prezidentin 6 il öncə dedikləri gerçəkləşir: 100 il sonra yaranmış fürsət

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Türk Dövlətləri Təşkilatının (TDT) Qəbələdə keçirilən "Regional sülh və təhlükəsizlik” mövzusundakı zirvə toplantısında əsas gündəm mövzularından biri Vaşinqton anlaşması – Zəngəzur dəhlizi olacaq. Bunu şərtləndirən iki amil var:

Birincisi, Bakı və İrəvanın sülh sazişini paraflaması ilə Cənubi Qafqazda yeni mərhələyə start verilir və Əliyev müttəfiqləri ilə bu dövrün reallıqlarını müzakirə etməli, TDT çərçivəsində "saatlar yoxlanılmalıdır”;

İkincisi, Zəngəzur dəhlizinin açılması perspektivi – bu, ABŞ-ın nəzarət edəcəyi TRİPP çərçivəsində olsa belə - türk dünyasının coğrafi parçalanmasını aradan qaldıracaq: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2009-cu ildə məhz Naxçıvanda təsis edilməsindəki əsas hədəflərdən biri məhz bu idi, Əliyev isə 10 il sonra – Türk Şurasının (TDT-nin əvvəlki adı) 2019-cu ildə keçirilən Bakı zirvəsində "Zəngəzur bölgəsinin Azərbaycandan alınaraq, Ermənistana verilməsi böyük türk dünyasını coğrafi baxımdan parçaladı” sözləri ilə bu hədəfi açıq şəkildə elan etdi; 2020-ci il müharibəsi və postmünaqişə dövrünün diplomatik mübarizəsinin sonunda Zəngəzur dəhlizinin reallaşması – türk coğrafiyasının coğrafi parçalanmasına son qoyulması hədəfinə doğru böyük məsafə qət edilib, bu baxımdan, Qəbələ zirvəsinin gündəmi 100 il sonra tarixin axarının dəyişməsi/dəyişə biləcəyi fonunda xüsusilə aktualdır;

Coğrafi parçalanmanın aradan qalxması perspektivində imkanlardan doğru yararlanmaq üçün TDT hadisələrin gedişinə uyğun davranmaqdan, proseslərin inkişafına yön verməlidir:

- Zəngəzur dəhlizinin açılması ilə türk dünyasında əldə olunacaq coğrafi bütövlükdə səflər sıxlaşdırılmalı, inteqrasiya dərinləşməlidir;

- Coğrafi bütövlükdən Orta dəhlizin aktuallığının artırılmasında istifadə edilməli və bu marşrut xətti üzərində siyasi, iqtisadi, hətta hərbi balansın tərs yöndə dəyişməsinə imkan verilməməlidir;

Liderlərin Qəbələ zirvəsinin pərdəarxası müzakirəsində bu istiqamətlər strateji əhəmiyyətə malikdir.

Asif Nərimanlı

Publika.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri