Icma.az
close
up
RU
Vəhdət lideri Prezidentin Amnistiya təşəbbüsünü alqışladı

Vəhdət lideri Prezidentin Amnistiya təşəbbüsünü alqışladı

Icma.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Prezidentin təşəbbüsü ilə irəli sürülən Amnistiya Aktının qəbulu Azərbaycan dövlətinin humanist siyasətinin davamı kimi dəyərləndirilə bilər. “Konstitusiya və suverenlik ili”nə həsr edilən bu təşəbbüs Yeni il ərəfəsində minlərlə ailəyə bayram sevinci yaşadacaq”. 

Bunu Gununsesi.info-ya açıqlamasında Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi ölkə başçısının Amnistiya Aktının qəbulu qərarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Amnistiya institutu təkcə hüquqi mexanizm deyil, həm də dövlətin insan amilinə verdiyi önəmi ifadə edən mühüm addımdır: “Amnistiyanın sosial təsirlərini xüsusi qeyd etmək lazımdır. Axı bu qərar minlərlə ailə üçün sevinc və ümid deməkdir. Ailələrin birləşməsi, valideynin övladına, övladın ailəsinə qovuşması cəmiyyətin mənəvi sağlamlığına da müsbət təsir göstərir”.

Partiya sədri deyib ki, ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilən Amnistiya Aktı penitensiar müəssisələrin yükünün azaldılması baxımından da əhəmiyyət kəsb edir:” Bu, dövlət resurslarından daha səmərəli istifadəsinə imkan açacaq: “Amnistiya Aktı layihəsindən bəllidir ki, müəyyən kateqoriyadan olan məhkumların cəzadan azad edilməsi və ya cəzalarının yüngülləşdirilməsini nəzərdə tutur. Xüsusilə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq. Bu, həmin şəxslərin cəmiyyətə yenidən inteqrasiyası üçün ikinci şans deməkdir”.

Partiya sədri hesab edir ki, bu təşəbbüs məhkumların daha yaxşı şəraitdə olmasının vacibliyini bir daha gündəmə gətirir: “Həbsxanalarda məhkumların əsas  hüquqlarına hörmətlə yanaşmaq, onların sağlamlığına diqqət yetirmək, təhsil və əmək bazarına hazırlıq üçün şərait yaratmaq, cəmiyyətə qayıdışlarını asanlaşdıracaq əsas amillərdən biridir.

Bu məsələdə dövlətin müvafiq strukturları daha fəal olmalı, həbsxanalarda maddi-texniki baza təkmilləşdirilməli, şəxsi inkişaf, peşə hazırlığı və təhsillə bağlı layihələrə xüsusi diqqət ayrılmalıdır. Çünki məhkumların islah edilməsi, cəzalarını çəkərkən onlara yeni bacarıqlar qazandırmaq, gələcəkdə sosial reabilitasiyaya uğramalarına kömək edəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 16 Dekabr 2025 14:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see323

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see269

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see255

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see249

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see248

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see243

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see228

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see224

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see219

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see215

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see213

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see210

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see205

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see205

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see199

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see190

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see186

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see182

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see180

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri