Icma.az
close
up
RU
Prezidentin apardığı siyasət gələcəyimizin yeganə qarantıdır RƏY

Prezidentin apardığı siyasət gələcəyimizin yeganə qarantıdır RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Ağıllı, dəqiqliklə ölçülüb-biçilmiş siyasət nəticəsində, beynəlxalq güclərin aqressiv siyasəti neytrallaşdırılıb


 "Xarici siyasətinin xüsusiyyətlərinə görə, istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir". Bu fikri Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində səsləndirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan eyni zamanda həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir: "Dünyada ikinci belə ölkə yoxdur". Prezident qeyd edib ki, buna görə də öhdəliklərimizin məntiqi zənciri üzrə irəli getsək, görərik ki, müttəfiqlik öhdəliklərimiz çoxşaxəlidir: "Biz isə təbii ki, Yer üzündəki real vəziyyətdən çıxış edəcəyik və bir daha demək istəyirəm ki, bəlkə hansısa mərhələdə Azərbaycanın səyləri tələb olunacaq. Burada Rusiya Ordusunun Baş Qərargah rəisi və NATO Hərbi Komitəsinin rəisi səviyyəsində bir sıra görüşlər keçirilib, eləcə də Birləşmiş Ştatların və Rusiyanın hərbi rəhbərliyi də Bakıda görüşüblər. Axı bu, təsadüfən seçilməyib. Həm Qərbdə, həm Rusiyada, həm də Şərqdə etibar edilən ölkələr çox deyil. Həm də hərbi-siyasi strukturlarda formal və ya qeyri-formal üzvlüklə məşğul olmayan ölkələr çox deyil. Buna görə də, əgər belə bir ehtiyac olarsa, biz gərginliyin aradan qaldırılmasına öz töhfəmizi verməyə hazırıq". 


Millət vəkili Nəsib Məhəməliyev "Sherg.az"a açıqlamasında deyib ki, Prezident İlham Əliyevin Azərbaycanın müstəqil xarici siyasəti ilə bağlı fikirləri konkret faktlara əsaslanır. Deputat vurğulayıb ki, bu, əldə olunmuş uğurlarla təsdiqlənir: 

"Bu siyasətin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub və cənab Prezident tərəfindən yeni çağırışlara uyğun şəkildə həyata keçirilir. Əgər belə olmasaydı, “Əsrin kontraktı” imzalanmazdı, transmilli layihələr icra olunmazdı. Həmçinin, iqtisadiyyatın inkişafından, güclü ordu quruculuğundan, təbii ki, Qarabağın və ətraf rayonların işğaldan azad olunmasından söhbət gedə bilməzdi. Azərbaycan tarixən müxtəlif imperiyaların, beynəlxalq güclərin maraqlarının toqquşduğu  məkandır. Ərazi və əhali baxımdan kiçik ölkə olmasına rəğmən, ağıllı, dəqiqliklə ölçülüb-biçilmiş siyasət nəticəsində, həmin güclərin aqressiv siyasəti neytrallaşdırılıb. Bir-birinə zidd ictimai-siyasi quruluşa, geosiyasi təfəkkürə malik böyük dövlətlərlə strateji müttəfiqlik və dostluq münasibətlərinin qurulması son dərəcə çətin işdir. Təsəvvür edin, bir tərəfdən Rusiya və İran kimi dövlətlər, digər tərəfdən isə NATO üzvü olan qardaş Türkiyə, ABŞ, Avropa İttifaqı..".


Parlamentari bəyan edib ki, bu dövlətlərin hər biri beynəlxalq münasibətlər sistemində öz oyununu oynayır: 

"Əksər hallarda ziddiyətli oyunlar. Hər birisi Azərbaycanı öz tərəfinə çəkmək istəyir, rəqiblərinə qarşı platforma kimi istifadə etməyə çalışırlar. Münasibətlərdəki cüzi səhv baha başa gələ bilər. Yaxın Şərqdə, Ukraynada və s. regionlarda gedən proseslərin faciəli sonluğu hər kəsə bəllidir. Tarixi keçmişə, mədəniyyətə malik böyük dövlətlər yerlə-yeksan oldular. Milyonlarla insan yurdlarından didərgin düşdü. Aralıq dənizi artıq “böyük qəbiristanlıq” adlandırılır. Azərbaycan Prezidentinin apardığı siyasət müstəqilliyimizin, iqtisadi, siyasi, sosial inkişafımızın, beynəlxalq subyektivliyimizin, gələcəyimizin yeganə qarantıdır. Hər birimiz, böyük zəhmət hesabına yaradılmış, daxili ictimai-siyasi sabitliyin, milli birliyin  qorunmasına çalışmalıyıq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Dekabr 2024 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri