Icma.az
close
up
RU
Prezidentin Kəlbəcər səfəri

Prezidentin Kəlbəcər səfəri

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu il 21 avqust tarixində Kəlbəcər rayonuna səfəri ölkənin müasir siyasi və sosial həyatında mühüm hadisə kimi qiymətləndirilir. Bu səfər təkcə bölgənin bərpası və inkişafı baxımından deyil, həm də Azərbaycanın müstəqil dövlətçilik tarixində ədalətin bərpasının rəmzi kimi xüsusi əhəmiyyət kəsb edir. İşğaldan azad edilmiş Kəlbəcərdə həyata keçirilən dövlət proqramları, yeni yaşayış komplekslərinin istifadəyə verilməsi, infrastrukturun bərpası və sosial təminat tədbirləri Böyük Qayıdış prosesinin tərkib hissəsi olaraq strateji əhəmiyyət daşıyır.

Kəlbəcər rayonu Azərbaycanın ən böyük inzibati ərazi vahidlərindən biri olmaqla yanaşı, strateji mövqeyi ilə fərqlənir. 1993-cü ildə rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı Azərbaycan üçün böyük hərbi, siyasi və sosial fəsadlar yaratdı. İşğal nəticəsində on minlərlə kəlbəcərli didərgin düşərək çadırlarda, yararsız binalarda və ağır sosial şəraitdə yaşamağa məcbur oldu.

Prezident cənab İlham Əliyev öz çıxışında Kəlbəcərin işğalını Azərbaycanın tarixində ağır faciə kimi qiymətləndirərək qeyd etdi ki, ovaxtkı siyasi rəhbərliyin səriştəsizliyi və xəyanəti bu strateji bölgənin itirilməsinə səbəb olub. Bu məqam Azərbaycan tarixində dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli birliyin gücləndirilməsi və siyasi məsuliyyətin əhəmiyyətini bir daha göstərir.

2020-ci ildəki 44 günlük Vətən müharibəsi Azərbaycanın hərbi-siyasi tarixində dönüş nöqtəsi oldu. Ermənistanın kapitulyasiya aktını imzalaması nəticəsində Kəlbəcər rayonu döyüşsüz azad edildi. Prezident cənab İlham Əliyev bu hadisəni Azərbaycanın güclü ordusunun, xalqın dövlət ətrafında birliyi və milli iradəsinin təntənəsi kimi dəyərləndirmişdir.

2023-cü ilin sentyabrında keçirilmiş lokal antiterror tədbirləri isə Azərbaycanın suverenliyini tam bərpa edərək separatizmin kökünü kəsmişdir. Beləliklə, Azərbaycan dövləti yalnız hərbi qələbə ilə kifayətlənməmiş, eyni zamanda uzunmüddətli sülhün təminatçısı olmuşdur.

Kəlbəcərdə həyata keçirilən genişmiqyaslı quruculuq işləri dövlətin sosial siyasətinin əsas prioritetlərindən biridir. Prezident cənab İlham Əliyevin səfəri çərçivəsində yeni yaşayış komplekslərinin təməlqoyma mərasimləri, mənzillərin sakinlərə təqdim olunması və sosial obyektlərin istifadəyə verilməsi regionun sürətli dirçəlişini göstərir.

Birinci mərhələdə Kəlbəcərdə dörd yaşayış kompleksinin inşası planlaşdırılmışdır ki, burada on mindən çox insanın məskunlaşması nəzərdə tutulur. Bundan əlavə, işğaldan azad edilmiş ərazilərdə elektrik, su, qaz xətləri, yollar və məktəblər inşa edilir. Xüsusilə, “İstisu” sanatoriyasının və mineral su zavodunun bərpası regionun iqtisadi inkişafına mühüm töhfə verəcəkdir.

Bu proses yalnız infrastrukturun bərpası deyil, həm də kəlbəcərlilərin doğma torpaqlarına qayıdışını təmin edən sosial-iqtisadi layihələrin həyata keçirilməsi deməkdir. Dövlətin məqsədi sadəcə yaşayış yerləri yaratmaq deyil, həm də müasir standartlara cavab verən tamhüquqlu şəhər mühitini formalaşdırmaqdır.

Kəlbəcərin azad edilməsi və bərpası yalnız daxili siyasi məsələ deyil, eyni zamanda regional və beynəlxalq əhəmiyyət kəsb edir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması prosesi, Naxçıvanla quru bağlantısının təmin olunması və Zəngəzur dəhlizi layihəsi regionun geosiyasi xəritəsini dəyişməkdədir.

Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən nəqliyyat və enerji layihələri ölkənin beynəlxalq nüfuzunu daha da artırır. Bu baxımdan Kəlbəcərin bərpası təkcə lokal sosial-iqtisadi inkişaf deyil, həm də Azərbaycanın regional güc kimi mövqeyinin möhkəmləndirilməsinə xidmət edir.

Prezident cənab İlham Əliyevin 2025-ci ildə Kəlbəcərə səfəri bir tərəfdən Azərbaycanın hərbi-siyasi qələbəsinin davamlı təsdiqi, digər tərəfdən isə işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində dövlət siyasətinin real təzahürü kimi dəyərləndirilməlidir. Bu səfər həm də milli birliyin, dövlətçilik iradəsinin və sosial ədalətin rəmzi olaraq tarixə düşür.

Kəlbəcərin bərpası Azərbaycanın Böyük Qayıdış Proqramının mühüm tərkib hissəsi olmaqla yanaşı, gələcək nəsillərə sabit və firavan vətən bəxş etmək missiyasını özündə ehtiva edir. Əldə olunmuş tarixi Zəfər və sonrakı quruculuq işləri göstərir ki, Azərbaycan dövləti müasir dövrdə həm milli maraqlarını təmin etmək, həm də beynəlxalq arenada dayanıqlı inkişaf nümunəsi yaratmaq gücünə malikdir.

Adil Həmid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Avqust 2025 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see342

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see287

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see274

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see258

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see257

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see242

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see232

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see220

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see207

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see207

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see196

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see196

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see194

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see193

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see191

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see186

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see181

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see172

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see169

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri