Icma.az
close
up
RU
Prezidentin amnistiya təşəbbüsünü müsbət qiymətləndirirəm” TALİYƏT ƏLİYEV

Prezidentin amnistiya təşəbbüsünü müsbət qiymətləndirirəm” TALİYƏT ƏLİYEV

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Əlbəttə ki, bu, bir humanist addımdır. Ölkə başçısı tərəfindən atılan təşəbbüs kimi irəli sürülüb və bunu bir humanizm addımı kimi dəyərləndirmək olar”. 
Bu barədə Hurriyyet.az-a ADP sədrini müavini, hüquqşünas Taliyət Əliyev prezident İlham Əliyevin amnistiya aktı təşəbbüsü irəli sürməsi ilə bağlı danışarkən deyib.
“Son illərdə Azərbaycanda əfv fərmanı, amnistiya aktlarının verilməsi gecikirdi. Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində bu təşəbbüslə ölkə başçısının çıxış etməsini təqdirəlayiq bir hal kimi dəyərləndirirəm. Yəqin ki, bu, parlamentə təqdim olunacaq. Parlament bunu təsdiq edəndən sonra, icrasına başlanılacaq. Bu amnistiyanın dairəsinə siyasi motivli həbsdə olan şəxslərin də daxil edilməsi arzuolunandır. Umumilikdə mən bunu yüksək dəyərləndirirəm. Ümid edək ki, bu davamlı olsun və ölkədə siyasi məhbuslar, o cümlədən  həbsdə olan bir çox insanlar var ki, onların həbsdə yatması ilə bağlı cəmiyyətdə müəyyən şübhələr və narahatçılıqlar var. Həmin şəxslərə də aid olunsa, bu, çox gözəl olar”,-deyə hüquqşünas əlavə edib.
T.Əliyev güman edir ki, bu amnistiya aktı siyasi məhbuslara da aid oluna bilər: “Haradasa orada 3 mindən artıq şəxsin cəzasının azaldılması, 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından azad ediləcəyi proqnozlaşdırılır. Ən azı cəmiyyətin gözləntisi bundan ibrarətdir ki, Milli Məclisin qəbul edəcəyi amnistiya aktı həmin şəxsləri də əhatə etsə, əla olar. Cəmiyyətdə bir müsbət addım, barış kimi, həm də iqtidar-müxalifət münasibətlərinin bir sivil məcraya daşınmasına öz töhfəsini verə bilər”.
“Ümumilikdə cəmiyyət, insanlar üçün Yeni İl, həm də Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində bu, çox dəyərli bir addım olar. Bilirsiniz ki, bu il həm də “Konstitusiya və Suverenlik İli” elan olunmuşdu. O cümlədən də bu il bizim 44 günlük Vətən müharibəsinin 5 illiyi tamam oldu. Qələbənin 5 illiyindən 3-4 ay əvvəl cəmiyyətdə və mətbuatda belə informasiyalar dolaşırdı ki, qələbənin 5 illiyi ilə bağlı amnistiya veriləcək. Qələbənin 5 illiyi ötdü, amma buna baxmayaraq, bu, heç də gec deyil. Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəyli Günü ərəfəsində belə bir addımın atılması çox təqdirəlayiq haldır və gözləntim də bundan ibarətdir ki, bu amnistiya aktı qeyd etdiyimiz şəxsləri əhatə edəcək, həmin şəxslər öz doğmalarına, yaxınlarına qovuşacaq”,- deyə hüquqşünas qeyd edib.
T.Əliyev diqqətə çatdırıb ki, 3-4 gün bundan əvvəl Belarusda 123 siyasi məhbus azadlığa buraxıldı: “Ümumiyyətlə, Azərbaycan cəmiyyətinin də 44 günlük Vətən müharibəsi dövründən sonrakı dönəmdə iqtidar-müxalifət münasibətlərinin daha sivil məcrada inkişaf edəcəyi, ölkədə bir siyasi acılıma gediləcəyi, iqtisadi, sosial sahədə islahatların aparılacağı ilə bağlı çox böyük gözləntiləri var. Yəni bu hakimiyyətin edə biləcəyi çox şeylər var və hesab edirəm ki, onların siyasi iradəsindən asılıdır. Belə bir amnistiya aktının verilməsini hər bir halda, həmin istiqamətdə atılan addım kimi dəyərləndirmək olar”.
CAVİD

Share

Tweet

Email

Share

Share

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 15 Dekabr 2025 21:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see269

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see223

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see207

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see207

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see194

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see190

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see174

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see167

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see166

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see162

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see162

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see161

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see159

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see156

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see144

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see139

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see139

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri