Icma.az
close
up
RU
“Prezidentin çıxışı Cənubi Qafqazda sabitliyi vurğulayacaq” Xəyal Bəşirov

“Prezidentin çıxışı Cənubi Qafqazda sabitliyi vurğulayacaq” Xəyal Bəşirov

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

“Prezident İlham Əliyevin 8 ildən sonra BMT Baş Assambleyasında çıxışı fərqli məna daşıyır. Dövlət başçısı bu dəfə Cənubi Qafqazda tamamilə dəyişmiş siyasi mənzərəni, Azərbaycan və Ermənistan arasında sülh prosesinin uğurlu nəticələrini dünya ictimaiyyətinin diqqətinə çatdıracaq. Bu çıxış həm regional, həm də beynəlxalq miqyasda mühüm əhəmiyyət kəsb edəcək”.

Bunu Gununsesi.info-ya açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib:

“Prezident İlham Əliyev sonuncu dəfə 2017-ci ildə BMT Baş Assambleyasında çıxış etmişdi. Həmin dövrdə Azərbaycan torpaqları hələ işğal altında idi və erməni işğalı davam edirdi. 2016-cı ilin Aprel döyüşlərindən sonra dövlət başçısı beynəlxalq ictimaiyyətə açıq mesaj vermişdi ki, Azərbaycan lazım gələrsə, güc yolu ilə də ərazilərini işğaldan azad edə bilər.

O dövrdə Azərbaycan sülh danışıqlarına üstünlük versə də, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi və BMT Baş Assambleyasının 2008-ci il qətnaməsi icra edilməmiş qaldı. Beynəlxalq təşkilatlar və ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri Azərbaycanın mövqeyini lazımi dərəcədə dəstəkləmədilər. Bütün bunlar nəticə etibarilə İkinci Qarabağ müharibəsinə gətirib çıxardı”.

Politoloq vurğulayıb ki, 44 günlük müharibədən və antiterror tədbirlərindən sonra Azərbaycan həm ərazi bütövlüyünü, həm də dövlət suverenliyini tam təmin etdi.

“Bu artıq tarixə çevrilmiş bir prosesdir. Müharibədən sonra Azərbaycan və Ermənistan arasında sülh istiqamətində mühüm addımlar atıldı.

Hər iki dövlət ATƏT-in Minsk Qrupunun fəaliyyətinə de-yure son qoyulması ilə bağlı müraciət edib. De-fakto isə Cənubi Qafqazda sülh və sabitlik mövcuddur və bu, hər iki ölkə rəhbərliyi tərəfindən rəsmi şəkildə bəyan olunub.

8 avqust tarixində ABŞ Prezidenti Donald Trampın da şahidliyi ilə Vaşinqtonda, Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sazişinin layihəsi paraflanıb. Bu hadisə Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu göstərən mühüm addım kimi qiymətləndirilir”-deyə politoloq əlavə edib.

Gülxanım Əliyeva

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 23 Sentyabr 2025 14:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see187

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see159

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see158

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see152

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see148

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see143

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see141

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see136

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see136

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see135

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see135

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see135

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see134

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see134

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri