Icma.az
close
up
RU
Xəyal Bəşirov: Rusiya geri addım atmayacaq

Xəyal Bəşirov: Rusiya geri addım atmayacaq

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Trampın Rusiyaya vaxt verməsi məsələsinə gəldikdə, əslində o, hakimiyyətə gəldikdən sonra bir tərəfdən danışıqlara üstünlük verdiyini göstərirdi, digər tərəfdən isə razılaşmaya gəlməyən tərəflərə sanksiyalarla təzyiq etməyə çalışırdı. Rusiyaya münasibətdə də eyni siyasəti yürüdürdü.Tramp prezident olanda  Putin haqda xoş sözlər səsləndirir, onunla razılığa gələ biləcəyinə ümid etdiyini bildirirdi”.

Bunu Gununsesi.info-ya danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov bildirib:

“Ancaq sonrakı hadisələr göstərdi ki, Rusiya ilə anlaşmaq, sadə dildə desək, onu “yola gətirmək” heç də asan deyil.

Rusiya bir tərəfdən danışıqlar aparırdısa da, digər tərəfdən Ukraynada ərazi nəzarətini genişləndirməyə çalışırdı. Bu proses indi də davam edir və Rusiya rəhbərliyi danışıqlara o qədər də isti yanaşmır. Bu, onların görüşlərdəki mövqeyindən, danışıqlar prosesindəki davranışlarından aydın görünür.

Tramp son olaraq Rusiyaya əvvəlcə 50 günlük vaxt vermişdi, lakin sonra bu müddəti 12 günə endirdi. Niyə? Çünki o və komandası başa düşdülər ki, 50 gün yox, 5 ay vaxt versələr belə, Rusiya geri addım atmayacaq. ABŞ-nin şərtlərini qəbul edib danışıqlar masasına oturmaq niyyətində deyillər. Rusiya açıq şəkildə Ukraynaya nəzarət etmək istəyir və bunu “xüsusi əməliyyat” adlandıraraq sona qədər davam etdirəcəyini bildirir.

Bu da onu göstərir ki, Tramp başa düşdü – əgər 50 gün gözləsə, heç bir nəticə əldə olunmasa, Rusiya da cavab verməsə, o zaman nə ölkə daxilində, nə də beynəlxalq aləmdə nüfuzuna daha bir zərbə dəymiş olacaq. Onsuz da Yaxın Şərqdəki vəziyyət, Rusiya-Ukrayna müharibəsi, Finlandiya, Kanada, Panama kimi ölkələrlə gərgin münasibətlər fonunda Trampın nüfuzu zəifləyib. Bu məsələdə də uğursuzluq onu daha da zəiflədəcəkdi. Buna görə də vaxtı azaldıb və Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə qərar verdi. Amma bunu da əsasən Avropa və beynəlxalq ictimaiyyətin təzyiqləri ilə etmək məcburiyyətində qaldı”.

Xəyal Bəşirovun fikrincə, Trampın ilkin mövqeyi Rusiyanın Ukrayna üzərində müəyyən dərəcədə nəzarətini qəbul etdiyini göstərirdi.

“Çünki digər məsələlərdə, məsələn, İran, Çin və ya Cənubi Qafqazla bağlı Rusiyanın neytrallaşdırılması üçün Rusiya ilə razılaşma əldə etmək onun üçün vacib idi. Lakin bu yanaşma Avropa tərəfindən dəstəklənmədi. Avropa İttifaqı Rusiyanın Ukraynanı işğal etməsini özünə təhlükə hesab etdi və bu gün də eyni mövqedədir.

Bu baxımdan düşünürəm ki, Trampın Rusiyaya vaxt verməsi və sanksiyalar tətbiqi onu geri addım atmağa məcbur edə bilməz. Çünki biz artıq bu kimi sanksiyaların effekt vermədiyini dəfələrlə görmüşük. İndiyə qədər Rusiyaya qarşı 20-yə qədər sanksiya paketi tətbiq olunub, amma bu, onun mövqeyini dəyişməyib. Bundan sonra əlavə sanksiyalar da olsa, Rusiya tutduğu yoldan dönməyəcək. Bu proses hələ uzun müddət davam edəcək”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 01 Avqust 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see329

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see326

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see319

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see287

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see282

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see277

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see273

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see267

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see263

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see255

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see242

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see232

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see232

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see229

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see223

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see221

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see218

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see214

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see211

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri