Icma.az
close
up
RU
Prezidentin Çinə səfəri tərəfdaşlığın dərinləşməsinə xidmət edir

Prezidentin Çinə səfəri tərəfdaşlığın dərinləşməsinə xidmət edir

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Çin Xalq Respublikasına səfəri çərçivəsində Çinin Sinxua agentliyinə müsahibə verib. Müsahibədə Azərbaycan-Çin münasibətləri, istər iki tərəfli, istər beynəlxalq əməkdaşlıq, gələcək perspektivlər və s. məsələlərlə bağlı Azərbaycan dövlət başçısının yanaşmaları və mövqeyi dünya ictimaiyyətinə açıqlanıb.

Müsahibəsində ilk növbədə “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”yə toxunan və imzalanan bu Bəyannaməni tarixi hadisə adlandıran Prezident İlham Əliyev dedi ki, imzalanan bəyannamə əməkdaşlığı gələcəkdə də genişləndirməyi, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti möhkəmləndirəməyi, iki ölkənin ümumi maraqlarını birlikdə müdafiə etməyi, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə təşviq etməyi nəzərdə tutur. Bu bəyannamə eyni zamanda qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, qarşılıqlı fayda və əməkdaşlıq kimi ikitərəfli münasibətlərin əsas prinsiplərini özündə əhatə edən strateji tərəfdaşlığı, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşan, daxili işlərə qarışmamaq və dinc yanaşı yaşamaq prinsiplərindən irəli gələn vacib və etibarlı işbirliyini əhatə edir.
Ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verdiyimizi bildirən Azərbaycan Prezidenti, ikitərəfli münasibətlərin dərinləşməsini Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biri kimi qiymətləndirdiyimizi, münasibətlərimizin çox müsbət dinamikaya malik olduğunu qeyd etdi.

Müsahibəsində ötən il Azərbaycanda keçirilən COP 29 haqqında danışan Prezident İlham Əliyev, tədbirdə 196 dövlətin, 150 beynəlxalq təşkilatın və BMT strukturlarının, həmçinin təxminən 2 min QHT nümayəndəsinin iştirak etdiyini söylədi İnkişaf etməkdə olan ölkələrə iqlim maliyyəsinin ayrılmasın, İtki və Zərər Fondunun fəaliyyətə başlamasını, həmçinin Paris Sazişinin 6-cı maddəsinin tam reallaşdırılmasını COP29 çərçivəsində qəbul edilən mühüm qərarlar adlandırdı.
Dünya ictimaiyyəti üçün belə bir mühüm tədbirdə Azərbaycana qarşı bəzi Qərb dairələri tərəfindən genişmiqyaslı əsassız təzyiq və boykot kampaniyalarına baxmayaraq, ölkəmizin bir daha güclü siyasi iradə və peşəkarlıq nümayiş etdirdiyini vurğulayan Prezident, fəal iştirakına və iqlim dəyişikliyi ilə mübarizədə qlobal səylərə qiymətli töhfəsinə görə Çinin nümayəndə heyətinə minnətdarlığını ifadə etdi.
Müsahibəsində Çin ilə Azərbaycan arasındakı ticarət tərəfdaşlığına toxunan Azərbaycan Prezidenti, Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcminin 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollar təşkil etdiyini açıqladı. Bəli, həqiqətən Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib, onun xarici ticarət dövriyyəmizdə payı 7,9 faiz olub, həmçinin idxal üzrə də lider mövqeyinə çıxıb və bu göstərici 17,69 faizə çatıb. Azərbaycanda hazırda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir. Azərbaycanla Çin arasında qeyri-neft sektorunda, xüsusən yüksək texnologiyalara və innovasiyalara, alternativ və bərpaolunan energetikaya yönəlmiş birbaşa investisiyaların cəlb olunması sahəsində birgə əməkdaşlığın perspektivlərinə dair danışıqlar aparılır.
Prezifent İlham Əliyev, Çin Xalq Respublikası Sədri tərəfindən irəli sürülmüş “Kəmər və yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biri olan Azərbaycanın bu istiqamətdə ciddi praktik layihələr həyata keçirdiyini açıqladı. Azərbaycan bu layihənin reallaşmasına istər öz ərazisində, istərsə də onun hüdudlarından kənarda Çindən sonra daha çox investisiyalar qoyan ikinci ölkədir.
“Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk. Bu istiqamətdə artıq mühüm uğurlar qazanılıb. Özünün əlverişli coğrafi mövqeyindən istifadə edən Azərbaycan ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, beynəlxalq nəqliyyat dəhlizlərini fəal inkişaf etdirməyə, müasir infrastruktur yaratmağa və onların ötürücülük qabiliyyətinin artırılmasına əlavə investisiya qoymağa davam edir.

Azərbaycanın Qlobal Cənubdakı rolu və fəaliyyəti haqqında da danışan Prezident, ötən il Astanada ÇXR-in Sədri Si Cinpin ilə birlikdə bəşəriyyətin ortaq taleyi cəmiyyətinin yaradılmasına kömək etmək səylərimizi bəyan etdiyimizi, sülh, inkişaf, bərabər hüquqlar, ədalət, demokratiya və azadlıq uğrunda, həmçinin hegemoniyaya və güc siyasətinə qarşı bəşəriyyətin ümumi dəyərlərinin təşviqi istiqamətində durmadan çıxış etdiyimizi vurğuladı və dedi: 'Qlobal Cənubun maraqlarını müdafiə edən Azərbaycan 2019-2023-cü illərdə BMT-dən sonra ikinci beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri olub. Planetin əhalisinin 80 faizi, dünya ÜDM-inin təxminən 50 faizi və məcmu beynəlxalq ticarət həcminin təqribən yarısı bu təşkilatın payına düşür. Qlobal Cənubun daha dayanıqlı, ədalətli və təhlükəsiz dünya nizamı qurulmasında iştirakı təbii prosesdir".
Müsahibəsinin sonunda bir daha geniş spektrli Azərbaycan-Çin əməkdaşna toxunan Prezident İlham Əliyev Çini dünyanın ən çox dinamik inkişaf edən ölkələrindən biri adlandırdı. Prezident İlham Əliyevin və xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasına səfərləri zamanı keçirilən görüşlər, imzalanan sənədlər və verilən bəyanatlar bunu deməyə əsas verir ki, qədim tarixə və xeyirxah ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, strateji tərəfdaşlığımız isə yeni müsbət məzmunla zənginləşir. İnanırıq ki, bu səfər də, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi işinə xidmət edəcəkdir.
Jalə Əliyeva
Millət vəkili
Milli Məclisin ailə,qadın,uşaq məsələləri
komitəsinin sədr müavini

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://sia.az
archiveBu xəbər 27 Aprel 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri