Icma.az
close
up
RU
Prezidentin çıxışının şifrələri Azərbaycanda yeni mərhələ başlayır

Prezidentin çıxışının şifrələri Azərbaycanda yeni mərhələ başlayır

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaq keçirilib. Prezident İlham Əliyevin tədbirdə çıxışı və söylədikləri bir çox baxımdan diqqət çəkir.

Ümumiyyətlə, Prezidentin tədbirdəki çıxışı təkcə yubiley nitqi deyil, elmin dövlət siyasətində strateji yerini yenidən müəyyənləşdirən konseptual proqram bəyanatı idi. Çıxışda səslənən ideyalar həm Azərbaycan elminin keçdiyi tarixi yola, həm də gələcək missiyasına dair dəqiq siyasi və mənəvi istiqamət göstərirdi.

Azərbaycan elmi son yüz ildə bir çox ideoloji sistemlərin dəyişdiyi, sosial-siyasi fırtınaların yaşandığı dövrdən keçib. Lakin bu dəyişikliklər arasında bir prinsip həmişə qorunub: dövlətin elmə, ziyalılığa və intellektual potensiala baxışı. Prezident İlham Əliyev də çıxışında bu ənənənin əsasını qoyan Ulu Öndər Heydər Əliyevin xidmətlərinə xüsusi yer verdi.

Doğrudan da, ötən əsrin 70-ci illəri Azərbaycan elminin yüksəliş mərhələsi idi. Həmin dövrdə yaradılan yeni elmi-tədqiqat institutları, yüzlərlə gəncin SSRİ-nin qabaqcıl universitetlərinə göndərilməsi və elmi kadr potensialının gücləndirilməsi təkcə o illərin deyil, müstəqil Azərbaycanın da intellektual təməlini formalaşdırdı.

Müstəqillik dövründə isə bu siyasət yeni məzmun qazandı. 1990-cı illərin ağır iqtisadi böhranı, işğal və humanitar fəlakətlərə baxmayaraq, dövlət elmi mühitin qorunmasını prioritet elan etdi. Bu, təsadüfi deyildi. Ulu Öndər Heydər Əliyevin müstəqilliyə qayıdışının ilk simvolik addımlarından biri məhz Milli Elmlər Akademiyasındakı görüş oldu. Bu görüş, əslində, yeni dövlət quruculuğunun intellektual başlanğıc nöqtəsi idi.

Prezident İlham Əliyev həmin xətti bu gün müasir tələblərlə davam etdirir. Onun çıxışında “Heydər Əliyev siyasəti davam edir, yeni formalarla zənginləşir” fikri bu mənada sadəcə siyasi bəyanat deyil, həm də idarəetmə fəlsəfəsinin ifadəsidir. Son onillikdə elmin maddi-texniki bazasının yenilənməsi, Elmin İnkişafı Fondu, “Elm haqqında” Qanunun qəbul edilməsi, elmi institutların təmiri, yeni binaların tikintisi, beynəlxalq proqramlara inteqrasiya kimi addımlar dövlətin elmi inkişafı strategiya səviyyəsinə qaldırdığını göstərir.

Lakin Prezidentin 80 illik tədbirindəki nitqi, sadəcə görülən işlərin sadalanması deyildi. O, çıxışı ilə yeni bir mərhələni “texnoloji və intellektual müstəqillik” dövrünü elan etdi. Çünki bu gün dünya neftlə deyil, biliklə, süni intellektlə və texnoloji yeniliklə idarə olunur. Prezidentin sözləri ilə desək, “tükənən sərvət neftdir, tükənməz sərvət isə insan beynidir”. Bu ideya, əslində, 2020-ci il Zəfərinin və sonrakı inkişaf modelinin fəlsəfi mənbəyini də izah edir.

Müasir dövrdə elmin qarşısında dayanan əsas vəzifə artıq “nəyi bilirik?” sualından çox “biliklə nə yaradırıq?” sualı ətrafında formalaşır. Prezident İlham Əliyevin çıxışında süni intellektin xüsusi vurğulanması da bu baxımdan təsadüfi deyil. “On il əvvəl bu barədə danışmırdıq, indi isə bu, ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir” – bu fikir Azərbaycanın elm və texnologiya siyasətində dönüş nöqtəsidir. Çünki süni intellekt təkcə texnoloji məsələ deyil, həm də milli təhlükəsizlik, iqtisadi səmərəlilik və idarəetmənin şəffaflığı ilə birbaşa bağlı olan bir sahədir.

Rəqəmsallaşma və kibertəhlükəsizlik mövzuları da çıxışın mühüm istiqamətlərindən idi. Prezident bu sahədə elmin, xüsusən informasiya texnologiyaları mütəxəssislərinin dövlət strukturları ilə birgə fəaliyyətini zəruri saydı. O, açıq şəkildə bildirdi ki, “kibertəhlükəsizlik virtual məsələ deyil, bu, ölkənin fiziki təhlükəsizliyidir”. Bu yanaşma göstərir ki, artıq XXI əsrin müharibələri təkcə cəbhədə yox, həm də şəbəkələrdə gedir və Azərbaycanın müdafiə sisteminin bir hissəsi də intellektual müstəvidə formalaşmalıdır.

Dövlət başçısının çıxışında elmlə iqtisadiyyatın, elmlə sənayenin əlaqələrinin zəruriliyi də xüsusi yer tuturdu. “Elm təkcə kitabda deyil, həyatda nəticə verməlidir” bu cümlə, əslində, elmi idarəetmənin yeni fəlsəfəsini ifadə edir. Akademik dairələrin qarşısında duran əsas vəzifə fundamental biliklərlə praktik nəticələr arasında körpü yaratmaqdır. Prezidentin vurğuladığı kimi, dövlət strukturları alimlərlə daha sıx işləməlidir. Bu, bir tövsiyə deyil, strateji tələbdir.

Bu tələb artıq iqtisadi siyasətdə də öz əksini tapır. Azərbaycanın qeyri-neft sektorunun aparıcı qüvvəyə çevrilməsi, bərpa olunan enerji layihələrinin genişlənməsi, Qarabağ və Şərqi Zəngəzurda yeni sənaye infrastrukturunun qurulması bütün bunlar elmi bilik və texnologiyanın sintezinə əsaslanır. Prezident İlham Əliyev bu bölgələri təkcə azad edilmiş torpaqlar kimi deyil, həm də “müasir elmi laboratoriya” kimi təsvir etdi. Çünki burada aparılan geoloji tədqiqatlar, alternativ enerji layihələri, aqrar və sənaye texnologiyalarının tətbiqi Azərbaycanın gələcək inkişaf modelinin eksperimental nümunəsidir.

Prezidentin çıxışının ideoloji qatında elmin yalnız texnoloji deyil, həm də milli kimlik və tarixi yaddaşın qorunması funksiyasına da xüsusi yer ayrılırdı. O, açıq şəkildə qeyd etdi ki, Ermənistanın uzun illər apardığı tarixi saxtalaşdırmalara qarşı ən güclü cavab elmi əsaslı tədqiqatlardır. “Biz öz tariximizi tədqiq və təbliğ etməliyik” bu, həm alimlərə, həm də mediaya yönəlik strateji çağırışdır. Çünki elmi həqiqət yalnız arxivdə yox, informasiya məkanında da müdafiə olunmalıdır.

Xüsusilə Qərbi Azərbaycanla bağlı toponimlərin bərpası, tarixi xəritələrin tədqiqi və ermənilərin saxtalaşdırma cəhdlərinə qarşı elmi mübarizə bu istiqamətdə prioritet sayılır. Prezidentin “biz bu torpaqlara tanklarla yox, avtomobillərlə qayıdacağıq” ifadəsi bu missiyanın siyasi yox, mədəni-intellektual xarakterini göstərir. Bu qayıdışın əsası, təbii ki, elmi bilik və tarixi həqiqətlər üzərində qurulmalıdır.

Dilin qorunması məsələsi isə çıxışın ən emosional və eyni zamanda, ən strateji hissələrindən biri idi. Prezident açıq etiraf etdi ki, “vəziyyət məni tam qane etmir”. Bu səmimi ton dövlətin dil siyasətinə yeni bir impuls verir. Dil yalnız ünsiyyət vasitəsi deyil, milli kimliyin dayaq sütunudur. Prezidentin “bu, ya səhvdir, ya təxribatdır” ifadəsi Azərbaycan dilinə yad kəlmələrin gətirilməsinə qarşı ciddi xəbərdarlıq idi. Bu məsələdə alimlərin, yazıçıların, media nümayəndələrinin üzərinə düşən məsuliyyət açıq şəkildə göstərildi. Əslində, bu çıxış, mediaya ünvanlanan çox ciddi ismarıcdır: dilin saflığı yalnız filoloqların yox, həm də jurnalistlərin vicdan məsələsidir.

Əgər bu çıxışı bütöv kontekstdə təhlil etsək, aydın olur ki, Prezident İlham Əliyev elmi yalnız laboratoriya və institut çərçivəsində deyil, bütöv dövlət siyasətinin mərkəzinə yerləşdirir. Elm artıq “nə etməliyik?” sualına yox, “kim olmalıyıq?” sualına cavab verir. Bu, Azərbaycanın “postneft” mərhələsində yeni milli ideologiyanın elmi modernliyin ideologiyasının təməlidir.

Azərbaycan bu gün təkcə neft ixrac edən ölkə deyil, eyni zamanda, bilik ixrac edən, texnologiya yaradan, milli kimliyini elmi əsaslarla qoruyan bir dövlət olmağa doğru gedir.

Və bu istiqamətin ideoloji əsasını Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində səsləndirdiyi sadə, amma strateji fikir təşkil edir: “Tükənməz sərvət intellektual potensialdır”.

Müəllif: Politoloq Turan Rzayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:132
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 04 Noyabr 2025 23:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see226

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see146

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see140

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see133

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri