Icma.az
close
up
RU
Prezidentin Ağdam və Xocalıya səfəri: Azad torpaqlarda həyat dirçəlir, ədalət bərpa olunur

Prezidentin Ağdam və Xocalıya səfəri: Azad torpaqlarda həyat dirçəlir, ədalət bərpa olunur

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezidentin Ağdam və Xocalıya səfəri – xalqın iradəsi, dövlətin gücü, torpağın dirçəlişi

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Ağdam və Xocalıya növbəti səfəri bir daha təsdiq etdi ki, işğaldan azad edilmiş ərazilərdə həyat tamamilə yeni mərhələyə qədəm qoyub. 

Bu səfər həm mənəvi baxımdan dərin rəmzi məna daşıyır, həm də Azərbaycanın yenidənqurma və inkişaf yolunda nə qədər qətiyyətli olduğunu göstərir. Əgər bir zamanlar bu torpaqlarda viranəlik və sükut hökm sürürdüsə, bu gün dövlətimizin iradəsi və xalqımızın birliyi nəticəsində Ağdam və Xocalı dirçəlir, canlanır, inkişaf edir.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işləri planlı və ardıcıl şəkildə davam edir:

“Bu gün Ağdamda və Xocalıda yeni yollar salınır, yaşayış kompleksləri inşa olunur, məktəblər, uşaq bağçaları, səhiyyə müəssisələri tikilir, enerji və su təchizatı sistemləri qurulur. Prezident İlham Əliyev Ağdam və Xocalıya növbəti səfəri zamanı da bir sıra mühüm obyektlərin açılışında iştirak etdi, görülən işlərlə yerində tanış oldu. Bütün bunlar sübut edir ki, görülən işlərin mərkəzində Azərbaycan vətəndaşı, onun rahatlığı və rifahı dayanır”.

S.Salmanova qeyd edib ki, Prezidentin azad edilmiş ərazilərə hər səfəri xalqla birbaşa təmasın, dövlət-vətəndaş əlaqələrinin canlı nümunəsidir:

“Dövlət başçısı bu səfərlərlə həm görülən işlərə nəzarət edir, həm də xalqla birbaşa ünsiyyət qurur. Bu isə xalqda böyük ruh yüksəkliyi və gələcəyə inam yaradır. 

Bu gün Qarabağa qayıdan hər bir vətəndaş əmindir ki, onun arxasında güclü dövlət və onun lideri dayanır. Prezidentin səfərləri eyni zamanda, xalqın qələbə ruhunu qoruyur, işğaldan azad olunmuş torpaqlarda milli həmrəyliyi daha da möhkəmləndirir”.

Parlamentari söyləyib ki, Ağdam və Xocalı bu gün təkcə keçmişin acı xatirəsi yox, həm də gələcəyin ümid, inkişaf və yenidənqurma ünvanıdır:

“Dövlətimizin yaratdığı şərait nəticəsində Qarabağda həyatın bütün sahələrində ciddi canlanma müşahidə olunur. Artıq söhbət yalnız fiziki infrastrukturun bərpasından getmir. 

Eyni zamanda, burada xalqın ruhunun dirçəlişi, mədəniyyətimizin, tariximizin və kimliyimizin yenidən ayağa qalxması prosesi gedir. Bu bölgələrə göstərilən diqqət və qayğı onu deməyə əsas verir ki, nə bir kənd, nə bir vətəndaş diqqətdən kənarda qalmayacaq. 

Prezident İlham Əliyevin qətiyyətli liderliyi, xalqın isə bu siyasətə verdiyi güclü dəstək sayəsində Qarabağda qurulan yeni həyat Azərbaycanın milli iradəsinin və əzmkar dövlət siyasətinin təntənəsidir”.

"Cebheinfo.az" 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 19 İyul 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri