Icma.az
close
up
RU
Prezidentin Ağdərə səfərində mühüm məqam Mürəkkəb beynəlxalq şəraitdə bunu bacarmaq...

Prezidentin Ağdərə səfərində mühüm məqam Mürəkkəb beynəlxalq şəraitdə bunu bacarmaq...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban Əliyeva Qarabağa – Ağdərə rayonunun Həsənriz kəndinə səfər edib, orada sakinlərə mənzillərin açarlarını təqdim etdi.

Prezidentin bu səfəri hazırkı qarışıq beynəlxalq gündəmdə başqa baxış bucağından təhlil edilməlidir. Ukraynanın yerlə bir edildiyi, Gürcüstanın hələ də separatizmdən əziyyət çəkdiyi, Ermənistanın beynəlxalq güclərin əlində alətə çevrildiyi, Avropanın, bəzi Cənubi Amerika ölkələrinin Rusiya təhlükəsi, ABŞ işğalı ilə üzləşdiyi vaxtda Azərbaycan işğalı tamamilə aradan qaldırıb. Separatizmin kökünü kəsib. Müharibə amilinə son verib. Üstəlik azad edilən ərazilərə yeni həyat gəlir. 35 ildir əzəli torpaqlardan, ata-baba yurdundan didərgin salınan azərbaycanlıların köçü başlayıb. Erməni vəhşiliyi nəticəsində viran qoyulan kəndlər, qəsəbələr, şəhərlər yenidən qurulur.

Bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə baş tutdu. Onun siyasi lider, Ali Baş Komandan, diplomat kimi böyük bacarığı nəinki Azərbaycana, 200 ildən çoxdur separatizmdən, işğaldan, eskalasiyadan əziyyət çəkən Cənubi Qafqaz bölgəsinə sülh, əmin-amanlıq gətirdi.

Bu proses Azərbaycanın uğurlarını qəbul etməyən bir sıra dövlətləri, onların rəhbərlərini ciddi şəkildə narahat edir. ABŞ, Fransa, Rusiya, hətta İran böyüyən, inkişaf edən Azərbaycana nə kimi problemlər yarada bilər?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib ki, bir gün öncə “Böyük Qayıdış”ın arealının daha da genişləndiyinə şahidlik etdik:

“Azərbaycan Prezidenti İlham Əliyev, vitse-prezident Mehriban Əliyeva Ağdərə rayonun Həsənriz kəndində də oldular. Öz doğma yurd-yuvasına qayıdan vətəndaşlarımıza yeni tikilən gözəl, yaraşıqlı evlərin açarlarını təqdim etdilər, Novruz tonqalı yandırdılar. Bu, hər birimizdə böyük qürur və fəxarət hissi yaradır. Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin təntənəsidir.

Azərbaycanın hər guşəsində Novruz bayramının sözün əsl mənasında bayram kimi yaşanmasının göstəricisidir. Uzun illərdir, nə Ağdərə, nə Əsgəran, nə Xankəndi, nə Xocalıda və s. Novruz tonqalı yandıra bilirdik. Ölkəmizin bu şəkildə inkişafı, hüquqlarının bərpa olunması öz-özünə baş vermir. Bu uğurların arxasında, birincisi, strateji ağıl, ikincisi, milli güc, üçüncüsü isə diplomatik təhlükəsizlik arxitekturası var. Qələbənin əldə olunması, ərazi bütövlüyünün qorunması olduqca çətindir. Lakin qələbədən sonra bunu əldə saxlamaq daha da çətindir. Biz onun bariz nümunəsini post-sovet məkanında, Ukraynada görürük. Ukraynanın bəzi bölgələrində daş-daş üstündə qalmayıb. Gürcüstan da bu siyahıya daxildir. Onun da 20 faiz torpaqları işğal altındadır. Azərbaycan post-sovet məkanında yeganə ölkədir ki böyük uğurlara imza atıb”.

Hikmət Babaoğlu

Deputatın sözlərinə görə, obyektiv nəticəyə gəlmək üçün birincisi obyektiv qiymətləndirmə kriteriyaları lazımdır:

“İkincisi, tarixi müqayisəli metoda müraciət etmək lazımdır. Bu qısa müqayisədə görünür ki, Azərbaycanın əldə etdiyi uğurlar nə qədər böyükdür. Uğurların meyarı isə Prezident İlham Əliyevdir! Çox mürəkkəb bir tarixi mərhələdən keçirik.

Bir gecənin içərisində müttəfiq düşmənə çevrilə bilir. Ukrayna-ABŞ münasibətləri buna nümunədir. Siyasi hakimiyyətin dəyişməsi ilə xarici siyasət paradiqmaları 180 dərəcə dəyişir. Dünənə qədər Ukraynanın ən yaxın müttəfiqi olan ABŞ bu gün Rusiyanın müttəfiqi kimi çıxış edir. Belə dəyişkən beynəlxalq şərtlər içərisində milli dövlətin uğurlarına heç kim sevinmir. Başda Azərbaycanın çox yaxın qonşuları, rəsmi Bakının inkişaf etməsi, böyüməsini özünə qarşı təhdid hesab edən cənub qonşumuz, ölkəmizə qarşı açıq şəkildə düşmənçilik siyasəti aparan Fransa olmaqla digər çox sayda ölkələr də Azərbaycanın uğurlarını qəbul etmək istəmirlər”.

Hikmət Babaoğlu vurğulayıb ki, yeni reallıq onların Azərbaycanın iradəsi üzərində özlərinin iradələrini diqtə etmək imkanlarını əllərindən alıb:

“Bu mərhələ hazırda arxada qalmış kimi görünür. Əvvəla, Azərbaycan milli gücün beyni hesab olunan milli diplomatiya alətindən çox yaxşı istifadə etməyi bacarır. Bundan başqa, ölkəmiz ən başından təhlükəsizliyini öz imkanları ilə həll etməyi bacarıb. Bu həm hərbi sənayenin yaradılması, həm qardaş Türkiyə ilə birlikdə yeni ordunun qurulması, həm də ölkəmizin iqtisadi gücü ilə bağlıdır. Azərbaycanda eyni zamanda xalq-iqtidar birliyi monolitdir. Bu da mühüm siyasi, ictimai faktordur. Belə olduğu halda Azərbaycan heç kimdən asılı olmadan öz təhlükəsizliyini təmin etmək imkanlarına malikdir. Təəssüf ki, hazırda mövcud olan mürəkkəb beynəlxalq münasibətlər sistemində təhdid və təhlükəsizlik məsələləri hər zaman gündəmdə qalacaq. Azərbaycan buna hər an hazır olmalıdır”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Mart 2025 14:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see237

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see232

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see197

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see188

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi”ni idarə etməyə hazırdır

01 Yanvar 2026 20:17see163

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see152

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see145

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see144

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see143

Türkiyədə Fələstinə dəstək üçün 520 min nəfər Qalata körpüsündə toplaşıb FOTOLENT

01 Yanvar 2026 18:21see142

“Formula 1”də ən çox qazanan sürücülər: 2025 ci ilin ən yaxşı 5 pilotu

01 Yanvar 2026 18:03see140

Putinə qarşı bu addım vəziyyəti ağırlaşdırdı Türkiyəli politoloq

01 Yanvar 2026 11:43see139

Niyə müalicə üçün xaricə gedirik? ARAŞDIRMA

01 Yanvar 2026 13:14see137

KİV: Aktyor Tommi Li Consun qızının meyiti Kaliforniyadakı hoteldə tapılıb

02 Yanvar 2026 08:52see137

Pensiya yaşı ilə bağlı QƏRAR VERİLDİ Bu ildən...

01 Yanvar 2026 09:53see136

Türkiyə Çin vətəndaşları üçün vizanı ləğv edib

01 Yanvar 2026 17:48see135

Qarabağı istəyən erməni müğənninin yolka sı FOTO

01 Yanvar 2026 13:12see133

Putin cavan qalmaq üçün gözləməli olacaq KONKRET

01 Yanvar 2026 19:30see131

Sabah da ayrılıq baş verə bilər, Rusiyaya geri qayıdır İDDİA

01 Yanvar 2026 13:32see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri