Icma.az
close
up
RU
Prezidentin ABŞ a səfəri tərəfdaşlıq əlaqələrimizi daha da möhkəmləndirdi

Prezidentin ABŞ a səfəri tərəfdaşlıq əlaqələrimizi daha da möhkəmləndirdi

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ABŞ-a işgüzar səfəri çərçivəsində Nyu-Yorkda keçirilən Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 80-ci yubiley sessiyasında iştirakı Cənubi Qafqaz regionunun aparıcı dövləti kimi ölkəmizə marağın artdığını təsdiqləməklə yanaşı, həm də dünyanın aparıcı dövləti olan ABŞ ilə tərəfdaşlıq əlaqələrini daha da möhkəmləndirdi, Bakı və Vaşinqtonu beynəlxalq münasibətlər sistemində bir-birinə daha da yaxınlaşdırdı.

Bu uğur daha çox Azərbaycan və ABŞ prezidentləri arasında münasibətlərin inamlı xarakterindən irəli gəlir və bu faktı Donald Trampın İlham Əliyevlə bağlı səsləndirdiyi ifadələri də sübut edir. Belə ki, sentyabrın 23-də Nyu-Yorkda keçirilən rəsmi qəbul zamanı Ağ Evin rəhbəri Azərbaycan Prezidenti ilə fəxr etdiyini bildirib.

Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi ilə yanaşı, Prezident Donald Trampın Azərbaycan və ABŞ arasında əməkdaşlığın dərinləşməsinə həmişə əngəl yaratmış bədnam 907-ci düzəlişlə bağlı qərarı da Azərbaycan-ABŞ münasibətlərinin genişlənməsinə öz müsbət töhfəsini verdi. Və bununla da, Amerika Prezidentinin bu siyasi gedişi regionda yeni müharibəni alovlandırmaq üçün bu gün də cəhdlər göstərən qüvvələrin, ilk növbədə erməni revanşistlərinin maraqlarına sarsıdıcı zərbə vurdu. Ona görə də, dövlətimizin başçısının Nyu-Yorkda keçirdiyi bütün görüşlərin leytmotivini Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması, sülh gündəliyinin təşəbbüskarı kimi İlham Əliyevin liderliyi və onun qlobal təhlükəsizliyə verdiyi töhfələr təşkil etdi. Bu həqiqəti Vaşinqtonda qazanılan tarixi uğurlar münasibətilə Prezident İlham Əliyevi təbrik edən Finlandiya Prezidentinin və Yunanıstanın Baş nazirinin bəyanatları aydın şəkildə göstərir. Verilən bu qiymət sadəcə diplomatik protokolla verilən qiymət deyil, bu, Azərbaycanın beynəlxalq nüfuzunun, regiondakı rolunun, sülh təşəbbüslərinin, iqtisadi əhəmiyyətinin və qlobal tərəfdaş kimi potensialının birmənalı təsdiqidir.

Bakı ilə Vaşinqton arasında mövcud dostluq əlaqələrinin digər göstəricisi də onların qarşılıqlı faydalı balansa yaxın olmasıdır ki, bu da Vaşinqton görüşünün nəticələrindən biridir. Xüsusən də, ölkəmiz üçün prinsipial əhəmiyyət kəsb edən Zəngəzur dəhlizinin reallaşdırılması ilə bağlı əldə olunan razılaşma bu məsələnin ABŞ-ın Cənubi Qafqaz siyasəti üçün prioritet olduğunu göstərir. ABŞ-nin nəqliyyat marşrutu ilə bağlı əldə edilmiş razılaşmaları dərhal həyata keçirmək istəyi Amerika tərəfinin regionumuza yüksək marağının göstəricisidir. Bütün bu faktlar onu deməyə əsas verir ki, ABŞ-nin Azərbaycanla uzunmüddətli sıx əməkdaşlığa sadiq olduğunu təsdiqləyir, bu da Cənubi Qafqazın yalnız xeyrinə ola bilər.

Kamran Bayramov
Milli Məclisin deputatı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://modern.az
archiveBu xəbər 26 Sentyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see229

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see223

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see196

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see181

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see176

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see163

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see159

2025 ci ildə dünyanın ən varlı insanlarının sərvəti 2,2 trilyon dollar artıb

31 Dekabr 2025 17:21see158

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see155

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see155

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see155

Rusiya və ABŞ arasında: Avropadakı investorlar qeyri sabitlik ilinə hazırlaşmalıdır FT

31 Dekabr 2025 17:38see152

Yuventus italiyalı ulduzunu geri qaytarmaq istəyir

31 Dekabr 2025 17:38see150

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see148

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see143

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see142

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see140

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see139

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see136

İlahiyyatçı Əkrəm Həsənov: Yeni il gecəsi insanın özünə hesabat verdiyi, sabaha ümidlə baxdığı bir zamandır

31 Dekabr 2025 19:54see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri