Icma.az
close
up
RU
Prezidentin yubiley təbriki: gələcək 100 il naminə ötən 100 il

Prezidentin yubiley təbriki: gələcək 100 il naminə ötən 100 il

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Danışır Bakı!” ilə çıxılan yolun yeni məsuliyyət formaları barədə

Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərinə ünvanladığı 15 noyabr 2026-cı il tarixli təbrik məktubunda bir sıra vacib məqamlara toxunub. O məqamlar ki, özündə həm də yeni dövrün çağırışlarına uyğun fəaliyyətin yol xəritəsi anlamını daşımaqdadır. Hesab edirik ki, məktubun mühüm xüsusiyyəti məhz budur. 

Dövlət başçımızın təbrik mətni 100 illik tarixdən nəşət alan yeni, daha sistemli fəaliyyət üçün, bir növ, çağırışdır. Dövlətimizin başçısının diqqət çəkdiyi mühüm istiqamətlərdən biri isə milli radio və televiziyanın müasir texnologiyaların imkanlarından yararlanmaqla, işini yeni dövrün tələblərinə uyğun qurmasıdır. Bu cəhət, əslində, ölkəmizin bütövlükdə elektron mediasının qarşısında dayanan strateji vəzifənin mahiyyətini ifadə edir. Hesab edirik ki, məsələnin üzərində bir qədər geniş dayanmağa ehtiyac var. 

***

Texnoloji inkişaf efirin coğrafi sərhədlərini aradan qaldırmaqla yanaşı, informasiya istehsalının, yayımının və istehlakının xarakterini də dəyişdirib. Artıq televiziya və radio verilişlərini yalnız ənənəvi qəbuledici vasitələrlə izləmək və dinləmək dövrü geridə qalıb. Mobil qurğular, internet televiziyası, sosial media platformaları və rəqəmsal kommunikasiya kanalları auditoriya ilə əlaqənin yeni formalarını yaradır. Mövcud şəraitdə elektron medianın rəqabət qabiliyyəti yalnız yayımın texniki keyfiyyəti ilə deyil, həm də məzmunun operativliyi, etibarlılığı, peşəkarlığı və beynəlxalq auditoriyanın tələblərinə uyğunluğu ilə müəyyənləşir. Bu yerdə, ilk növbədə, Azərbaycanın milli peyk imkanları üzərində dayanmaq lazımdır. Nəzərə alaq ki, “Azerspace” vasitəsilə yerli televiziya və radio proqramlarının müxtəlif coğrafi məkanlarda yayımlanması ölkəmizin informasiya resurslarının beynəlxalq auditoriyaya çatdırılması üçün geniş texniki imkanlar yaradır. Beləliklə, Azərbaycan mediası artıq yalnız ölkə daxilindəki prosesləri işıqlandıran informasiya vasitəsi yox, həm də milli maraqlarımızı və həqiqətlərimizi dünya ictimaiyyətinə çatdıran kommunikasiya platformasıdır. 

Müasir dövrdə imkanların daha da genişləndirilməsi, xarici dillərdə yayımın inkişafı, beynəlxalq media qurumları ilə əməkdaşlıq, rəqəmsal kontentin keyfiyyətinin yüksəldilməsi və qlobal auditoriyaya hesablanmış proqramların hazırlanması xüsusi aktuallıq kəsb edir. Onu da nəzərə alaq ki, Azərbaycanın iqtisadi, siyasi, mədəni və humanitar potensialının dünyaya təqdimatı üçün təkcə faktların mövcudluğu deyil, onların peşəkar və təsirli formada çatdırılması da vacibdir. 

***
Qlobal məkanda yaşanan dəyişikliklərin radio və televiziyanın timsalında bütövlükdə medianın qarşısında yeni vəzifələr müəyyənləşdirdiyi bir dövrdə informasiyanın yalnız məlumatlandırma vasitəsi olmadğını vurğuladıq. Ayrıca onun ictimai rəyə təsir göstərmək, siyasi proseslərə müdaxilə etmək, həmçinin cəmiyyətlərdə qarşıdurma yaratmaq və dövlətlərin milli maraqlarına zərbə vurmaq üçün istifadə olunan təsir aləti obrazı üzərində də dayanmalıyıq. Məlum olduğu kimi, hazırda dezinformasiya, saxta xəbərlər, manipulyativ materiallar, kiberhücumlar və koordinasiyalı informasiya kampaniyaları müasir dövlətlərin üzləşdikləri əsas təhlükəsizlik çağırışları sırasındadır. Şübhəsiz, belə bir şərait mürəkkəbliyi milli medianın, xüsusilə geniş auditoriyaya malik televiziya və radionun məsuliyyətini daha da artırır. 

Azərbaycanın son onilliklərdə üzləşdiyi informasiya təhdidləri var. Artıq keçmişə qovuşmuş Qarabağ münaqişəsi dövründə ölkəmizə qarşı aparılan informasiya kampaniyaları, tarixi faktların təhrifi, işğal və müharibə reallıqlarının beynəlxalq ictimaiyyətə yanlış təqdimatı ölkəmizin informasiya müstəvisində də mübarizə aparmasını zəruriləşdirmişdi. 44 günlük Vətən müharibəsi dövründə isə informasiya cəbhəsi hərbi əməliyyatlarla paralel şəkildə mühüm əhəmiyyət daşımışdı. Belə bir şəraitdə Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılması, Ermənistanın dezinformasiya siyasətinə qarşı operativ və faktlara əsaslanan cavabların verilməsi, ölkəmizin mövqeyinin müxtəlif dillərdə təqdimatı media fəaliyyətinin strateji əhəmiyyətini bir daha üzə çıxarmışdı. Təcrübə göstərdi ki, informasiya təhlükəsizliyi yalnız müvafiq dövlət qurumlarının və xüsusi xidmət orqanlarının vəzifəsi deyil. Peşəkar jurnalistika, məsuliyyətli redaksiya siyasəti, etibarlı informasiya mənbələri və media savadlılığı da təhlükəsizliyin mühüm komponentləridir və mövcud anlamda radio və televiziyanın xüsusi üstünlüyü var. 

***

Azərbaycan mediasının, o cümlədən radio və televiziya yayımının inkişafından danışarkən, dövlət qayğısı amilini ayrıca qeyd etmək lazımdır. Bu siyasətin tarixi əsasları Ulu öndər Heydər Əliyevin Prezidentliyi dövrünə söykənir. Ümumilli liderin mediaya münasibəti yalnız ayrı-ayrı redaksiyaların və yayım qurumlarının fəaliyyətinə dəstək göstərilməsi ilə məhdudlaşmır, bütövlükdə milli informasiya sisteminin inkişafına yönəlmiş dövlətçilik yanaşmasını ehtiva edirdi. 

Qeyd edək ki, müstəqillik illərində dövlətin media siyasətinin mühüm tədbirlərindən biri Prezident Heydər Əliyevin 1998-ci il avqustun 6-da imzaladığı fərmanla senzuranın ləğvi oldu. Bu fərman Azərbaycanda söz və mətbuat azadlığının hüquqi-institusional inkişafında yeni mərhələnin başlanğıcını qoydu. Sonrakı illərdə media fəaliyyətinin qanunvericilik bazasının təkmilləşdirilməsi, jurnalistlərin peşə imkanlarının genişləndirilməsi və kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi mexanizmlərinin yaradılması istiqamətində ardıcıl addımlar atıldı. 

2008-ci ildə təsdiq edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Konsepsiyası, daha sonra Medianın İnkişafı Agentliyinin (hazırkı Media və Yayım Şurası) yaradılması və 2022-ci ildə “Media haqqında” Qanunun qəbulu mövcud istiqamətdə həyata keçirilən institusional tədbirlərin tərkib hissələridir. Audiovizual sahədə tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi də televiziya və radio yayımının müasir tələblərə uyğun inkişafına xidmət edir. Əsas məsələ isə dövlət qayğısının yalnız maddi-texniki dəstəklə məhdudlaşmamasıdır. Media sahəsində kadr potensialının gücləndirilməsi, yaradıcı mühitin inkişafı, rəqəmsal innovasiyaların tətbiqi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi də bu siyasətin mühüm istiqamətləridir. 

***

Ayrıca onu da vurğulayaq ki, qlobal dəyişikliklər ənənəvi jurnalistikanın qarşısında yeni rəqabət mühiti yaradıb. Sosial şəbəkələrin, videoplatformaların və süni intellekt texnologiyalarının sürətli inkişafı informasiya istehsalının və yayımının əvvəlki modellərini dəyişdirir. İndi hər bir istifadəçi, müəyyən mənada, informasiya istehsalçısına çevrilib. Lakin informasiya bolluğu heç də həmişə etibarlı məlumat bolluğu demək deyil. Deməli, indiki şəraitdə peşəkar radio və televiziyanın əhəmiyyəti azalmır, əksinə, əhəmiyyətlilik etibarlı informasiya mənbəyinə ehtiyacın artması ilə yeni məzmun qazanır. Yəni, bütövlükdə Azərbaycanın elektron mediası yeni reallıqlara uyğunlaşmalı, ənənəvi efir jurnalistikasının zəngin təcrübəsini rəqəmsal texnologiyaların imkanları ilə birləşdirməlidir. 

Milli radio və televiziyanın qarşısında duran vəzifələrdən biri də Azərbaycan dilinin, milli mədəniyyətin və tarixi yaddaşın qorunmasıdır. Texnoloji yeniliklər nə qədər sürətlə inkişaf etsə də, efirin milli məzmunu, dil mədəniyyəti və mənəvi məsuliyyəti öz əhəmiyyətini itirməməlidir. Çünki qlobal informasiya məkanında milli kimliyin qorunması daha böyük diqqət tələb edir. Bu mənada Azərbaycan radiosunun bir əsrlik fəaliyyəti, televiziyamızın 70 il ərzində gəldiyi yol yalnız keçmişə nəzər salmaq üçün deyil, gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmək baxımından da əlamətdar hadisələrdir.

Bu baxımdan Prezident İlham Əliyevin radio və televiziya işçilərinə ünvanladığı təbrikdə milli efirin obyektivlik, peşəkarlıq və milli-mənəvi dəyərlərə sədaqət prinsipləri əsasında fəaliyyət göstərməsinə verilən önəm xüsusi məna daşıyır. Ümumən, dövlətimizin başçısının təbrik məktubunda ifadə olunan yanaşma radio və televiziyanın cəmiyyətin inkişafına, dövlətçilik ənənələrinin möhkəmlənməsinə və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edən mühüm ictimai institutlar kimi rolunu bir daha ön plana çıxarır.

Ə.CAHANGİROĞLU

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 Noyabr 2026 17:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see331

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see322

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see312

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see305

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see304

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see276

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see274

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see267

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see267

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see264

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see252

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see249

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see247

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see246

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see215

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see214

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see206

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see190

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see190

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri