Icma.az
close
up
RU
Prezidentin təyyarə qəzasında qətiyyətli mövqeyi RƏY

Prezidentin təyyarə qəzasında qətiyyətli mövqeyi RƏY

Icma.az, Operativ MM portalına istinadən məlumat verir.

Prezident İlham Əliyevin bu gün “Azərbaycan Hava Yolları” QSC-yə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bir çox qaranlıq qalan məsələlərə aydınlıq gətirmiş oldu. 

Cənab prezidentin qeyd etdiyi kimi, "qara qutu"nun açılmasında Dövlətlərarası Aviasiya Komitəsinin iştirakını arzu edən və buna digər istiqamətlərdən təhrik edən Rusiyanın bu istəyi gözündə qalmış oldu. Çünki, cənab prezident buna qətiyyətlə etiraz etdi və hələ o zaman prezidentimiz bildirmişdi ki, bu mütləq “Embraer” şirkətinin mütəxəssisləri və xarici ekspertlər tərəfindən araşdırılmalıdır. Qazaxıstan tərəfinin də artıq buna uyğun hərəkət etməsi və “qara qutu”nun açılmasının Azərbaycan Prezidentinin təkidi ilə Braziliyaya göndərilməsi təbii ki, prezidentimizin qətiyyəti nəticəsində baş vermişdir.

Bu sözləri "Operativ Məlumat Mərkəzi-OMM"-ə müsahibəsində Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib.

Ç.Qənizadə bildirib ki, çox güman ki, Rusiya tərəfi cənab prezidentin çıxışından bir daha nəticə çıxardaraq Azərbaycan tərəfinə qarşı münasibətdə ən azı insani davranışın normalarını həyata keçirməyə çalışacaqlar. Çünki bu qəza zamanı dərhal Rusiya tərəfindən qəzanın quş sürüsü ilə toqquşması versiyası ortaya atıldı. İstiqaməti azdırmaq üçün yalançı mütəxəssislər Rusiya kanallarına çıxaraq, bu məsələni müxtəlif istiqamətə yönləndirməyə çalışdılar.

“Hətta bizdə olan məlumata görə, Rusiya Dumasının üzvlərinə təyyarə qəzası ilə bağlı danışmağı qadağan etmişdilər. Ancaq bir neçə gündən sonra artıq hər şey aydınlaşdı və elə ilk günlərdən məlum oldu ki, təyyarə Qroznı ətrafında vurulub və Qroznıda hava hücumundan müdafiə qüvvələrinin atmış olduğu raketlə vurulub.

Bugünkü görüşündə prezident qeyd etdi ki, əgər Qroznı şəhəri müvafiq addımlar atmış olsaydı, o zaman biz bu fəlakətdən qurtula bilərdik. Çünki təyyarənin enişi üçün şərait yaradılmadı və “kavyor əməliyyatı” məhz təyyarə vurulandan sonra həyata keçirildi. Təəssüflər olsun ki, Rusiya tərəfi cinayəti törətdikdən sonra cinayəti ört-basdır etmək üçün “kavyor əməliyyatı”nı həyata keçirdi, quş versiyasını ortaya atdılar və cənab prezidentin ilk gündən mövqeyi onların bu xülyalarını da alt-üst etmiş oldu.

Rusiya prezidenti Vladimir Putinin İlham Əliyevə zəng etməsini belə hesab edirik ki, bu sadəcə bir zəng olmamalı idi, elə ilk andan görülən fotoşəkillərdə, şahid ifadələrində hiss olunurdu və bilinirdi ki, günahkar Rusiya tərəfidir. Cənab prezidentin bu qətiyyəti günahkarların cəzalandırılması ilə bağlı mövqeyi heç şübhəsiz ki, öz həllini tapacaq”, - deyə fəlsəfə doktoru vurğulayıb.

Aminə Nəzərova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://operativmm.az
archiveBu xəbər 06 Yanvar 2025 19:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri