Icma.az
close
up
RU
“Prezidentin Çinə səfəri mühüm perspektivlər yaradır Deputat

“Prezidentin Çinə səfəri mühüm perspektivlər yaradır Deputat

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Bu ilin aprel ayında Çin və Azərbaycan strateji tərəfdaşlıq haqqında Birgə Bəyanat imzalayıb. Biz bu gün həmin razılaşmanın daha da dərinləşməsinə şahidlik edirik. Azərbaycan Prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının növbəti dövlət və hökumət başçılarının toplantısında iştirak etmək üçün Çinə səfər edib".

Bu barədə 525.az-a a Milli Məclisin deputatı Hikmət Babaoğlu dövlət başçısının Çinə səfəri və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əlaqələrdən danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycan-Çin münasibətləri dinamik inkişaf edən, qarşılıqlı əməkdaşlıq fəlsəfəsinə söykənən və hər iki ölkənin maraqlarına xidmət edən münasibətlərdir:

“Çin bu gün həm coğrafi mövqeyi ilə, həm iqtisadi göstəricilərinə görə dünya siyasətinin tam mərkəzində dayanan ölkələrdən biridir. Çin mənbə ölkədir, yəni istehsal edən ölkədir və onun istehlak bazarlarına çıxması üçün bizim yerləşdiyimiz coğrafiyaya ehtiyacı olan bir dövlətdir. Azərbaycan isə bu fürsətləri qiymətləndirməyi bacaran və onların realizə edilməsi üçün qlobal əhəmiyyətli layihələr həyata keçirən ölkədir. Belə olan halda əlbəttə ki, Çin-Azərbaycan münasibətləri indiki tarixi mərhələdə daha cazibədar görünür”.

Deputat vurğulayıb ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələri dünya əhalisinin 60 faizindən çoxunu birləşdirən bir təşkilatdır və dünya iqtisadiyyatının nəbzinin atdığı mərkəzlərdən biridir:

"Ona görə də Azərbaycan daima Çinlə dostluq, əməkdaşlıq münasibətlərinə böyük əhəmiyyət verir. Nəticə etibarilə həm də Çinin “Bir kəmər, bir yol” ideyasına dəstək verməklə yaxın tərəfdaşlıq münasibətləri nümayiş etdirir. Bu mənada Azərbaycan Prezidentinin Çinə səfəri növbəti inkişaf perspektivləri və əməkdaşlığın daha da dərinləşdirilməsi üçün mühüm perspektivlər yaradır".

Pərvanə Sultanova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Sentyabr 2025 13:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri